Dərslik səhifələrindəki Madrid

Madriddəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Madridə getmək mənim çoxdankı arzum idi, hələ universitetdə ispan dilini oxumağa başlayanda bu sevdaya düşmüşdüm, amma nəsə alınmırdı, arzunun gerçəkləşməsi düz 10 il sonra mümkün oldu.

Turizm ilə bağlı verilişlərdə belə bir format var, iki insan eyni şəhərə gedir, birinə zəngin həyat- bahalı otellərdə gecələmək, muzeylər və konsertlərdə iştirak, birinə isə kasıb həyat – parklarda yatmaq, kafelərdə yemək, hostellerdə qalmaq nəsib olur. Mənim də səfərim bunlardan idi, yəni Madriddə zəngin, Barsada isə kasıb olacaq və hər şeyə qənaət edəcəkdim 🙂

Biletlər: Madridə Bakıdan ucuz bilet tapmaq çox çətindir – xüsusən də avqust və sentyabr ayları üçün, mənim viza alacağıma ümidimin az olduğu üçün  biletləri almağa gecikdim, ona görə ucuz biletlərlə bağlı məndən məsləhət gözləməyin.

Qalma yeri: Madriddə qonaq qaldığım üçün qalma xərcim olmadı, evin şəklini isə aşağıda görə bilərsiniz. Barselonada isə günü 20 avrodan, 5 gün hosteldə qaldım, müxtəlif ölkələrdən olan qızlarla eyni otağı paylaşdıq. Sadəcə hostel o qədər də yaxşı vəziyyətdə deyildi, ona görə oradan şəkil paylaşmıram. Amma linkdən girib tanış ola bilərsiniz.img_1789

Madrid

Madridə getsəniz, mütləq Plaza Mayora və Puerta del Sol-a baş çəkin. Deməli bazar günləri Plaza Mayorda “marka” yarmarkası olur, marka üzrə bilicilər hamısı kataloqlara baxır, seçir, marka alış-satış ilə məşğul olur. Maraqlıdır ki, bütün markalar kataloqlaşdırılıb və hamısının qiymətləri bəllidir, bu qədər alıcılar bir yerdə olması, markalara baxıb sövdələşməsi maraqlı mənzərə yaradır.

Həmçinin Rastro

Rastro-da insan əlindən tərpənmək olmur, bu da ancaq bazar günlərinə aiddir, amma yarmarka bitəndə hər şeyi elə təmizləyirlər ki, sanki burda heç bazar salınmayıb. Qiymətlər də münasib olur, insanlar əl işlərini və s. satışa çıxarır.

Madridin simvolu

Moruq ağacına söykənmiş Ayı bu heykəlcik Madridin əsas simvollarından biridir.  Bu rəsm həm də Madridin gerbində əks olunur. Ayı Kral  XI Alfonsunun paytaxt yaxınlığında ovladığı ayının şərəfinə gerbə düşüb, həmçinin bu ərazilərdə moruq ağaclarının bol olması və onların gerbdə əks olması həmin torpaqların kimə məxsusluğuna işərədir. Gerbdəki ulduzlar Böyük Ayı bürcünə, Tac isə monarxiyaya işarədir. Yəni gerbin kral ailəsinə məxsusluğunu göstərir. Heykəlin müəllifi isə  heykəltaraş Antonio Navarro Santafédir.

Madriddə baş çəkə biləcəyiniz yerlər sırasında Prado muzeyi, Real Palacio de Madrid, Santiago Barnabeu stadionu və muzeyi də var. Özümü hansısa futbol klubunun fanatı hesab etmirəm. Amma ki, Real mənə bir köynək daha yaxındır.

Bəs sizin Zidanla şəkiliniz var 🙂

İspanlar yeni ili Plaza Mayor-da qarşılayır. Saat 12-nu vurmağa az qalmış, son 12 zəngdə, əqrəbin hər tərpənişində insanlar ağızlarına bir üzüm qoyur və gələn ilin hər ayının bu üzüm kimi dadlı olmasını diləyirlər.

Madriddə gəzəndə sanki illər öncə keçdiyimiz dərsliklərin səhifələrində gəzirdim, Corte İngles, Parque de Retiro, Puerta de Sol, Barrio de Las Austrias, Plaza de Espanya, Gran Via – hamısı mənə necə də doğma idi.sam_4349

Mənim ən sevdiyim məkanlardan biri isə Escorial oldu.

Escorial Austrias sülaləsindən olan kral ikinci Feliepenin istirahət iqamətgahı olub. Burada İspaniya tarixinin təqribən  600 əsrlik bir dövrü əks olunur. Escorial özündə həm də kilsə, məqbərə, kralın və onun xanımın otaqlarını və rahiblər üçün nəzərdə tutulmuş binaları birləşdirir, burada hələ də Auqustin ordeninə məxsus rahiblər də yaşayır. II Felipe özünün əzəmətini və gücünü göstərmək üçün möhtəşəm kitabxana da düzəltmişdir və bu o nadir kitabxanalardandır ki, burada kitabların ənənəvi qaydada deyil səhifələri çölə doğru düzülüşü ilə qarşılaşmaq olur. Səhifələrin kənarı isə qızılla işləndiyindən kitabxanadakı kitabların hamısı eyni qaydada qızılı görünür. Bu da bir daha həm kralın gücünü və zənginliyini nümayiş etdirir, digər tərəfdən isə kitabları həşəratlardan qoruyur. Onların, kataloqlar əsasında hansı kitab olduğunu müəyyən etmək olur.

Amma Escorialın ən gözəl hissələrindən biri iki sülaləyə məxsus kralların dəfn olunduğu hissəsidr. Burada krallar və kral anası olmuş kraliçalar dəfn olunub. Yəni kralın bir neçə arvadı olsa belə, onlardan yalnız növbəti kralın anası olmuş xanımlar bu şərəfə müəssər olur.

Eyni bir məqbərədə bu qədər kralın nəşinin olması da çox nadir hadisələrdəndir və dünyada demək olar ki yeganədir. Söhbət iki sülalə Austrias və Burbonlardan gedir.  Foto çəkilişə icazə verilmirdi deyə demək olar ki, heç nə çəkə bilmədim.

İspanlar deyir ki, Austrias sülaləsi bütün dünayaya sübut etmiş ki, qohumlarla evlilik pis nəticə verir. Belə ki, onlar yalnız öz sülalələrinə məxsus xanımla evlənirmiş və nəticədə hər növbəti varis əvvəlkindən daha zəif olurmuş və son varis isə II Karlos (El hechizado), yəni lənətlənmiş adı ilə tanınıb. Övladı olmadığı üçün o Austrais sülaləsinin İspaniyadakı hökmranlığını başa çatdırıb və beləliklə bu gün də formal olsa belə davam edən Burbonlar sülaləsinin İspaniya hökmranlığı başlayıb.

Tarixi faktlarla sizi çox da yormaq istəmirəm. Amma Escoriala mütləq gedin.

Madriddə vaxtınız çox olsa yaxınlıqdakı Toledo şəhərinə də baş çəkin.

Burada ən azı Familia Sagrada qədər əzəmətli olan Cathedrala da girə bilərsiniz.

Baş çəkdiyim digər məkanlardan biri isə Valle de Caidos oldu – bizim dildə təqribən şəhidlər xiyabanı anlamına gəlir. Bu abidə isə vətəndaş müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidədir. General Fransisko Frankonun da məzarı burada yerləşir. Onun əleyhdarları məzarın abidədən çıxarılmasını və başqa yerə köçürülməsini tələb edir.

Ardı var…

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s