Yeni səyahətlər yeni təcrübələr gətirir

Hər bir səyahət dünya qədər yeni təcrübə və məlumat deməkdir amma Montenegro səyahəti yəqin mənim bu günə qədər yaşadıqlarımdan ən məhsuldarı idi. Hava yolları və limanları ilə bağlı təcrübə etdiyimiz bir neçə müxtəlif məqamı xüsusi vurğulamaq istədim 😊 Ümid edirəm gələcəkdə “axtarış” edən kimlərinsə köməyinə çatacaq.

1. Başlayaq hamilə qadınların aviaşitkətlərlə uçuşu məsələlərindən. Rəfiqəmin sayəsində öyrənmiş oldum ki, siz hamiləliyin 26-cı həftəsinə qədər problemsiz səyahət edə bilərsiniz. Uçuşa qeydiyyat zamanı hamiləliyinizi bildirdiyiniz/ aşkar olunduğu halda sizdən hava yollarını məsuliyyətdən azad etdiyiniz barədə yazılı bəyannaməni doldurmağınız tələb olunacaq. Bu halda sizdən həkimdən arayış tələb olunmur. İşdir hamiləliyiniz daha irəliləmiş dövründə 26-32 (32 daxil olmaqla) həftə arasındasınızsa sizdən müalicə aldığınız həkimdən xüsusi arayış almağınız tələb olunacaq və yenə də hava yollarını məsuliyyətdən azad etdiyin haqda bəyannamə imzalayacaqsınız. Bir söz bildirsəniz də, bildirməsəniz də məsuliyyət sizindir. Arayışın üstünlüyü isə həm səyahət öncəsi həkimlə son bir dəfə məsləhətləşmək şansınız olur, həm də hava yolları işçiləri ilə mümkün əlavə müzakirələrdən qaçmış olursunuz. Çünki oların 32+ həftəlik hamilə qadınları daşımağa haqqı yoxdur və hamiləlik aşkar olunduğu halda siz təyyarəyə daxil olmadan bunu sübut etməlisiniz.
Bizim təcrübəmizdən deyə bilərəm ki, hamiləliliyin istənilən ayı üçün alınmış arayış sizə extrimal halda kömək ola bilər.
Rəfiqəmgilin Podgoriça – İstanbul uçuşu ləğv olundu. Bu zaman onlar hamiləliklə bağlı xüsusi üstünlüklər əldə edə bildilər. Otelə ilk transfer olunmaq, Tiflis biletinin Bakıya dəyişdirilməsi və.s. İlkin hamiləlik dövrlərində visual çətin olacağından bu vəziyyətinizi sənədlə sübut edə bilərsiniz.

2. Müəyyən problemlərə görə həyat yoldaşım Wizz Air lə alınmış biletlərin ilk 2 uçuşunu götürə bilmədi və 1 gün sonra tamam başqa hava yollarıyla yeni bir bilətlə Padgoriçaya uçdu. Geri dönüş biletlərində problem yaşamadıq. Yəni bilet nə NO SHOW kimi qeyd olunmuşdu nə də geri dönüş hissəsi ləğv olunmuşdu. Bir üstünlüyümüz var idi ki, her 4 uçuş üçün “online check-in” öncədən edilmişdi.
QEYD: bu dediklərim, ancaq WizzAir və öncədən online check-in olunduğu hala keçərli ola bilər.

3. Elektron Əşyalar
Əl baqajı ilə security yoxlamasından keçən zaman çoxumuz notebookları qabından çıxarın, elektron əşyaları üstündə heç nə olmayacaq şəkildə ayrıca qutuya qoyun lövhələrini görmüşük. Bütün amma bütün əşyaları çıxarın və səliqə ilə düzün, ayrıseçkilik etməyin necə deyərlər. Bura kindle, foto aparat linzalarından tutmuş blenderə qədər hər şey daxildir. Evdə baqajı yığanda çalışın bu əşyaları rahat çıxaracaq şəkildə və göz önünə qoyasınız ki, sonradan nə baqajı dağıdasınız, nə də heç nə yaddan çıxmasın. Baqajın içində yaddan çıxmış bir əşyaya görə sizi təsəvvür etmədiyiniz qədər gözlədə bilərlər (((

4. Əgər Dronla uçursunuzsa Budapeşt hava limanında əl baqajınızda keçirə bilməyəcəksiniz. Security yoxlamasında verilən məlumata əsasən təhlükəsizlik səbəbindən dronların tranzit zonaya buraxılması qadağandır. Buna görə də ancaq əl baqajımız olmağına baxmayaraq biz check-in vaxtını gözləməli və bagajı hava yollarına təhvil verməli olduq. Xoşbəxtlikdən WizzAir-də bu hal normal qarşılandı və buna görə əlavə ödəniş tələb etmədilər.

5. Əl baqajında maye daşımaq haqqında hamı hər şeyi artıq yazıb amma son dəfə də mən yazım.
Artıq bilirik ki, 100 ml-ə qədər flankonlarımızı ürək rahatlığı ilə götürə bilərik. Say önəmli deyil. Tək göstərici onların hamısını 1 litr həcmində görünən bir paketə yerləşdirməkdir. Əgər evdə əşyaları hazır qoymasanız security yoxlamasında bir -bir onları çantanın müxtəlif yerlərindən tapdırıb özləri tərəfindən təqdim olunan 1 litrlik paketə yığmanızı istəyə bilərlər. Yerləşib yerləşməməyi bir yana, öncədən hazırlıq əlavə stress və zaman itkisini aradan qaldıracaqdır. Çantanın darmadağın olmağından danışmıram belə. Axırıncı, uçuşlar vaxtı bir çox xanımın bundan əziyyət çəkdiyini müşahidə etdiyimdən qeyd etmək istədim. Ölçülər uyğun gəlsə də, hava yolları işçiləri bir-bir bütün mayeləri çantanı eşələyib çıxardırlar. Son uçuşların hamısında bütün, xırdalı irili flakonların hamısını həmin paketə yığıram və yoxlama zamanı çıxarıb qoyuram bir kənara, heç bir gözləməsiz keçirəm.

Belə, ümid edirəm faydalı olsun məqsədim maraqsız yazı ilə nəticələnmədi sizin üçün.

P.S. Əlavədə dostlarla olan son səyahətimiz Montenegrodan dron videosunu da yerləşdirirəm. Necə deyirlər fikirləriniz önəmlidir. ( https://www.youtube.com/watch?v=ZlUXHHyun1w )

Sağlıqla qalın 😊

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Aysel Allahverdiler

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s