Şəhər bələdçisi – Milan

Salam dostlar.5 günlük Milan səyahətimdən: ✈️
1. Malpensa aeroportundan-mərkəzə(otel orda rezerv edilmişdi) taxi ilə 115 Euroya getdim.🚕🤑(avtobusla uyğun olmadığım üçün) 😉
2. Rezerv etdiyim “Chopin” adlı otelin 5 günlük qiyməti 480 euro💶💳 idi.( səhər yeməyi -10 euro xaric).Amma, buranı nəinki otel, hostel vəya ponsionat belə adlandırmazdım.🤮
Qarşılanma sıfır, ingliscə danışa bilməyən 😷personal(ümumi 3 nəfərdən ibarət), qaranlıq+soyuq otaqlar, köhnə 🛏🚪mebel, hamam və tualetin 🛀halı bərbad,metlax pol, tramvayın gurultusu otagın içində və s…👎

51208945_1099727283522786_4316879617848770560_n
Otel sahibinə ( həm də reseptionda 🛎oturur) orda qalmayacağımı bildirib, ödədiyim pulu geri qaytarmağını istədim.Amma, bu Petruçço 🐔(əsl adı belə idi) bunun mümkün olmayacağını birtəhər başa salmağa çalışırdı.Mən isə, bununla çənə boğazdansa birbaşa Booking.com-a (London ofisi) telefonla zəng edib 📞vəziyyəti bildirdim. Yalnız, bundan sonra məcbur qalıb pulu geri verdi.🤟Bu arada, booking.com mənə 466 euroya 4 ulduzlu İH Milan Gioia otelini ayarladı.👏
Şəhər haqqında:
4.Milanda sürücülük mədəniyyəti (vəya mədəniyyətsizliyi) eynən Bakıdakı kimidir.( süni sıxlıq, harda gəldi saxlamaq, mənasız siqnalllar, işləməyən işıqforlar, piyada hərrəməmək və.s…🚔🚔🚔
5. Eyvanlardan asılan paltarlar şəhərə başqa “yaraşıq verir”🌆
6. Şəhər cibgirlər 😎və dilənçilər🤲 ilə, doludu.
7. Keçən əsrin tramvayları hələ də, işləyir🚋( ara sıra xarab da olur)
8. Taxi xidməti bəzi avropa şəhərləri ilə müqayisədə bahadır.🚖
9. 70% Küçələrin adları lövhələrdə yazılmayıb.
10. İnsanların çoxu ingliscə danışa bilmir(hətta bəzi restoran və marketlərdə çalışanlar da) 🤦‍♂️
-———
Amma bütün bunlarla bərabər Milanın bir çox müsbət tərəfləri də var.
1. Əvvəla onu deyim ki, insanları (əsl italyanlar) mehriban və 😇😇😇səmimidirlər.(Petruçço xaric😉)
2. Restoranlarında dünya mətbəxinin ən ləziz təamlarını dada 🍕🍰🍗🥩🍦🍤bilərsiz.(qiymətlər münasibdi)

50510643_1099727503522764_7934992439167680512_n
3. İctimai nəqliyyat dəqiq və ucuzdur (avropanın çox yeri ilə müqayisədə) 1.50 euroya həm,avtobus,həm metro, həm də tramvaya minə bilərsiz.🚎🚇🚃
4. Mərkəzdə (insanların sıx olduğu yerlərdə) təhlükəsizlik 💣🔪🧨yüksək səviyyədədir.👮‍♀️👮‍♂️🔫🔫
5. Dünyanın ən böyük “Duomo di Milano” kotedralı,🕍

51155470_1099727343522780_2689420065903738880_n

6. Dünyanın ən qədim ticarət mərkəzi “Galleria Vittorio Emanuele”🏙
7. Dünyanın ən böyük teatr binası “La Skala”🎨🏛
8. Leonardo do Vincinin «last dinner” freskası 🎨
9. “Piazza Cavour,””Via Turati” və. 30’dan çox mərtəbəsi olan” Piazza della Repubblica”🌇
10.”Pirelli” göydələni (36 mərtəbəli)🌆avour
11. Məşhur”San Siro” stadionu və “AC Milan” ⚽️futbol klubu və legal Marixuana 🚬satışı ilə “MİLAN”dünya möhtəşəmləri sırasındadır….👍

Vaxt ayırıb,oxuduğunuz üçün minnətdaram!👏

P.s. İmkan olduqca Milanı gəzin amma unutmayın “Bütün yollar Romaya aparır”

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Адик Сумгаитский

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s