Ölü şəhər “Eindhoven”

Fukuokadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Deməli belə, mən də Avropa birliyinə qəbul olmuş ölkələrdə təhsil alan tələbələr kimi gəldiyim gündən içində bir “travel” aclığı olan azərbaycanlı kimi gəzməyə başladım və hər dəfə bir “action” yaşadığımdan bu qrupa sərgüzəştlərimi yazmağı düşünürdüm amma necəsə olurdu yazmırdım.

Bu sonuncu “travel”dəki aksiyonlar artıq son damla oldu. Deməli Amsterdam hələ qurulmamışdı, mən ad günümü Amsterdamda keçirməyi xəyal edirdim həmişə 😃 Artıq bu il şükür o arzum gerçəkləşdi. Yalnız ad günümün son saatları çox da ürək açıcı olmadı, əsas da elə bu səbəbdən yazmaq qərarına gəldim ki, bilməyənlər varsa aranızda məlumatlı olsun bizim çəkdiyimizi çəkməsinlər. Dərd mənasında 😃.AMSTERDAM

Deməli biz bir dostumla Amsterdama Eindhovendən gedək dedik, tələbə adamlarıq, başa düşərsiz yəqin. Təyyarədən endikdən sonra Eindhovendə cəmi yarım saat keçirdik və yollandıq Amsterdama. İlk öncə deyim ki, hər gözəlin bir eybi var, Amsterdam da gözəl olduğu qədər bahalı şəhərdi. Turist olduqda isə 2 qat uduzursan, bunu deməyə ehtiyyac yoxdu yəqinki. Amsterdamda görüləsi yerləri çox eşitmişik. Biz demək olar ki, heç 2 gün qalmadıq orada. Ona görə hər yeri gəzmək şansımız olmadı. Gördüklərimizdən:

“China town” deyilən yer var, buddistlərin məbədi yerləşir, çox sakitləşdirici mühiti və musiqisi var. Qapıda qoyulan kağızlardan birini seçib, kağızda verilən mesajı oxuya və ya bizim dildə desək falçıya müraciət edə bilərsiz. Kartda yazılanlar isə, tamı tamına Cem Yılmaz demiş, “mutluluk içimizde” türündən bir şeydi, ara yerdə 50 cent qazanırlar mənim kimilərdən 🙂 ) Şəhər özü elə gözəldi ki, elə kanalların ətrafını gəzdikcə, binaları seyr etdikcə sehrlənirsən.

P.S.: Sehrlənmə bir az da kanalların ətrafında hər addımda olan “coffee shop”lardan gələn qoxulardan ola bilər 😉😃. Qidalara gəldikdə çox dadlı pivələri var və pivə ilə içmək üçün “snack” axtarsanız mütləq “bitterballen” dadmağı məsləhət görürəm. “Селёдка“ (herring) deyə bildiyimiz balıqları ilə məhşurdular və çörəyin arasında zövqə görə turşu ilə və ya sadə “serve” edilir, çox dadlıdır. Ən məhşur yeməkləri isə “Stampot” adlanır, ondan yeməyə zamanımız çatmadı, ümid edirik gələn səfərə 😊

Transport 1 günlük 7.50 eurodur. Müqayisə üçün deyim ki, Milanda bu 4.50 idi.niderland

Keçək arzuolunmaz və gözlənilməz hadisələrə. Uçuşumuz Eindhovendən səhər olduğuna görə axşam qayıtdıq Eindhovenə və dedik biraz gəzək sonra da yollanaq “airport”a uçuşa qədər qalaq orada və ba-bammm 🙂 . Saat 12-də yaxınlaşdılar ki, bizim hava limanı bağlanır və bir də 5-in yarısı açılır, mədəni surətdə hava limanını tərk edin. “Airport e airport”, gecə bağlanmaq 😱 Bizim də əvvəldən bundan xəbərimiz olmadığına görə qalacaq yerimiz yox idi. Elə həmin gündən başlayaraq, bütün Hollandiyada güclü külək müşahidə olunub və bunun da üstünə yağış yağmağa başlasa nə olar? Gözəllik! 😃

Yenidən şəhər mərkəzinə qayıtmaqdan başqa bir çarə yox idi. (Qeyd üçün mərkəzdən airporta birdəfəlik gediş 4.50 euro idi.) Dedik day keçib gedək heç olmasa bir yerdə oturub bir şey içərik vaxt keçər. Və budur ikinci ba-bam! Sən saydığını say məsəli. Şəhərdə saat 2-dən sonra heç bir açıq məkan yox idi. “Night club”lar ən geci 2-də bağlanır. (Biri bunlara başa salmalıdı ki, “night” saat 2-dən sonra başlayır) Mən başa salardım da, şəhərdə adam tapmadıq həmin vaxt. Eindhoveni şəhər olaraq “dead city” adlandırdım elə bu vaxtdan sonra. Saat 04.00-a qədər küçədə köhnə maraqlı hekayələrlə, qiybətlərlə 😃 vaxt keçirməyə çalışdıqdan sonra yollandıq taksi ilə “airport”a (25 euro). Ondan sonra normal həyata geri döndük amma bir daha Eindhovendən harasa yola düşərikmi heç əmin deyiləm, pis xatirələrimiz var o şəhərlə əlaqəli. Səbri çatıb bura qədər oxuyanlara və yarıda “give up” edənlərə, qısacası hamıya təşəkkürlər 🙂 .

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Zulya Abdullayeva

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s