İstanbula gedən yol əhvalatı

Istanbuldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Deməli belə. Xeyli müddətdir hər gün deyirəm yazım amma ki hər dəfə niyəsə alınmırdı. Ömrü-həyatımda ilk dəfə ölkə sərhədlərini aşaraq hansısa ölkəyə getmişəm ki, bu da çox istədiyim İstanbul oldu. 😊

Fevralın 1-i uçuş idi və çox macəralı bir yolçuluq keçirdim. Gediş biletim Bakı-Naxçıvan-Igdır-İstanbul idi. Naxçıvana uçmaq “okey” tamam rahat oldu. Ondan sonra başladı macəra. 🙈 Naxçıvandan demişdilər ki, avtovağzala taksi ilə ya da şəhər daxili marşrut, ordan da Igdır hava limanına avtobuslar gedir. Mən də təbii ki, rahat gedirəm taksidə. Vağzala çatdım ki, nə? Avtobus yoxdur və heç bir gedəcək başqa taksi də yoxdur. Elə həmin taksi ilə qiymət də bazarlıq edib məni gömrüyə qədər aparmasını xahiş etdim. Ordan da demişdim ki, ilk dəfədir gəlirəm mənə maşın tapmaqda kömək edərsiz. Sağ olsun yaxşı adam oldu kömək etdi. Gömrükdən də bir başqa maşına mindim ki, “vse” da rahat gedirəm. 😊 Beh nə getmək, 😂 bəxt sözünü deyir. Mindiyimiz maşın qırmızıya düşüb (nə olduğunu bilmirəm) buraxmadılar gömrükdən. Maşında da 2 qadın var idi. Şərurdan alverçidirlər hər gün Igdıra siqaret, çay filan aparırlar satmağa. Gömrükdəkilər də bunları tanıyır deyə növbə gözləmədim tez keçdim.əsmər

İndi maşın tapa bilmirik. Nə isə bir avtobus var idi ona minib Türkiyə sərhədinə getdik (pulsuz), sonra sərhəddə də bizimkilər bildilər ki, hava limanına gedirəm yol verdilər birinci keçdim amma nə hacət maşın yoxdur. Çox axtarandan sonra TIRlar var idi, onların birini saxladıb mindik. Sağ olsun 35-40 dəqiqə ərzində məni çatdırdı Igdıra ordan da “servic”-lə hava limanına. P.S: avtostop sayılırsa əgər ilk dəfə avtostop macərasını da daddım. Bəxtim gətirdi gecikmədim, çox narahat idim amma çox gözəl yol yoldaşlarım var idi. Nə isə. Saat 6-ya qalmış “uje” İstanbuldaydım amma qarşılamağa gələn düşüb “probka”ya gəlib çıxmır. 😊 1 saat aeroportda yerlərə sərilib kitab oxumaq, camaatı analiz etmək zad 😂 vaxt keçdi gəldilər və evə gedə bildim.

“Money”ə gəldik də, qalmaq üçün ev var idi deyə ona xərcim çıxmadı. Ümumilikdə demək olar ki, mən orda heç pul xərcləmədim. Ancaq özüm tək gəzməyə gedəndə hə biraz, birdə ki hədiyyə filan alanda. Vaxt o qədər sürətlə keçirdi ki, həm də yollar çox uzaq gedəcəyim yerlərə bacardığım qədər əsas görməli yerləri görməyə çalışdım. (Amma doymadım – yayda mütləq təkrar gedəcəm)istanbul

Sonra Izmite getdim 2 gün də orda qaldım – elə də böyük olmayan bir şəhərdi amma sakit, sevimlidir. 😊 Orda da yetərincə gəzdim, hər küçəsini demək olar ki. Tam yaşanılacaq bir yerdi.

Və geri dönüş 😐😐 Azalmi deyim, ya bilet alanmı məndən 1 həftə boyunca xərcləmədiyim pulu cığırda-cığırda aldı.

P.S: Uzun və səhvlər oldusa “I’m çox sorry”
P.P.S: Ölkə daxili həttda, Bakı daxili hər yerə adaptr və “powerbank”la gedən mən uzaq yerə heç birini aparmadan gedib orda sürünmüşəm ona görə də şəkillər az və belə “keyfiyyətlidir”.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Əsmər Mammadova

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s