Səyahət əhvalatları -Turin

Hörmətli, Gəzəyənlər 
Harda əndrəbadi iş var məni tapmalıdır axı 
Deməli getmişik Nitsaya, ordan Monako, Kann, Menton, Milan, Turin, Florensiya bir sözlə, boş vaxt nə qədər desən, avro da hələ qalxmıyıb, “birin birə”dir, kef boydan 
Gəldik Turinə, dedim acqarına Yuventusun maqazinindən suvenir almağa getsək, yaxamızdan tutub atacaqlar çölə ki, tfu sizə pis fakirlər  Bir şey atışdıraq, sonra gedək  Elə düz otelimiz yerləşən binanın birinci mərtəbəsində bir pizzeriya var ki, gəl görəsən, heç “avtoş dönər”in qabağında o qədər adam olmur 28660967_10156139669715758_494074917264818176_o

Nəisəəə millət əlində pizza yarıoturaq, yarıayaqüstə, ona buna dəyə dəyə pizzasını yeyir, dedim ala yox eee, bomj zad deyilik ki, o boyda yol gəlmişik, Monako kazinosunun behindən də bir az qalığımız qalıb (nuuuu bu zarafatdı başa düşdüz), gəl keçək içəridə qəşəng oturmalı yerlər var, oturaq pizzamızı yeyək  Keçdik içəri ki, akazımıçka bidənə də zal var ki, konkret pizza yemək üçün nəzərdə tutulmuş “şaxmatnı pakrıval” kimi süfrələr, qədimovski adi taxta stollar, amma içəridəki İtalyan abu-havası çooox qəşəngdir, içəri doludu “qan iyinə gələn” turistlərnən 

Pizzamızı, kolamızı, pivəmizi zakaz elədik, yedik, içdik, yeriniz məlum, əlimi yuxarı qaldırıb bizə qulluq edən gözlərindən od yağan italyan ofisiant qızı çağırdım ki, bəs, ağalar yeyib doyub, rəqqasələr…. yox ee, çaşdım, şot gəlsin 

Şot gəlib, yediklərimiz də, içdiklərimiz də hər şey menyuda olduğu kimi yazılıb, ni tuda ni syuda, nikakoqo artığa əskiya, no 6 euro okupate yazıblar ki, ay tövbə biz onnan nəinki yeməmişik, heç üzünü də görməmişik  Qızı çağırdım, istədim deyim ki, “sən bilirsən kimə atış gəlirsən?”, gördüm yox, bu nəinki Azərbaycan dilini, heç ingilis dilini də düz əməlli bilmir.. İndi mən deyirəm, o deyir, dostum da ki, ümumiyyətlə mənimlə “na urra” gəlib Avropaya, dil-fil qanıb qandırmır, prosto vizası var, vəssalam ))) Qız deyir gözlə bizim bir administrator var, gəlsin sənə günüvü göstərəcək, dedim çağır gəlsin mən də ona kimi qollarımı çirmələyim  Qara-qura, saçlı-saqqallı, bığıburma bir qaqaş gəldi ki, abi naber?? Dedim ala bragəl  Yekə kişisən, abi biz Azeriyiz, sen Türk, bəs rəvadırmı ki bizə burda “atış geliyorlar” sen de gelmisen ki “okkupate yemisiz, men de gormuşem” ))) Qardaş qayıdasan ki, abi, ruçnoyu ya da ki xudoy konec tormozu basarmısın lütfen?  Abi bak, millet ayaq üstə yemək yeyir ki, adambaşı 3 avro oturmaq pulu verməsin, amma oturanlar 3 avro verir, buna da italyan eli arasında okkupate deyirlər, tak çto, əlin cibində olsun )))))
Əziz Gəzəyənlər, Avropada xod getməyin, onsuz da pulunuzu alacaqlar 

28577824_10156139669660758_4308135807463456768_o

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ramin Mammadov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s