Balkanların dan ulduzu – Monteneqro

Hər vaxtınız xeyir Gənclər,

Həmişə səbəbi bir çoxlarına bəlli olmayan Eurovisionda Azərbaycana 12 xal verən Montenegroya səfərdən danışmaq istəyirəm, yaxın oturun 

Trip Yanvar ayından Moskvadan Belgradda transfer ilə gediş-dönüş 198 usd eləməklə Air Serbiadan book olunub. Əvvəllər bu hava yolu ilə uçsam da deməliyəm ki, bu dəfə narazı qaldım, biletə heçnə daxil deyildi ( Burda Butaya hamılıqla şükr etmək lazımdır ). Belgradda 55 dəq transfer zonasından Tivata uçduq. Air Serbia pilotlar və xidmət də elə güclü deyildi, təyyarə əməlli-başlı turbolenə düşdü, onsuz da mədəmiz aclıqdan qurulduyurdu turbolen ərzində mədə qurultusu unuduldu getdi.

Gəldik düşdük Tivata, ordan bir-baş otelə. Sinoptiklər yağışlı, dumanlı hava desələr də nə Tivatda, nə də digər şəhərlərdə yağış filan yağmadı, tam 7 gün günəş və dəniz… Otel bizə transfer təşkil eləmişdi, 25 euro ödəyib Tivatdan birbaşa Budvaya yola düşdük. Hava möhtəşəm, otel və menecment ondan da möhtəşəm idi. Budvaya getsəniz Otel Olivianı şiddətlə və çox şiddətlə tövsiyyə edirəm- qiymətlər münasib, yaxşı səhər yeməyi bufeti və dostoyni otel GM-i 

35266902_2106112572736560_6092451731176685568_o

Budvada əsas yerlər:

-Sveti Stefan- içəri giriş 20 pp eurodur, biz bunu etmədik, kənardan görünüşü elə bəs elədi
-Mogren Beach
-Old Town

Restaurants:
Lima – əntiqə balıq və yerli çaxır verirlər

Sonra şəhər bus stationdan Kotora yola düşdük, ( bilet 2.50 euro) + station fee 2 euro ödədik.
Kotorun dənizi Budva kimi busy və geniş olmasa suyun yamyaşıl rəngi vardı və əslində Kotor körfəzində çimirdik.

Kotor:

Saint John təpəsi – 1300 addim yuxarı dağın zirvəsinə qalxırsınız, giriş 8 eurodur. Dəhşətli mənzərə açılır sahilyanı ərazilərə, buranı qalxanda sonra bir həftə gym-də squats eləmə ehtiyyac qalmayacaq 

Azərbaycansayağı tips- əgər 8 euro ödəmədən qalxmaq istəyirinizsə, onda axşam 8dən sonra gedin ora, heç kəs olmur və qalxın, amma qaranlıq olacaq deyə özünüzlə fənər götürün.

35406382_2106112642736553_6219643249162715136_o

Tivat:

Tivata da Kotordan bus stationdan 2.50 euro ödəniş edib 35 dəq yol getdik, Tivatın da çimərliyi Budva qədər deyildi, amma port hissəsi çox gözəl, axşamlar şam işığıyla serve edən kafe və restoranlarla dolu idi.

Montenegroda bəyəndiklərim
Avropada görə biləcəyiniz ucuz ölkələrdən biri, Budvanın Antaliyadan geri qalmayan ruslarla dolu çimərliyi və əntiqə mehriban insanları, busy olmamağı

Bəyənmədiklərim- balıqdan başqa əraziyə məxsus heç bir yeməklərinin olmaması, növbənöv ağcaqanaq və milçəklər, pisiklərlə dolu restoranlar

Finance: gediş-dönüş bilet+ otellər breakfast inc (except Tivat), total 497 usd pp

Maraqlı fakt- ərazidə hər 2-3 evdən birinin ruslar tərəfində alınması, dillərinin serb dili oluban italyan ləhcələrilə danışmaqları və Azərbaycanlılara xüsusi sevgiləri 

Ps. Ölkədə SOCAR kifayət qədər investisiya edib.

35361642_2106112672736550_6175974152000765952_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Parvin Jabiyeva

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s