Cənubi Amerika səfəri – Argentina, Peru, Boliviya, Çili

ÜRƏYİ ZƏİF OLANLAR OXUMASIN. 😂

Bu dəfə həyatımın planlaşdırılmamış ən maraqlı səyahətini yaşadım. 6 ildən sonra rəngarəng Cənubi Amerikaya qayıdıb, materikin 5 möhtəşəm nöqtəsinə dəydim. 35 günlük dəli səfəri Buenos Airesdə başlayıb, elə orada da bitirdik. BA-də Recoleta qəbiristanlığı, La Boca ərazisi və yatmayan gecə həyatının olduğu Palermoda olduq. Daha sonra Mendoza şəhərinə və dağlara üz tutduq. Argentinaya gəlməkdə əsas məqsədimiz qitənin ən hündür nöqtəsi olan Akonkaquanın (6961m) zirvəsində dayanmaq idi. Normalda 12-14 gün çəkən proqramı 9 günə tamamlayıb, qardaşımla Azərbaycan Milli Geyimlərində zirvədə dayandıq. Hələ qayıdanda bonus kimi Rusiyalı əfsanəvi alpinist Viktor Boboku da gördük.

53795338_10218950502021817_7023798136430657536_n
Sivilizasiyaya qayıtdıq. Mendozanın tanınmış Merlot Çaxırının və yerli brend steyk və qrillərinin dadına baxdıq. Pasportumuza Akonkaqua ştampı vurdurduq.
Oradan Çiliyə yollandım. Santyaqo, Vine del Mar, Vakparaisio şəhərlərini gəzib, Lonely Planetin məsləhət gördüyü 3 kafe/restorana baş çəkdik. Yerli Ceviche-nin və Meksikadan bəri dadı ağzımda qalan Miçeladanın dadına təkrar baxdım.
Növbəti stansiya Peru idi. Limanı gəzib, İnkaların tarixi mərkəzi olan Cuscoya yollandıq. Bu şəhərdə yəqinki rahat, sıxılmadan 2 həftə qala bilərəm. Sakit, tarixi, rəngarəng, ruhlu 1 şəhərdir. 3 gün burada qaldıq. Günlərin birini şəhərə, birini ATVlərlə ətrafdakı maraqlı abidələrə səfərə, birini isə Dünyanın 7 Möcüzəsindən biri – Maçu Pikçuya ayırdıq. O dövrün insanlarının primitiv texnikalarla belə hündürlükdə yaratdıqları yaşayış məskəninə valeh olmamaq mümkün deyil. Maçu Pikçu dağlar arasında, dağlar başında 1 şəkildir, otur saatlarla bax.

53611001_10218950492661583_4552331017800646656_o
Növbəti dayanacağımız dünyanın ən hündür (3810m) gölü olan Titikakanın Peru sahilindəki Puno şəhəri oldu. Buradan qayıq götürüb, gölün ortalarında yer alan, üzən Uros adalarına yollandıq. Bu insanlar əsrlərlə bu adalarda yaşayıb, yaşayır. Bu adaların saxlanılması ciddi əziyyət tələb edir. Belə ki, bu üzən adaların bazisini saxlamaq üçün sakinlər hər 15 gündən 1 altdakı (dərinə gedib, suya batırlar) qamış qatlarını təzələyirlər. Düşünün bu insanlar bu işi əsrlərlə 15 gündən 1 təkrarlayıblar. Amma yerlilərlə söhbətdən bu nəticəyə gəlinir ki, artıq gənclər burada yaşamaq istəmir və sahillərə, torpağa üz tuturlar. Odur ki, 15-20 il sonra bu adalar ümumiyyətlə tarixə qovuşa bilər. Buralara səyahət planlayırsınızsa, tələsin!  Peruda ən çox sevdiyim tərəflərdən biri də tropik meyvələr idi. Hərgün Marakuya yeməkdən bomba nə ola bilər?! 😂
Punodan Boliviya sərhəddində tez bazar viza alıb, (100 dollar, heşzat) keçdik Titikakanın digər sahilindəki Kopakabana şəhərinə. Bura da kiçik, maraqlı və ucuz bir şəhərdir. Ümumiyyətlə Boliviya ucuzdur. Bu günlərdə mənim üçün yadda qalan hadisə Titikaka gölündə buz kimi suda qardaşımla çimməyimiz oldu. Dedik, bir də nə vaxt Titikaka görəcik. 😂

53557096_10218950498061718_3389696350164615168_n
Oradan ölkənin paytaxtı və dünyanın ən hündür paytaxtı olan La Paza (3600m) gəldik. Şəhərin çox maraqlı quruluşu var. Mərkəz çökəkdə yerləşir. Hər tərəfi isə üstləri favellalarla örtülü dağlar əhatə edir. Bu şəhərdə həm də dünyanın ən hündür Cable yolu yerləşir. Minəndə istər-istəməz hündürlükdə insanı vahimə basır. 🤓
La Pazdan cənuba – Uyuniyə gəldik. Cənubi Amerikanın ən “must see” yerlərindən biri – Uyuni Gölü burada yerləşir. Günün birini bu göldə keçirib, gün batımında şaqqaşaq dəli şəkillər çəkdirdik. Unudulmaz bir gün oldu. Uyunidən cənub sərhəddə gəlib, Villazondan Argentinaya keçdik. Oradan Argentinanın digər maraqlı, tarixi şəhəri olan Saltaya gəldik. Şəhəri yüngülvari gəzib, növbəti həyəcanlı nöqtəyə – İquazu şəlaləsinə tərəf uçduq. Bu gözəllik dünyada görülməli 5-6 şəlalədən biridir. Hava limanında maşın kirayələyib, Milli Parka daxil olduq. Yaxşı bir Speed Boat turu ilə şəlalənin altına girib, yaxşıca çimdik (burada hansısa şampun brendinin reklamı ola bilərdi). İquazu Milli Parkının fərqli Flora və Faunası var. Qarşınıza timsah çıxsa təəccüblənməyin. Sadəcə qoyun belinə! 🤠

53783974_10218950489981516_7724795721794191360_o
Buralara gəlməyi planlasanız, elə minimum 1 gün bu Milli Parkı tam gəzməyə ayırın.
Buradan isə Buenos Airesə uçduq. Səfərin son günü Boca Juniorsun tarixi “La Bombonera” stadionuna gedib, bu klubun və ölkənin tarixi futbolçuları olan Batistuta və Veronun adlarını klubun original formalarına yazdırıb, aldıq. 

Ümumi müddət: 35 gün
Gəzilən ölkə sayı: 4
Ümumi xərclər: Heşzat. Nə siz soruşun. Nə mən deyim. İpucu o ola bilər ki, gedəndə evi satmışdım. 😂

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Baba Aghayev

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s