Polşanın xizək mərkəzi – Zakopane

Zakopanedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Bu dəfə Krakova gələndə videolardan görüb nağıllar aləminə bənzətdiyim Zakopane şəhərinə mütləq baş çəkməyi özümə söz vermişdim. Dünyanın demək olar hər qitəsindən, Braziliyalıdan tutmuş Şri-lankaya qədər 10 nəfərlik bir mehriban komandayla yola çıxdıq.

55448389_790922574620902_4489067966301732864_n

Zakopane Krakovdan avtobusla 2-3 saatlıq məsafədə yerləşir. Hər gün transport var, Krakow Glowny stansiyasına gedib kassaya yaxınlaşıb bilet almaq kifayətdir, biletin qiyməti 18 zloty-dur. Biz şəhər mərkəzinə yaxın üzü dağlara gözəl mənzərəsi olan bir villa kirayələmişdik. Bir günlük bu evdən zövq almanın dəyəri ümumi 123 dollara başa gəldi (qrupda isə hər kəs 46 zloty ödədi). Villanın linkini paylaşıram (https://www.booking.com/hotel/pl/willa-u-teresy.tr.html). Təbii olaraq bu şəhərə gəlib xizək sürmədən də olmazdı  Deməli, Zakopane stansiyasından yuxarıda, şəhərə gedən avtobuslar dayanacağına yaxın turist informasiya mərkəzi var. Sən demə, elə oradan ləvazimatları kirayə edir, behini verir, ölçülərini götürürlər, sənin üçün hər şeyi bir gün qabaqcadan hazır edirlər, profesional instruktor da verir və hələ gəlib evdən götürüb səni dağa da aparırlar, sonra şəhər mərkəzinə də gətirib qoyurlar  Və bütün bunların qiyməti bizim Şahdağ rezortu ilə müqayisə edilməyəcək qədər ucuzdu. Həm xizək geyimi, həm ləvazimatları, instruktor və ski pass ilə birlikdə cəmi 200-cə zloty xərcim çıxdı  Necə öyrədirlər? Olduqca dəqiq, praktika ilə, hər kəsə individual yanaşaraq. Mehriban, zarafatcıl və səmimi instruktorumuz Jane sayəsində isə nəhayət bu xizək məsələsini də öyrəndim. Gələk görüləsi gözəl mənzərələrə.

54463196_790922647954228_3026468457680994304_n

Bizə çox yardımcıl, xizəkləri verən turist informasiya mərkəzində dedilər ki, Gubalowka dağına qalxıb oradan sunset, yəni gözəl gün batışı mənzərəsini seyr edə bilərsiniz. Gubalowka dağına qalxmaq üçün şəhər mərkəzində funklyora 22 zloty-a gediş-gəliş bilet alırsınız və möhtəşəm, rənglərə bürünən səmanı seyr etmək fürsətiniz olur. Sadəcə funklyorla dağa qalxdıqdan sonra 20-cə dəqiqəlik biraz yol qət etməyiniz lazım gələcək. Səhəri gün isə Kasprowy Wierch dağına gedib bir tərəfi meşə, digər tərəfi qarlı dağlar olan zirvəyə qalxdıq. Burada kofenizi alıb, yellənən oturacaqlarda oturub relax edə, ruhunuzu dincəldə bilərsiniz. Restoranda kofe üçün 6 zloty, piroq üçün isə 8 zloty pul ödədim. Sonra yadıma bir dönərin 8 manata olduğu Zirvə rezortunun restoranları yadıma düşdü. Bura qalxmaq üçün 40 dəqiqəlik hiking etdik ki, kanat üçün 65 zloty gediş-gəliş məsələsində qənaət edək. Bizim artıq səhər gün skipassımız yox idi. Burada tək baha olan şey kanatların qiymətidir. Amma həmin gün üçün ski pass-ınız varsa, pul ödəmənizə ehtiyac olmur. Sonra şəhərə enib gecə gəzintisinə çıxdıq. Şəhər yolları boyunca bəzəkli yeriyən atlar, işıqlar və arxitektura sayəsində özünü nağılda hiss edə bilirsən. Axşam yeməyini isə “Owczarnia” adlanan bir restoranda yeməyi qərara aldıq. Maraqlı mühiti, canlı milli Polyak musiqi, dadlı ət yeməkləri, möhtəşəm heyəti olan bu restoranda 10 nəfərlik 380 zloty-ə ət seti sifariş etdik və hələ artıq da qaldı  Ümumilikdə şəhər necə deyərlər, huzur dolu, insanları mehriban, yardımsevər və gəzib-görməyə mütləq dəyər bir şəhərdir. Xizək və snoubord həvəskarları üçün xüsusilə highly recommended! 

54729204_790922587954234_4044954818748350464_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Maryam Nuruzade 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s