Uzanan Lvov-Bakı yolu

Lvovdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Təyyarə biletimin batması, Ermənistana gedən yol və bir anlıq sükut…

Lvovdan Kiyevə qatarla, oradan isə təyarrə ilə Bakıya uçmalı idim. Hava limanında qeydiyyatdan keçərkən məlum oldu ki, mənim biletimi Buta Airways ləğv edib. Jualianı hava limanında yerləşən Butanın nümayəndəliyindən mənə verilən məlumata görə, geri dönüş biletimin ləğv olunması hansısa beynəlxalq konvensiyaya uyğun olub. Bu konvensiyaya əsasən gediş biletindən istifadə olunmursa, geri dönüş bileti də ləğv olunur. Mən istisna etmirəm ki, belə bir qanun var. Lakin mən (aviasiya sahəsində çalışmayan) bu qanun haqqında haradan məlumatlı ola bilərdim ki?! Özü də aldığım biletdə də bu haqda heçnə yazılmayıb. Biletimin ləğv olunması ilə bağlı Butadan heç bir email və sms almamışam. Baxmayaraq ki, online bilet alarkən mən email və mobil nömrəmi orada qeyd etmişdim. Üstəlik bu problem yarananda onların rəsmi whatsapplarına yazdım, lakin onlardan cavab gəlmədi. Burası belə.

Məcburiyyətdən Kiyevdən Tbilisiyə bilet almalı oldum. Lakin Tbilisi reysi 40 km məsafədə yerləşən Borispol hava limanında və uçmalı olduğum Bakı reysi ilə eyni vaxta idi. Yəni vaxtım çox az idi. Taksi sifaiş verib Borispol hava limanına özümü çatdırdım.

Tbilisiyə çatanda 17:00 olardı. Bayramlar səbəbi ilə Qırmızı Körpüdə yaranaçaq tıxacı nəzərə alaraq qərar verdim ki, Sadıqlı Sərhəd Keçid Məntəqəsinə (gələcəkdə Sadıqlı) gedim. Sadıqlı isə saat 19:00-dək işləyir. Yəni cəmi 2 saat vaxtım var idi. Tbilisi Hava limanından taksi ilə Azərbaycan sərhədinə gedən maşınların toplaşdığı Ortaçala adlanan yerə getdim. Ora çatanda saat 17:30 olardı. Maşınların birinə yaxınlaşanda sürücü özü məndən soruşdu ki, “krasnıy most”? Dedim yox, Sadıqlı. Qiyməti razılaşdıqdan sonra oturdum maşına. Sürüçü yaşlı, nurani bir day-dayı idi. Yorğun olduğumdan maşında yuxuya getdim. Bir müddət sonra gözümü açanda gördüm ki, yol nəsə mənə tanış gəlmir. Gürcüstanda çox olduğumdan oranın yollarını yaxşı tanıyıram. Sürücüdən soruşdum ki, bura haradır? Bir az müzakirədən sonra məlum oldu ki, biz Sadıqlıya yox, Sadaxloya gedirik. Sadaxlo isə Gürcüstanın Ermənistanla olan sərhəd kəndidir. Dayı məni Azərbaycan sərhədinə deyil, Ermənistan sərhədinə doğru aparırmış. O Sadıqlı ilə Sadaxlonu səhv salmışdı. Bu kəndlər isə tam ayrı istiqamətlərdədi. Gəldiyimiz yolu geriyə qayıtmalı idik. Artıq saat 18:10 olardı. Sadıqlının bağlanılmasına cəmi 50 dəqiqə qalırdı. Hava qaralırdı və anidən maşının işıq sistemi (faralar) tamamilə sıradan çıxdı. Qaranlıq yolda işıqlarısız getməyin nə demək olduğunu anlayırsınız. Sadıqlının bağlanaçağından qorxaraq dayını tələsdiridim ki, maşını tez sürsün. Yolda bütün çuxurları bir-bir sayaraq 18:55-də gəlib çıxdıq Sadıqlıya.

Düşünürdüm ki, sərhədi keçən sonra Qırmızı Körpüdə olduğu kimi burada da müştəri üstündə öz aralarında mübahisə edən maşın və avtobus sürücülərini görəcəyəm. Yəni təklif bol olacaq, mən isə ən uyğununu seçəcəyəm. Sərhəd Məntəqəsini keçdikdən sonra bir anlıq duruxdum. Heç bir ins-cins yox idi. Nə bir avtobus, nə də bir taksi, nə də 2-3 kənd sakinində başqa heç kim. Bir anlıq sükut. Hardasa 2-3 dəqiqə ərizində dayanıb boş yola baxdım. Bəlkə kimsə gələr və ya kəçər. Heç kim gəlmədi. Orada öyərdim ki, Sadıqlıdan Bakıya maşın səhər çıxacaq. Kənddən bir maşın taparaq özümü Ağstafa rayon mərkəzinə çartdırdım. Orada Bakıya gedən ilk avtobusa oturdum. Yolda isə yenə yatdım. Oyanada gördüm ki, hava qatı dumanlıdı, sürücü qəza işıqlarını yandıraraq 110-luq yolda 50-60-la gedir. Elə bil Bakıya aparan yol bitmək istəmirdi. Nəhayət 29 saatdan sonra qarlı dağlarar aşaraq, çox ellər dolaşaraq Lvovdan Bakıya çata bildim. Ayaqlarım sapoqların içində şişmiş, özüm yorqun və 400 manat zərərə uğramış… Lakin bunlar hamısı təfərrüatdır. Əsas odur ki, hər şey yaxşı yekunlaşdı. Hətta deyərdim ki, yaşadığım bu stresin də öz ləzzəti var idi.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Turan Ali

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s