Avropanın romantik şəhəri – Porto

Portodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Sizə danışım Portuqaliyanın ikinci ən böyük şəhəri Portodan! Oktyabrda Lissabonu gəzdikdən sonra üz tutduq Portoya.Lissabondan Portoya getmək üçün bir neçə yol var idi. Ryan air ilə 9 avroya biletdən tutmuş, 18 avroya buslar və 22 avroya trainlər. Lissabondan 2,5-3 saat uzaqlığda yerləşən Portonu gəzmək üçün 2-3 gün bəs edəcəkdir. Sahil boyunca ətrafı da müşahidə etmək, görmək istəyirdik. Həm mənə ‘Oriente station’ın arxitekturası və ümumiyyətlə oradan qatarla getmək maraqlı olduğu üçün traini seçdik. Lisbon gözəldir, xüsusilə qədim tramvayları və çoxlu bilet ehtiyac olmadan görə biləcəyiniz ‘miradouro’ları (viewpoint) ilə.

Porto daha turistikdi və turistlərin gəzməyi və rahatlığı üçün maksimum imkanları var. Havadan (helikopter, kanat), sudan, qurudan turlar, rahat icitimai nəqliyyat-metro, tramvay, nostljik train və nisbətən ucuz hop on\offları. Portuqaliyanın,ümumilikdə isə avropanın ən qədim şəhərlərindən olan Portonun adı əvvəlcə Portus Cale adlanırmış. Portuqaliya adının etonomiyası da buna söykənir. Porto ve Caleni Douro çayı ayırır və bu çay da atlantik okeanına tökülür. Bu çayın üzərində bir neçə körpü yerləşir ki, onlardan da ən möhtəşəmi və görə biləcəiyiniz ən gözəl mənzərə olanı Dom Luis I körpüsüdür.

55901812_2160496917361242_8107505839335538688_o

Körpü Gustave Eiffel tərəfindən Eyfel qülləsini inşa etməzdən öncə tikilmişdir. 172 metr hündürlüyü olan körpünün aşağısı avtomobillər yuxarısı isə tramvaylar üçündür. Hər iksində piyadalar üçün keçid vardır. Sadəcə körpünü piyada keçməklə Portoya açılan möhtəşəm mənzərəni izləyərək bu şəhərin nece gözəl olduğunu və ona aşiq olmamağın mümkün olmadığını başa düşəcəksiz. Şəhər olduqca qədimd ivə möhtəşəmdir. Bu qədimliyi rənglər, ornamentlər və şəhərin qeyri adi qədimlik və müassirlik kombinasiyası daha da cəlbedici və təkrarolunmaz edir.

Qədim kolorit qorunub saxlanmaqla yanaşı müassir arxitektura nümunələri də Portonu özünəməxsus edir. Fundachao de Serralves, Casa de Musica isə getmezdən öncə mənim listimdə ön sıralarda idi. İnsanları çox mehribandır və istiqanlıdır. Uzun-uzadı həmsöhbət olmağa hazırdılar. Küçədə yaşlı insanlara çox rast gəlmək olar. Bunu digər şəhərlərdə çox müşahidə etməmişdim. Atlantik okeanı sahili boyunca gezmek və az qala mayaklara çatacaq qədər nəhəng dalğaları görmək də xüsusilə zövqvericidir. Çalışın hər yeri müşahidə etmək üçün piyada gəzin amma ehtiyatlı olun Porto enişli və yoxuşludu və bu sizi bir az yora bilər )) Yerli market-bazarlarını gəzib əsl portuqal mühütünü müşahidə edə bilərsiniz,qiymətlər digər avropa şəhərləri ilə müqayisədə nisbətən uzudu. Meyvə və tərəvəzlər bizdəki qiymətlərlə müqayisədə qat qat ucuzdu.

Portuqaliyaya gəldikdə nə yeyilməlidir dedikdə ağıla ilk Francesinha gəlir. Francesinha əslində sandwichdir və Kartof qızartması,xüsusi sousla, yumurta ilə birgə servis edilir. Olduqca doyumludur və yaglılığı çoxdur. Qiyməti isə 6 avro. Portodan başqa yerdə bu yeməyi tapmaq mümkün deyil, tapsanız da mütləq qayıdıb yenidən Portoda yeyecəksiniz.

56190041_2160500344027566_183808940818038784_n

Portuqalliyanın milli balığı sayılan Bachalau yəni Cod fish demək olar getdiyiniz hər restoranın menyusunda qarşınıza çıxacaq. Bu balığdan müxtəlif növdə yeməklər hazırlanır və mütləq bir-iki dəfə bu yeməklərin dadına baxın. Cod fish-dın hazırlanan yeməklərin qiyməti isə 12-22 avro arası ‘sea food’ suplari da çox dadlıdır və müxtəlif növ dəniz məhsullarının qarşığından hazırlanan bir supdur. (12 avro)

Pastel de Nata da öz yerində)) Portoya gedib Porto şərabının dadına baxmağı qaçırmağ olmaz. Mağaralarda yerləşən şərab turları var və qiymətləri 7-15 avro dəyişir. Porto şərabları şirindi və istehsal olunan ən yüksək alkaqollu şərabdır. Sahil boyunca şərab mağaraları düzülmüşdür.

56236070_2160498284027772_8579714360836882432_o
Portoda diqqətimi çəkən bir məqam bəzi gənc oğlan və qızların xüsusi qara manto yaxud rahib geyiminə bənzər qara palto ilə gəzməkləri idi. Bəzən onların yanında özlərindən yaşca böyüklər də eyni geyimdə olurdu. Fikrləşdim yəqin kilsə təhsili ilə bağlı ola bilər.Sonra isə bir yerli izzah etdi ki, Porto universitetinə tələbələr məhz belə geyimdə gedirlər. Hətta isti sentyabr ayında belə bu qara manto onların üzərində olur.Eyni ilə Harry Potterdəki kimi.

55837878_2160497424027858_4144411263297912832_o

Harry Potter demişkən, J.K.Rowling əsərindəki geyimləri də məhz elə Porto universitetinin qara manto geyimli tələbələrindən ilhamlanaraq yazmışdır. 1991-ci ildə Portoya köçən J.K.Rowling Harry Potterin ilk kitabını ‘Fəlsəfə daşı’nı yazmağa başlamışdır. O vaxtının çoxunu Portoda qədim bookstore olan Livraria Lelloda keçirmiş və ‘Fəlsəfə daş’ını məhz bu bookstorda və Portonun hazırda ən məşhur kafesi ‘Cafe Majistic’də yazmışdır.Bu qədim bookstoru gəzməyi unutmayın. Giriş 4 avrodur.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elay Mikayil

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s