Katalonların paytaxtı – Barselona

Barseonadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Hər kəsə Salamlar 

Bu dəfə İspaniyanın 🇪🇸 əsas turistlik mərkəzlərindən olan Barcelona haqqında məlumat vermək istəyirəm sizə😊

54435918_2299619903391671_6563308574930370560_n
1) Əvvala onu deyim ki, mən adətən “Bayquş rejimi” tək gəzməyi üstün tuturam kaprizsiz olur deyə😄 Başlayaq hava limanında düşərkən çox da ciddi yoxlama olmadı. Hətta mən elə gedirdim ki “qaqa tez yoxla tələsirəm” modunda security belə çox sual vermədi. Hava limanından çıxarkən bir çox seçim var.🤔 Taxi, birbaşa AeroBus və digər Avtobus xətləri🚌 😄😀. Qiymətlərinə gəldikdə taxi heç sərfəli deyil.. Oturan kimi salam verdin 2,5€ başlanğıc pul yazır. Daha sonra isə məsafəye görə artır. Aerobus 5.6€ 1 stansiya ilə mərkəzi dayanacaq Plaza de Espanya-ya gedir. Digər nəqliyyatlardan 46 nömrə də elə həmin stansiyaya gedir və bunu T-10 kartı ilə həll etmək olar. 10.20€ 10 gediş yüklənir. və 45 dəqiqə ərzində digər nəqliyyat sistemlərini də pulsuz change edə bilərsiz. Qeyd edim ki T-10 metro avtobus tramvay hamısında keçərlidi.

54799605_2299619136725081_6807244274753601536_n
2)Keçək gəzib görməli yerlərə.
Bir çox futbolsevərlər bilirdi ki, 13 Mart Barcelona-Lyon Çempionlar Liqasının oyunu var idi. Mən də futbol azarkeşi və Barsa fanatı olduğum üçün bu oyunu qaçıra bilməzdim 😍.
Əsasən hər kəsin ən çox gedib gördüyü yer 🗽 Camp Nou Muzeyidir. Daha sonra SAGRADA FAMILIA, PARK GÜELL, MAGIC FONTAN, BAQARUE bazarı,TIBIDABO San Paomo Dernitado müasir xəstəxanası, Les Rambles küçəsi və s. 

53806304_2299619686725026_2235765163170988032_n
3) Keçək mətbəxlərinə. Menu-ların və küçələrin brend yeməyi Paella milli yeməyi və daha sonra məşhur olan Patatas Bravasdi😋. Alkaqollu🍷içkilərdən mütləq Sangria ,Estralla(piyve) Mort Subite(albali dadli) yerli içkisin dadın. Əgər alkaqol içmirsizsə gedin ağ su için🤦🏻‍♂ 😄. zarafat edirəm. Cremat, Cafe con leche adlı yerli coffee-ləri var icə bilərsiz.
4) Sonda demək istəyirəm ki, özəlliklə bura gələcək turist xanımlar biraz diqqətli olmalıdılar. Bəzi oğurluqlar olur ki onlarda qrup halında çalışırlar.😳Ruhun belə duymur. Yeni ki Pasportu və pulunuzu otelinizdə və ya harda qalacaqsınızsa orada saxlayın. Onsuz da heç bir polis səndən pasaport istəmir özünü normal aparırsansa.😇
Bu arada 3 gün ərzində (12-15 Mart) həmyerlilərimi görmək də mənə çox xoş oldu. Onlara da burdan təşəkkür edirəm hər şey üçün. Yenə görüşəcəyik deyirəm🤗 Şəkillərini paylasmamağımı dedilər(Reklam olar😄) yalnız dostluğumda olanlar görüb bilirlər 😀. Ümumilikdə Barcelonaya 2ci dəfə gedərsən sualına mütləq gedəcəm deyirəm və siz də gedin. Xüsusilə yayda😍

54278777_2299619786725016_1367030353071439872_n
WC-də 40 şəkil çəkməkdənsə önəmli yerlərdə 1-2 şəklimin olmağın daha
üstün tutduğum üçün şəkilləri az paylaşıram sorry🤗😄

Hal hazırda İsveçdəyəm amma ora haqqında yazmayacam. Uje limiti doldurmuşam😄. Növbəti postda (Norveç haqqında ) görüşmək umidile😎. See you😉

Sona qədər oxuduğunuz üçün təşəkkürlər. 🤗😇

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Cavid Isgenderli

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s