İlahə Afinanın gözəl şəhəri

Afinaya, ümumiyyətlə Yunanıstana marağın artdığını nəzərə alaraq 2016-cı ilin avqust ayında həyata keçirdiyim tur barədə yazmaq qərarına gəldim.

42084603_2140009516010785_5820660295105773568_o

11-08-2016
Gabala – İstanbul (Pegasus)
Qiymət: 72 EUR (8 kq əl çantası və 20 kq baqaj daxil)

11-08-2016 – 15-08-2016
İstanbul – Athens – İstanbul (Pegasus)
Qiymət: 90 EUR (round trip) (8 kq əl çantası və 15 kq baqaj daxil)

11-08-2016 – 15-08-2016
Eclectic Luxurious Apartments in Athens (Neo Heraklion metrosunun yaxınlığında) – 356 EUR
Link: https://booki.ng/2v6KTcM
Ev sadəcə möhtəşəm idi: bütün şəraiti, təmizliyi yerində, gözəl balkonu var idi (axşamlar içki içmək, söhbətləşmək üçün). Evin yaxınlığında marketlər, metro, Freddochino və digər içkilər içmək üçün kafelər/barlar və sairə istədiyinizi tapa bilərsiniz.

42059221_2140009722677431_1582029702875316224_o

Athens-də mütləq Acropolisə gedin (düzdü, bilet bahadır, səhv yadımda qalmayıbsa 24 EUR idi adult ticket), amma ordakı qədimi yerləri görmək və o möhtəşəm təəssüratlara görə dəyər bu pulu vermək.

Həmçinin mütləq hansısa bir adaya gedin gəmi ilə. Biz Aegina adasına getmişdik. Təəssüratlar möhtəşəmdir, çünki mən dəniz (ümumiyyətlə, su) və adalar həvaskarı olaraq şəkillərdə gördüyümüz möhtəşəmliyi görməsəmdə, adadan razı şəkildə ayrıldım. Gəmilər Afina portundan (Piraeus Athens) ayrılır adalara, qiymətlər məsafədən asılı olaraq dəyişir. Aegina portundan isə dənizə getmək üçün ictimai nəqliyyatdan istifadə etməlisiniz. Yolüstü tarixi abidələri də görəcəksiniz. Aeginanın dənizkənarı 95% ödənişli klublardan ibarətdir (14 eur – bir zontik və iki lejanka üçün).

41922160_2140014899343580_7700692554307600384_o

Athens-dəki restoranlar kifayət qədər Avropa ölkələri ilə müqayisədə ucuzdular. Çox gözəl adətləri var: əgər siz yemək yeməyə və ya içki içməyə oturmusunuzsa, sizə mütləq soyuq su pulsuz təqdim ediləcək (hesabınızdan asılı olmayaraq). Pivə və sairə alkoqol içkiləri isə yüngül snacklar-la (bizim sevdiyimiz “dobrı” şəkildə) təqdim edirlər və bu snacklar pulsuzdur.

15-08-2016 – 17-08-2016
İstanbul İkram Apart (Osmanbey Şişli)
Yenə də sadə və gəşəng təmirli ev, şəhərin mərkəzinə və getməyi planladığımız yerlərə çox yaxın. Əslində bron elədiyimiz ev başqa idi (Malliott Apartments), lakin texniki səbəblərdən dolayı bir gecə qabaq mənə email yazaraq həmin evin ümumiyyətlə artıq kirayə verilmədiyi bildirildi və həmin dəqiqə bunu (İkram Apart) tapdım booking-də.

İstanbul – Antalya (Pegasus)
Qiymət: 70 TRY (8 kq əl çantası və 15 kq baqaj daxil)

Moonlight Residence (Antalya) (17-20 avqust 2016)
Link: https://booki.ng/2tY1EbH
Rezidensiya dağın ətəyində yerləşirdi və sadəcə möhtəşəm idi. Sakit şəkildə dincəlməyi sevənlər üçün əla məkandır. Səhərlər hovuzda üzə bilərsiniz və ya idman zalında idman edə bilərsiniz, sonra yüngülvari səhər yeməyi yedikdən sonra çıxıb gəzə bilərsiniz şəhəri. Qayıdıb yenə hovuza kəllə vurub və ya dənizə gedərək (Rezidensiyadan dənizə pulsuz mikroavtobuslar işləyirdi) istirahətinizdən zövq ala bilərsiniz. Və beləliklə, hovuza və ya dənizə getməklə, balkondan dağa baxmaqla dincələ bilərsiniz.
Yeri gəlmişkən, bu sakit istirahətinizdən mütləq bir gün ayırıb Duden Şəlaləsinə baş çəkin, uduzmazsınız 

Antalya – Ankara (Metro Bus) – 60 TRY
20-22 avqust 2016
Bu şəhərdən heç nə yazmayacam, çünki çox pis xatirələrim var… Yerə səpələnən “elanları” görəndə gözlərim kəlləmə çıxmışdı… Bir sözlə, Ankara özünü paytaxt kimi sadəcə qələmə verir, amma həmin statusdan şəhərdə heç nə yoxdu…

Ankara – Naxçıvan (İğdırlı Turizm) – 110 TRY
22 avqust 2016
Heç vaxt bu turizm şirkətinin xidmətlərindən istifadə etməyin, çox “borzu” xidmətçiləri və sürücüləri var. Məni elə hirsləndirmişdilər ki, İğdırda düşəndə avtobusu dəyişib Naxçıvan avtobusuna minmək üçün gəldiyimizi avtobusun nömrəsini götürmək üçün qaraja getmişdim ki, şikayət yazacam. Amma hələ də vaxt edib o şikayəti düz əməlli yazıb bitirə bilməmişəm.

Naxçıvan – Bakı (AZAL) – 50 AZN
23 avqust 2016
Bu reysə biletləri öncədən alın, minimum 7 gün öncə. Daima biletlər olmur reyslərə, bilmirəm nə məsələdir, amma Naxçıvana uçanlar və Naxçıvandan qayıdanlar çoxdur…

Beləliklə, Ankaraya kimi hər şey əla olan, Ankaradan sonra zülm ilə keçən Athens – Türkiyə turunu bitirdik 

Faydalı olmaq diləyi ilə 

QEYD: Hal-hazırda Afinanı fəth etmək üçün daha ucuz və optimal marşrutlar var. #WizzAir köməyiniz olsun 
QEYD2: şəkillərə instagram səhifəmdə baxa bilərsiniz: @ilgarafandi 
#ilgarafandi #tripbyilgar #tripbyafandi #t2taz #time2travelaz #gzynlr#gezeyenler

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ilgar Afandi

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s