Səfərim Hindistandan keçmişdi: Delhi və Mumbay

Mumbaydakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Hamı getdiyi yerin görülməsinin mütləq olduğun vurğulayır, amma Hindistan ölmədən gedilməsi gərəkən yer olsa gərək, ən azından Tac Mahal üçün. Mən üstünlüyü Delhi və Mumbaya verdim. Aralarındakı məsafə 22 saat edir deyə yerli hava yollarından istifadə edə bilərsiz. Ən ucuzu Spicejet-dir. Çox koloritli, mədəniyyəti fərqli yerlərdir. Təsəvvür edin, azı 800 dilləri (22si rəsmən təsdiqlənib), 9dan çox dinin hökm sürdüyü məkan! Və ən maraqlısı, 300mln allahları var. AllahlarBelə deyim, hər adamın öz sevib bəslədiyi Allah. Biri öz sevgisin bədəninə tatoo edərək bildirir, biri “tuk-tuk”una (rikşa-yerli 3 çarxlı ən ucuz taksi, minərkən metraj-ın olub olmadığını soruşun, yoxsa bütün şəhəri fırladacaqlar, bütün səyahət pulunuzu kaptırmış olacaqsız 🙂 ) qəribə fiqurlar yığıb. Nə isə, bizə də hörmət etmək düşər deyib çox fikir vermədim. Deyirlər çox təhlükəlidi oralar, amma yanınızda yerli bələdçi olarsa və bu səfər üçün mütləqdir, heç bir qorxusu yoxdur. Ruslara mafioz deyib dururlar, türkəm desəm də inanmırdılar, amma Cahan şah-dan bir az danışın, dostlaşarsınız 🙂 . Mumbayda elə də özəllik yoxdu. Əsas Gateway of İndia ora gedin, elə o meydanda məşhur Tac Mahal otelin də görmüş olarsınız. Şopinq üçün əla olsa da özünüzü Delhiyə saxlayın, ora lap ucuz idi. Mumbaya əsas Leopold restoranın görmək üçün getdim, “Şantaram” romanını oxuyanlar oranı gözəl tanıyar, 2 əsrlik restoran necə var elə də qalıb. Delhi bir az şimal tərəfdi deyə, havası daha sərin və təmiz yerdi, müsəlmanlar daha çoxdur. (14% əhali islam dininə sitayiş edir) Onu da 2-ə bölüblər, müasir və köhnə. Yeni Delhidə 2-ci böyük məscid deyib tutdurduqları Jama mosque, bir də Cahan şahın iqamətgahı Red Fort əsasdı və dəyəri 10mln olan Lotus məbədi. Çox möhtəşəmdir həqiqətən, nə əcəbsə bunun girişi pulsuz idi. Tac MahalAqraya ordan minik avtomobili ilə getsəz həm yolüstü yerli kəndlər olan Mathura, Krişnanın (əsas allahları, onun haqqında qəşəng əfsanə qurublar) doğulduğu yer Vrindavanı görərsiz. Və Aqra və Tac Mahal, möhtəşəmdir. Girişi turist üçün 15$, özləri üçün heç 1$-da eləmir, ona görə sıxlıq dəhşətdir. İçinə girmək üçün növbədə durmalısan amma dəyməz, içində təmir gedir və mərkəzdə Cahan şahla, Mumtazın qəbridi. Uzun sözün qısası, bura haqda çox danışmaq olar amma gedib gözünlə görmək ömür boyu bəs edər…

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Jale Valehova

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s