Bolqarıstan bələdçisi

Sofiyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Salamlar  Bu həftəsonu Bolqarıstandaydım, Budapeşt-Sofia-Budapeşt biletini bir neçə ay öncə 33 avroya almışdım. İndi Sizə qısa səfər təəssüratlarımı və tövsiyələrimi yazım:

1. Bolqarıstan Avropa Birliyində gördüyüm ən ucuz ölkə təəssüratı yaratdı, bu da oradakı maaşların çox az olması ilə əlaqədardır. Həm də fevralda turistlər az olduğundan bu baxımdan mənə çox da xərc düşmədi. Sofianın mərkəzi küçəsinə yaxın ərazidə təknəfərlik mənzilin 3 günlük kirayəsi toplam 40 avrodan bir az aşağı oldu (mətbəx və hamam ümumi yox, şəxsi idi).

bulgaria

2. Bir bütün gün Sofiyadakı əsas turistik obyektləri gəzməyə sərf edir, ictimai nəqliyyatdan qətiyyən istifadə etmədim və hər yerə piyada getdim. Ancaq aeroportdan şəhərə və geriyə taksidən istifadə etdim, kifayət qədər ucuzdur (günorta 5-7 avro, gecə 7-10 avro). İstəyənlər ictimai nəqliyyatla rahat aeroporta gedib-gələ bilərlər, 10-15 dəqiqə nisbətən çox vaxt gedə bilər, amma pul qənaət edə bilərsiniz.

3. İnsanları kifayət qədər xaricilərə açıqdırlar, cavanlar ingiliscə, yaşlılar isə rusca başa düşürlər, amma əla danışmaya bilərlər. Kobudluq və ya xaricilərə qarşı hörmətsizliklə rastlaşmadım, baxmayaraq ki, belə şeylərə hətta Qərbi Avropada da ara-sıra rast gəlinir.

4. Mən 1.5 gün Sofiada, tam 1 gün isə (səhərdən axşama kimi) Plovdiv şəhərində (Bolqarıstanın ikinci ən böyük şəhərində) piyada gəzdim və əsas turistik obyektlərə baş çəkdim. Məncə, Plovdiv Sofiadan daha maraqlı və gözəl şəhərdir.

5. Hər iki şəhər haqqında Vikitravel-də oxumuşdum, qeyd edim ki, hər iki şəhər məqalələrdə yazılanlardan daha təhlükəsizdirlər, oradakı məlumatların bəziləri köhnədir və Bolqarıstanın daha pis vaxtlarını xatırladır:
– Sofia: https://wikitravel.org/en/Sofia;
– Plovdiv: https://wikitravel.org/en/Plovdiv;

6. Yeməkləri dadlıdır, xeyli ətli və tərəvəzli olurlar, tipik Balkan mətbəxidir və dadı da bizimkinə yaxındır. Mən adətən ət yeməkləri verilən fast food tipli yerlərdə və mərkəzi bazarda qidalanırdım, çünki səyahətlərdə vaxtımı gəzintiyə sərf etməyi daha çox sevirəm. Happy Grill adlı restoranlar şəbəkəsində çox yaxşı dadlı yeməklər və servisin şahidi olacaqsınız, amma deyim ki, Sofia standartlarına görə nisbətən bahalı yerdir. Lakin müqayisədə Budapeştdəki ortabab restoranlardan da ucuzdur.

27908138_2004259592922572_1135570208179490633_o.jpg

7. Bolqarıstanda qaraçılar kifayət qədər çoxdurlar və hər yerdə gözə dəyirlər, hər iki şəhərdə mərkəzdən kənardakı ərazilərdə kompakt yaşayırlar. Onların ərazilərinə getmək məsləhət deyil, kifayət qədər pinti yerlərdir və təhlükəli ola bilər. Orada qaraçıların çoxu türkcə danışırlar və belə adamları mərkəzdə görmək də mümkündür, çox da baş qoşmayın ki, neqativ hallarla qarşılaşmayasınız.

8. Küçədə satılan malları almayın, mərkəzi ərazilərdə, vağzallarda və kilsələrin ətrafındakı dilənçilərə pul verməyin, taksini ancaq sifarişlə edin (Yellow Taxi-nin Uber kimi app-i də var), ancaq rəsmi yerlərdə pul dəyişin – bu qızıl qaydalara əməl etməsəniz, problemlər yaşamaq ehtimalınız var;

9. Sofia-Plovdiv-Sofia biletini bu saytdan almışdım: http://busexpress.bg/

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Rashad Rezső Mehbaliyev

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s