Birləşmiş Ərəb Əmirlikləri – Dubay

Birləşmiş Ərəb Əmirlikləri – Dubay

Salam ) çoxlarınız Dubayda olub, mən ilk dəfə idi 😁🙈 Uçuşa 2 gün qalmiş artıq peşman olmuşdum)) qorxudan😁 birdən itərəm) İstanbul o qədər qarışıq şəhər gelmişdi ki, qorxmuşdum)) 😁
Amma hərşey planlı idi ))
✈️ Azal tapılmadı artıq 3 ay əvvəldən … məcbur 1 ay qalmış uçuşa Flydubai ilə hər iki istiqamət aldıq. Heç də peşman olmadıq , sadəcə hindistanlı-pakistanlı çox olur . Azərbaycanlı 1-2 olar ya yox . Yemək verilmir. ( Əlavə ödənişlə) 2.30 dəq uçuşdu. Kabin 7kq, baqaj o biri 20 di ( bizim işçilər o barədə hörmət edirlər keçirirlər kabinə 1-2 kq söhbəti etmirlər (orda isə onsuz çəki daha çox idi baqaja aldılar).
İlk dəfədirsə mütləq transferdə götürün (mən transfer şirkətindən çox razı qaldım 34 group, 88 dollar fərdi olsa da elə bizi fərdi aparıb gətirdilər qrup adına almışdım ama) getməyə 1 gün qalmış da oteldə nömrəyə məktub qoyurlar ki sabah neçədə burda olacayıq.

34200495_956793914492229_3624671597157154816_n
Demək olar bütün əsas yerlərin gördüm)
Burj Xalifa əvvəl də bronla 2 nəfərə 70 dollar (dostum etmişdi)
Safari turu (mütləq məsləhətdir) 80 dollar 2 nəfərə (dostum idi deyə tur rəhbəri ucuz başa gəldi) amma çox-çox xoşuma gəldi )) sonra ərəb geyimləri xına )) çox maraqlı gəldi mənə
Burj-al-Arab , birdə Marina beach getmişəm (su öyrəşdiyimizdən daha duzlu amma təmiz) 🤩 su və qum gətirmişəm Bakıya 😁😁😁

34278707_956793977825556_1906449181405347840_n
Otel – Marinada seçmişdim, yerləşməsi, mənzərəsi, yeməkləri möhtəşəm idi. Özünün bir neçə mola, metroya və beachlara pulsuz transferləri işi olduqca asanlaşdırır. Hər smendə 1 rus dili bilən reception işçisi olur . Ama mənə ingiliscə rahat idi, yaxinlıqda hərşey var market, restoranlar .. plyaja özləri dəsmallar və zontik verirlər pulsuz, geri qaytarırsız təbii ki..
Butterfly ve Miracle Garden (55 -45 dirhəm idilər uyğun olaraq) Butterfly 18-30 da tam bağlanır deyə birinci ora gedin yan-yanadırlar onsuz, Miracle gec bağlanır həm də sərin düşəndə biraz gəzmək rahatdı, istidə olmur gəzmək.
Saat ferqimiz yoxdur (çox rahatdı bu).
Bizə gələn ərəblər ərəb deyil dəqiqdi çox başqadı orda hərşey, ən mədəni, ən sevimli, can yandıran insanlardır 🙂 kömək etməyi çox sevirlər və çox mədənidirlər)
Dubai, Marina, Emirates mallda oldum ın xoşuma gələn Emirates mall oldu) Məncə ordan daha çox şey almaq olurki nəinki Dubay mallda)
4-5 kanfetə 300 dirhəm vermişik Dubai mallda )

34321836_956794117825542_7522214999343759360_n
Dubai mallun içindən girib, arxasından çıxışda musiqili fontan və Burj xalifa gecə görüntüsü isə ayrı gözəldir 😁
Yeməkləri mənə çox normal gəldi, fərqlilik yoxdu, iy falan gəlir deyirdilər xoşuma gəldi amma elə birşey hiss etmədim. Meyvələri isə xüsusən dadlıdı , şaftalı qarpız yemiş ..
Taksilər – hamsı eynidir və malların belə ayrı taksi girişləri var, ingilis dili bilirlər əsasən hind pakistan bangladeş vətəndaşları olur şoferlər. Taksimetrə üstündə oturanda elə gündüz 5 dirhəm olur, axşama doğru artır 8-9-12 dirhəm də olur (axşam təlabat artır deyə hərhalda)
Bizi aldadan olmadı bir yerə 3 dəfə getdim eyni qiymətə, mənə çox mehriban və səmimi geldilər))

34193754_956794064492214_4110820173752041472_n
Duty freesi mənə ucuz gəldi)) Normal qiymətlərdə hərşey tapa bilərsiz.
İlk dəfe gedəcək olanlar üçün ümid edirəm faydalı olar 🙂

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Alide Qasimova

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s