Ölkə bələdçisi – Çin

Nəhayət vaxt tapıb Çin səfərim barədə yazmaq qərarına gəldim.
Çin hava yolları ilə yola düşdüm 5:30 Urimchidə düşüb Quanjoya yola düşdüm 4:00. Taksi tutub otelə getmək istəyirəm sürücü ingiliscə bilmir. Yaxşı ki otelin şəklini screen etmişdim)) Rahatlanıb birbaşa şəhəri gəzməyə. Hamının ağlında Quanjo alver, bazar tip qalıb. Amma əslində tam elə deyil. Şəhərin əhalisi çoxdur və hamısı alverlə məşğul olur. Şəhərin bir Zonası qədim çinlilər kimi kasıb həyat sürür. Bir Zonası (mən qalan ərazi) orta təbəqə hamı işləyir və gəzir. Və eynən “The Time” filmindəki kimi tam fərqli Zona var. Bahalı maşınlar, açıq saçıq geyimli qızları, bahalı restoranlar və ən əsası buludlara toxunan hündür binalar. Bildiyimiz kimi VPN probleminə görə WhatsApp və Facebook Google işləmir. Ölkədə əsas ödəniş sistemi WeChat və Alipay-dir. Hərşey QR kodla işləyir. Restoranda yedin wechatda QR code skan edirsən lazımi məbləği göndərirsən Valala. Yolda yorulmusan? Velosiped kiralamaq istəyirsən? Velosipedin üstündəki QR kodu scan edirsən ödəniş gedir və sənə kod gəlir o kodu yazırsan və volisped aktivləşir. Taksi, market hərşey QR ilə işləyir. Ölkədə turistlər ancaq nağd pul xərcləyirlər. Məntiqlə gözəldir. Cibində pul gəzdirmirsən.

30530677_1924767167548094_4269622751880640794_n
Food:
Bizim dönərxana tipində onlarda isə milli mətbəxlər var amma nədənsə pişik ölüsünün iyi gəlir (((. Ona görə cəmi 6 günə 400$ yeməyə xərclədim. Kavkaz Azerbaycan restoranında pomidor-yumurta, balıq və s, Bosfor Türk restoranında tavuk ızgara mərci və Latın Amerika mətbəxində steyk balıq və s. çinlilərin ağız tamları bizlik deyil. Amma yollarda görsəz fresh sok yeri mütləq alın 20 uyandır(5.40 azn).

30581632_1924767094214768_3122460793559026301_n
Shopping:
Şəhər o qədər böyükdür ki, şəhərin bir başında Hua Mei adlanan ərazidə geyimlər ala bilərsiz ucuz və keyfiyyətli hercür mala rast gələ bilərsiz. Bayunda adlanan ərazidə ancaq dəri məhsulları. Yongfuchun adlanan ərazidə Avtomobil üçün hərşey, bəli düz oxuduz hərşey.
Transport:
Transport üçün taksi ən idealdır amma motosikletdə ucuz başa gəlir, avtobus və s-dən istifadə etmədim çünki dillərini bilmirəm və çox qəlizdir. Taksi və satıcılar ilə ünsiyyət üçün Google Translate dən istifadə edirdim))))
Daha sonra iş görüşməsi üçün Shenzenh şəhərinə yola düşməliydim. Ən asan yolu Online bilet aldım 75yuan ikinci klas və vağzala yaxınlaşdım elektron bilet pəncərəsinə və bileti verdilər. (Çinlilər elektron bilet almırlar ). Qatar nə qatar.. Adı qatar amma saatda 375km/s hərəkət edir))).
Shenzenh şəhəri yeni qurulmuş şəhərdir və Honk Konga bitişikdir. Çooox gözəl şəhərdir, yaşıllıq və tam müasir. Görüşməm uğurlu keçdi və məni məşhur Çin restoranlarının birinə dəvət etdilər. Maraqlı mədəniyyətləri ilə yaşıl çay gəldi süfrəyə. Və bu çayla hərə öz stəkanından çubuqlarını yuyur yaxalayır. Menyunu birinci mənə verdilər və….. Donuz ayaqları, donuz qulaqları, toyuq ayaqları, tısbağa və s. mən əlbəttə ki tək düyünü seçdim)))
Beləliklə Çin səfərim maraqlı və yadda qalan oldu. Çinə yenidən səfər edəcəm və gələn səfərim Çin Səddinə olacaq. Gəzməyə Çin, yeməyə Vətən yaxşı😊

30516354_1924767240881420_8046175070650507271_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Jack Emerson

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s