Şəhər bələdçisi – Bern

Berndəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Bu şəhər haqqında yadda qalan ən maraqlı təəssürat o oldu ki, bilmirsən şəhərdi, yoxsa kənd, məsələn, bir tərəf meşə, dar cığırlar və sairə ikən, 200 metr sonra alış-veriş mərkəzləri, restoranlar, şəhərə aid nə infrastruktur varsa görmək mümkündü, çayın o tayı ilə bu tayı ayrı dünyalardı. Bern-in digər maraqlı tərəfi 1191-ci ildə salınan – belə desək, bizim İçəri Şəhəridi. Old Town of Bern vallah heç də köhnə görünmürdü, 6-7 əsr yaşı olan binaların, küçələrin simmetriyası, quruluşu bu insanların gözlərinin elə əvvəldən iti olduğunu göstərir. Şəkildə arxada görünən 1-ci körpü (Unterttorbrücke – Aşağı Qapı Körpüsü) 1489-cu, ikinci körpü (Nydeggbrücke – Yeni Körpü) 1840-cı, sağda görünən qülləli Nydegg adlandırılan kilsə bir neçə dəfə yenilənməklə 1190-1480-ci illərdə tikilib. Burada mərkəzi küçə yarandığı vaxtdan shopping center olub, bizim Targoviy, sadəcə zaman dəyişdikcə çağa ayaq uydurub, əvvəl mal-qoyun, dəyərli əşyalar, saxsılar və sairə satılırdısa, indi bahalı brendlər, 50-60 minlik Hublot-lar, Aldemars Piguet-lər bunları əvəz edir.

37693361_10214829258957918_1009917626433929216_o

İkinci şəkil Bern-dən biraz yuxarıda – təpədə yerləşən Rosengarten (Qızılgüllər bağı) dedikləri parkdan qədim şəhərin görüntüsüdü. Uzaq fonda İsveçrənin ən hündür katedralı – Bern Münster düz 472 ilə tikilib. Rosengarten-də Eynşteynin bir heykəli var, skameykada oturub nəsə fikirləşir yenə, lap yaddan çıxmışdı, bu şəhər Einstein-in 1902-1909-cu illərdə yaşayıb yaratdığı şəhər olub. Heykəlin yanında info tabeldə yazılıb, “Bern once inspired Albert Einstein, who developed his famous Theory of Relativity. He almost spent his daytime sitting here with his wife Mileva for working on his Relativity Formula”.

32045409537_5c4f97d54f_b

Кендилерини чок северим, getdim oturdum yanında, qolumu atdım boynuna, bir sağa baxdım, bir sola, baxdım Einstein-ə, indi olmasın, qayıdıb nə desəm yaxşıdı? “7 il burda yaşasam mən theory of time-travel kəşv eliyərdim”, bir az fikrə getim, ürəyimdə dedim ağ eləmə.

Old Town of Bern Aare çayının qıvrılan hissəsində yerləşir, yeni 3 tərəfi sudu, bu çayın maraqlı tərəfi enli, dərin, gur olmasından başqa yaşılın özünəməxsus rəng çalarında olmasıdı, ki bəziləri fotolarda bunu rəng effekti ilə səhv salır, yaxşısı budur özünüz gedin görün, məndən bu qədər. 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Malik Abdullayev

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s