“Perspektivlər vətəni” – Danimarka

Bilirəm ki, səyahət sevərlərin çoxu Skandinaviyanı xəyallarının bir küncünə həmişə yerləşdirir. Ona görə dedim mən də möhtəşəm Danimarkadan qısaca yazım. Ümumiyyətlə, mən buranı “perspektivlər vətəni” adlandırardım. Baxdığınız hər yerdə ucsuz-bucaqsız sonsuz mənzərələr görürsünüz. O dərəcə ki, çoxlarının gözü bu ölkələrə səyahətdən sonra daha yaxşı görməyə başlayır. Paytaxt Kopenhagen çox sakitdir, digər paytaxtlardakı basabası burda görə bilməzsiniz. Dükanlarda gəzdikcə skandinav dizaynı deyilən şeyin nə olduğu çox aydın hiss olunur, həqiqətən də çox spesifik zövqə malikdirlər. Burda yenilənmə çox az-az olur. Mən 7 il fərqlə iki dəfə burda olmuşam, ikinci dəfə gedəndə heç bir dəyişiklik hiss edə bilmirdim, hətta əksər kafelər olduğu kimi yerində dururdu  Memarlıq inanılmaz gözəldir, hər yerdən tarix qoxusu gəlir.
Şəhərdən azca kənara çıxanda isə nağıllardakı kimi buranın qnomlar ölkəsi olduğuna inanmaq olar, hər şey çox miniatürdü  İnsanları sizi həmişə çox gözəl qarşılayır, çox gülərüzdülər, amma bir az dərinə gedəndə, çox özlərini düşünəndilər, sizə ancaq öz rahatlıqları çərçivəsində yardım edə bilərlər. Qaydalara çox düşkündülər, yalvarsanız da, ən kiçik qaydadan kənara çıxa bilməzlər, ümumiyyətlə ölkədə inanılmaz bir sistem var, isveçrə saatı kimi, başda da nəqliyyat olmaqla.
Ən çox maraqlandıran maddi məsələdən isə necə danışım bilmirəm. Düşünürsünüz ki, bir ölkə nə dərəcə baha ola bilər axı? O düşündüyünüzün iki qatı çıxır  Danimarkada evdən addımınızı atan kimi büdcəniz çat verir. Nəqliyyat dəhşətli dərəcədə bahadır və əvvəlcədən çox vaxt hesablamaq olmur. Məsələn, hansısa istiqamətə gedirsiniz, bir də görürsünüz ikiqat pul çıxılıb, səbəbi yeni tikilən körpü ola bilər, hansısa ərazidən keçmiş olmaq ola bilər, nəticədə nəqliyyata gündə ən yaxşı halda 60-70 avronuz çıxa bilər. Aylıq kartlar isə 300 avrodan başlayır.

denmark2
Restoranların əksəriyyəti çox sadədir, minimalist üslubda, menyuları çox sadə, əksəriyyətində cəmi 5-6 cür yemək olur, hamısı müəyyən bir şeydə ixtisaslaşmış olur. Bizimki kimi interyerdən restoranın qiymətlərini təxmin etmək mümkün olmur ) Amma restoranda yemək yemək çox lüks hesab olunur. Küçələrdə isə möhtəşəm şirin bulkada sosiskalar dada bilərsiniz, mən dadını hələ də unuda bilmirəm!
Onu da qeyd edim ki, həyatımdakı ən ləzzətli süd məhsullarını burda yemişəm, kərə yağının, smetanın, qaymağın dadı dəhşətli bir şeydir. Hətta camaat özüylə suvenir, maqnit gətirəndə, mən kərə yağı gətirmişdim ))
Ən gözəl yerlər də royal ailənin iqamətgahlarının bağlarıdır. Xalqa açıqdır, hətta ilin bəzi günlərində içəriyə daxil olmaq günləri də olur. Rahatca gəzdiyiniz yerdə bir anda şəhzadə evdən çıxıb, velosipedinə minib, qabağınızdan keçə bilər 
Həmin bağlardakı möhtəşəm bağbanlığı görüb maraqlandım, burada bitkiləri dizayn etmək üçün peşə məktəbi belə var, insanlar 3 il bağbanlıq öyrənirlər.
Iki kəlmə də iqlim barədə yazmaq istəyərdim, amma üşüməyə başladım. İyul ayında dolu gördüm, mart ayında isə iki kurtkanı üst-üstə geyinirdim. Telefon soyuğa görə yarım gündən artıq “zaryadka” saxlamırdı 
Estetikadan, oksigendən və bütün dünyəvi gözəlliklərdən başım fırlanmış halda gəzərkən, məni yeganə yoran şey ölkədəki sistemə alışmaq oldu, ciddiyət bir az mənim kimi şərq insanına çox gəldi  Orda yaşamadan da buna alışmaq çox asan deyil.
Bir gün bu gözəllikləri hamınızın görməyi ümidilə,
Sevgilər 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı:  Ayuk Utopik

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s