Gəzəyən məsləhəti – sevimli restoranlar

Olduğunuz ölkələrdə ən sevdiyiniz restoran, kafelər hansılar olub?  Mənim ilk 7liyim bunlardır. Yolunuz bu şəhərlərdən düşsə, mütləq baş çəkin:

1. The Test Kitchen (Keyptaun, CAR) – Porsiyalar çox kiçik olsa da, mükəmməl dad yaradırlar. Bu restoran hər il dünyanın fərqli yemək jurnallarında “Dünya üzrə Top 50, Top 100 Restoranlar” listinə düşür. Bütün yeməklər gözünüzün önündə hazırlanır. Təamlar doymaq üçün deyil, zövq almaq üçündür. Biraz toppuşlar burdan birbaşa McDonaldsa doymaq üçün rahat gedə bilər. 

testkitchen

2. Copa Lima (Rio, Braziliya) – Rionun mərkəzində Kopokabana tərəflərdə əsas mərkəzi küçələrdə olan balaca Fast Food kafeləridir. Əjdaha burgerləri və təbii şirələri olur. Alırsan 1 burger, 1 şirə. Düşürsən 2 küçə aşağıda yerləşən və dünyanın ön məhşur çimərliklərindən sayılan Kopokabanaya. Oturursan sahildə, vurursan bədənə əlindəkiləri. 5 Ulduz restoranlardan daha çox zövq alırsan. 

3. The Rules (London, Birləşmiş Krallıq) – Londonun ən qədim restoranıdır, 1798-ci ildən fəaliyyətdədir. Sezonuna düşsəniz, məhz gündəlik olaraq ovlanmış ceyran, maral və digər heyvanların ətlərindən hazırlanmış təamların dadına baxa bilərsiniz. Təkcə interyer restoranın qiymətləri haqqında nəticə çıxarmanıza yardımçı ola bilər. Amma yeməklərin dadı interyeri ikinci plana salır. Bu restorana turistlər və yerlilər xüsusən onlarla növü olan ingilis pudinqləri üçün gəlirlər.

rules-covent-garden-london-2

4. Café de Tacuba (Meksiko, Meksika) – öz tarixinə uyğun freska və divar rəsmləri ilə dizayn edilmiş retsoranda Meksika mətbəxinin ən dadlı yeməklərini dada bilərsiniz. Restoran 1912-ci ildən fəaliyyət göstərir və bütün interyer bir tarixdir. Mən ençiladas və miçelada sifariş vermişdim. Yeməkləri də çox dadlıdır. Heyif ki, Bakıda heçbir restoran, kafe, pab miçelada vermir.

credit-cafe-tacuba

5. Texas Steak House (Dubay, BƏƏ) – Həyatımda yediyim ən dadlı steykləri burada yemişəm. Dubai Mall-da (Fountain Restaurant Area – Lower Ground Level) yerləşir. Dubaya gedəndə mütləq özünüzə bir qonaqlıq verin orada. 

6. Mama Africa (Keyptaun, CAR) – Keyptauna gələnlər üçün “must be” restorandır. Qiymətləri biraz yüksək olsa da, Krokodil, dəvəquşu və birçox başqa heyvanların ətlərindən hazırlanmış qrillərin və MicroBrewery-lərin dadına baxmağa dəyər bir yerdir. Həm də canl Afrika musiqisi ilə. 

mama_africa

7. Компот (Odessa, Ukrayna) – Odessadan yolunuz düşsə, dovşan ətindən olan pelmenilərinin (kompotla  ) və Borşlarının dadına baxın. 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Baba Aghayev

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s