Avropa səyahəti (Berlin, Amsterdam, Paris, Barselona, Roma, London)

Sizə bir müddət öncə söz vermişdim ki, Avropa səyahətlərim haqda yazacam, lakin hərəsi üçün ayrı post açmağa təəssüf ki zaman çatmır. Ona görə qısa yazacam hər biri haqda 
Getməyimin əsas məqsədi qurduğumuz GETGUIDED şirkətinin bələdçiləri ilə və partnyorları ilə görüşmək idi.

Qaldığım və bəyəndiyim hostellər: Aletto (Berlin), Generator (Paris ve Barselona), WOW (Amsterdam), The Hat(Madrid)
Qiymətləri 30-40 Avro arası dəyişirdi 2 gecə üçün. Roma və Londondakı Hostellərin reviewlarına baxmamışdım deyə çox pis çıxdı və onları məsləhət görməyəcəm.
Hostellərdə qalacaqsınızsa mütləq özünüz ilə kilid götürün, əşyaları qoyduğunuz qutunu bağlamaq üçün.

Aeroportlarda şəhərə getmək hər yerdə metro ilə idi və ya qatarla 3-5 avro arası. London və Rim xaric. Rim 14 avro, Londona 15 funt idi deyəsən. Rimdə sonradan öyrəndim 5 avroya avtobus var imiş, dönüşü onunla etdim.

Heç bir şəhərdə avtobus ya metroya minmədim məcbur qalmadıqca  270 min addım atdım 14 günə və təxmini 220 km edir bu. Ətrafı görmək üçün ən yaxşısı yeriməkdir.

Nələr etdim?
Berlin – Berlində köhnə xəstəxanaya 70-ci illərdə illeqal oturum hərakatı başlatan hippilərin yaşamını gördüm. Onlar artıq illərdir orada yaşayır və çox özlərinə məxsus art fokuslu həyat tərzləri var. Orada öz məktəbləri, bağçaları, teatrları var. Maraqlı bələdçi ilə oranı gördük və ordan isə Divari gördük (yaxındır)

berlin
Amsterdam – Ümumi şəhər turu etdik bələdçimizlə və sonrasında art tour etdik. Lokal artistlərin əsərləri ilə tanış olduq və cavan yaşayan incəsənət aləmi ilə yaxından tanış olduq. Amsterdama yaxın Harleem şəhəri də qəşəngdir 

amsterdam
Paris – Parisdə son 32 ilin ən güclü qarı yağmışdı deyə çox bir şey göre bilmədik amma inanılmaz gözəl şəkillər alındı Qar səbəbindən hosteldə sular kəsildi 2 gün, hostel maximum kömək etdi və pulumuzu da qaytardı sualsiz  Sonrasında hava limanında 20 saat qaldım. Yatmağa yer yox idi, və ağlıma ilk gələn məscid və kilse oldu rahat yer olaraq. Məscid bağlı olsa da oradakı kiçik kilsə otağı çox isti və rahat idi və orada yatdım

paris
Madrid – ciddi xəstələndim parisin soyuğu və aeroportda gecələməyimdən dolayı. Üzülərək deyirəm ki Madridi görə bilmədim, amma The Hat hostel çox rahat idi 🙂
Barcelona – ən sevdiyim şəhər oldu  Azərbaycanlımızın açdığı kiçik kafedə çay içdik (adresi ataram). Bələdçimiz ilə velotura getdik. Sahil boyu şəhərin kənarına qədər çıxdıq və velosiped ilə günəşin altında şəhər haqda öyrəndik. Sonra isə tapas yedik  Şirniyyatları da çox dadlı idi!
Roma – Burada əsl romalı olan bələdçimiz ilə yemək turuna getdik. Əsl İtalyan pastası yedik, şirniyyatlarından yedik və 200 illik mağazaları gəzdik. Hətta bir çörəkləri var təndir çörəyinə çox oxşayır  Heç biri turistik deyildi talyanlar qəhvə ilə kiçik şirniyyatı ayaq üstü kiçik mağazada yeyir və bu olur qəhvaltı. İnanılmaz dadlı kofeni və şirniyyatı kiçik mağazada tapdım orada Amore adlı (google-da axtarın çıxacaq). Yenə turist yox idi və yerlilər idi. Sonra isə italyan aşbaz ilə italyan makaronu bişirdik və yedik.

roma
London – Jack the ripper və ümumi tura getdik bələdçimiz ilə  ara küçələri gəzmək və kəşf etmək maraqlı oldu 

Bonus: Moskva – Metro turuna getdik bələdçimiz ilə  inanılmaz metrolar və gözəl hekayələr var hər stansiyada 

moskovv
Bonus iki: əlavə olaraq Göy-göl, Kıbrıs və Bakıdan şəkillər qoydum.

This slideshow requires JavaScript.

Bonus üç: Edinburghda hal hazırda (02.03.2018) stormdur. bütün qatarlar, hava yolları, avtobus, tramvay, məktəblər, iş yerləri bağlıdır və burda da şəkilləri var 🙂 Edinburgh-a gəlsəz çalışaram qonaq edim və ya ən azından şəhəri göstərim 

edinburg
Bilirəm çox qısa yazdım, Və istədim şəkillərimi sizinlə paylaşım. Hansı şəhərə gedirsizsə və bələdçi axtarsaz GETGUIDED olarq sizə 10% endirim bizdən  Kimin şəhərlər haqda nə sualı var buyrun verin çalışaram kömək edim.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Cavid Nadir

One thought on “Avropa səyahəti (Berlin, Amsterdam, Paris, Barselona, Roma, London)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s