İordaniya bələdçisi

Ammandakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Çox saylı istəkləri nəzərə alıb İordaniya ilə bağlı təcrübəmi paylaşmağı qərara aldım…

Əvvəla bu qrupun üzvlərinə lazımı məlumatları paylaşdıqları üçün xüsusi minnətdarlığımı bildirirəm. Səyahətimi başlamazdan əvvəl çox faydası olmuşdu.

İordaniya Krallığı…
Yaxın Şərq.. Asiya… Yerin Marsı…
Tamamilə yadda qalan və fantastik bir təcrübə…

Belə ki,
əgər uçduğunuz ilk şəhər Aqaba olacaqsa viza Azərbaycan vətəndaşlarına hava limanında pulsuz verilir. Mənə hətta multiple (çoxtərəfli) verilmişdi.

53356759_2159097031069000_1760203350248259584_n

Jordan Pass almaqla ölkədə 40 atraksiona giriş əldə edirsiniz. (Bu haqda daha etrafli melumat internetde qeyd olunub). Amma, zənnimcə qeyd olunan atraksionların əksəriyyəti mənasızdı. Çünki, elə muzeylər var ki, Jordan Pass -a daxil deyil. Ona görə də Jordan Pass-a ən azı 70 dinar ödəməyin. İordaniya Krallığı sözün əsl mənasında daşdan belə pul çıxarır. (Petrada rəngli daşları süxürlardan kəsib satdıqları kimi…) Bəzi məscidlərə belə giriş pulludur. Məscidə girmək istəsəniz müsəlman olduğunuzu bildirin. (Dini inancınız olmasa belə )

🔴 Petraya 1 gün üçün giriş 50 dinardır. İnternetdə yazılıb ki, 2-3 gün lazımdır. Mən səhər 7-də daxil oldum, axşam 6-ya qədər hər şeyi gördüm. Istəsəniz 17 dinar ödəməklə Petranı axşam saat 8-dən sonra da görməyə gedə bilərsiniz. Qarşısını şamlarla bəzəyirlər.
Növbəti günü “Little Petra” üçün ayırın. Giriş pulsuzdur. Şəhərdən 10 km şimalda yerləşir. Taksi, turlara qoşulmaqla gedə bilərsiniz. Və ya mənim kimi xərciniz çıxmasını istəmirsinizsə avtostop edərək gedə bilərsiniz. İnandırım sizi ki, maraqlı təəssüratlarınız olacaq.

53399074_2159096961069007_829333059298918400_n

🔴 8000 il tarixə sahib paytaxt Amman şəhərində çox da görməli bir şey yoxdur. Cittadel, Roman teatrını gördükdən sonra King Abdullah I məscidinə ziyarət edib, göydələnlərlə dolu müasir Ammanda özünüzü fərqli yerdə hiss edəcəksiniz. Petra və Aqaba şəhərlərinə nisbətdə ucuzluqdur.

🔴 Coğrafiya kitabında adı ilə rastlaşdığınız dünya okeanından duzluluq səviyyəsinə görə 9 dəfə artıq olan Ölü dənizə daxil olub batmamağa inanmaq deyil də, şahidi olmaq istəyirsinizsə, bir neçə yolunuz var: maşın icarəyə götürmək; və ya taksi tutmaqla gedə bilərsiniz; Ya da Ammanda yerləşən Mujahideen avtobus stansiyasından Al-Ram şəhərinə 1 dinar ödəməklə gəlib, oradan da Ölü dənizə taksi tutaraq az miqdarda pul xərcləyərək. Biz 3 nəfərə 5 dinar ödədik taksi üçün. Ödənişli və pulsuz çimərliklər var. 5 dəqiqəlik suya girmək üçün pul xərcləməyə dəymir, məncə. Ölü dəniz ətrafındakı palçıqdan bədəninizə çəkin, çox xeyirlidir. Dənizə girəndə gözünüzdən ehtiyatlı olun.
Gedən zaman özünüzlə şirin su götürməyi unutmayın. Dəriniz quruyandan sonra bədəninizin bəzi hissələri acışacaq.

53347598_2159097111068992_3388237397018804224_n

🔴 Ammandan 1 saatlıq cənubda yerləşən Madaba şəhərindən Mount Nebo (Nəba dağı) adlanan əraziyə getməklə Musa peyğəmbərin vəfat etdiyi və Bibliyada adı çəkilən Allah tərəfindən yəhudilərə “vəd olunan” torpaqları ziyarət etmiş olacaqsınız. Giriş 2 dinardır.
Madabadan oraya avtobus getmir. Taksi və ya hitchiking….

🔴 Tarixə marağınız çoxdursa Ammandan şimalda yerləşən Jerash şəhərinə getməklə qədim Roman şəhərinin qalıqları ilə tanış ola bilərsiniz. Giriş haqqı 10 dinardır.

🔴 Aqaba şəhəri yaxınlığında Wadi Ruma gedə bilərsiniz. Yerin Marsı adlandırırlar həmin ərazini. Giriş 5 dinar. Amma ayaqla gəzmək mümkün deyil. Azmaq riski (99%), səhrada əqrəb və ilan, bundan əlavə gecələr son dərəcə soyuq olur. Ona görə ciplərdən birini götürməli olacaqsınız.

🔴 Azad iqtisadi şəhər hesab edilən Aqabada Hind okeanı, Qırmızı dəniz sahilindən 3-4 km məsafədə görünən İzrailin gecələr qızıla bürünən Eliat şəhərinə baxmaqdan zövq alacaqsınız.

Temperatur ölkə daxili çox fərqlənir. Petrada gündüz hava isti, gecələr çox soyuq olur. İsti paltar (jaket, kurtka, vetrofka) götürün.

Aqabada temperatur çox isti olur. Təmiz dəniz havası. Ammanda temperatur indi yaz havası kimidir. Bəzən isti, bəzən soyuq və yağıntılı.. Ölü dənizdə suyun da, havanın da temperaturu xeyli isti idi.

 Qiymətlər çox bahadır. Ölkədə qıtlıq olduğundan yeyinti məhsulları və s. xarici ölkələrdən gətrilir. Bundan başqa da turist görəndə gözlərinə dinar kimi görünəcəksiniz.
Necə deyəllər, İordaniyanın əsas nefti turizmdir.
Sizdən son dərəcə istifadə etməyə çalışacaqlar.
Ölkədə monopoliya çox güclüdür. Dövlət də, yerli xalq da insandan istifadə etməyə çalışır. Bəzən elə situasiya ilə rastlaşırsınız ki, onlar deyənlə razılaşıb, mövcud vəziyyətlə barışmalı olursunuz.
Qiymətlər son dərəcə şişirdilmiş formadadır. Marketlərdə qiymətlər qeyd olunmadığından turistlərə fərqli qiymət oxuyurlar. Bəzən restoranda yemək daha sərfəli başa gəlir.

Arada qarşınıza insaflı, (atış gəlməyə çalışmayan) ərəblər də çıxacaq. 

Sonda qeyd edim ki, İordaniya həqiqətən unikal ölkədir. Gəzməyə dəyər. Hətta ölməzdən əvvəl gəzilməli ölkələrdən biridir, deyərdim.
Ümidvaram qeyd etdiyim məlumatlar kiməsə faydalı olacaq. Səyahət planlaşdırdığınız və ya səyahətdə olduğunuz zaman əlavə suallarınız yaranarsa istənilən vaxt əlaqə yarada bilərsiniz. 
03.03.2019.

Sevgilərlə….

Rəcəb Səfərov.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rajab Safarov

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s