Wachau Valley – Avstriya

Çaxır sevərlər xüsusi yaxın əyləşin!

Bugün sizlərlə əslində hər bir azərbaycanlının gedib gəzmədiyi, lakin Avstriyaya, xüsusən də Vyanaya getdiyi zaman düşünürəm ki, “must visit” siyahısına düşəcək bir məkan haqqında yazacam: “Wachau Valley – Kulturlandschaft Wachau (alman dilində)”.

Vaxau dərəsi Krems və Melk şəhərləri arasında yerləşir. Dərə paytaxt Vyanadan 90 dəqiqə məsafədədir.
Krems şəhərində təhsilim müddətində universitet nəzdində bizi bu dərəyə səyahətə aparmışdılar. Vaxau dərəsi tarixi kəndləri, üzüm bağları (127-dən çox) və çaxır məkanı olaraq məşhurdur. Vaxau dərəsi üçün ideal səyahət zamanı Mart-May aylarıdır. Çünki bu dönəmdə Spitz və Dürşteyn kimi kəndlərdə müxtəlif çaxır dequstasiyaları və festivalları keçirilir.

Vaxau dərəsi UNESCO-nun mədəni və irsi siyahısına düşmüş növbəti Avstriya tarixi məkanlarından biridir. Bu dərənin ən vacib məkanlarından biri isə min illərdir Benedikt keşişləri tərəfindən qorunan və idarə olunan Melk Monastrıdır. Bu monastr hər il müxtəlif musiqi festivalları və mədəniyyət tədbirlərinə ev sahibliyi edir.

36063252_220130621932950_1252625429466972160_n

NECƏ GƏLMƏK OLAR:
1. Vyana şəhərindən – ÖBB qatarları ilə 45 dəqiqəlik məsafədə yerləşən Krems şəhərinə gəlirsiniz, oradan isə avtobusla Vaxau dərəsinə gedirsiniz. Qatar biletinin qiyməti bir istiqamətə 14 eur.
2. Salzburg şəhərindən – ÖBB qatarları ilə St. Pölten qəsəbəsinə (yeri gəlmişkən qəsəbədə türklər çoxluq təşkil etdiyinə görə Türklər şəhərciyi də adlanır) qədər gəlirsiniz, qatarınızı Krems şəhərinə gələn qatara dəyişirsiniz.

NƏLƏR ETMƏK OLAR:
– Ən vacib nüanslardan biri qızıla qərq olmuş Melk Monastrını gəzməkdir;
– Dürşteyn Qalasının qalıqları və tarixi ilə tanış ola bilərsiniz;
– Üzüm bağları və çaxır dequstasiyaları edə bilərsiniz;
– Dunay sahili boyu Gəmi gəzintisi götürə bilərsiniz (20 eur ilə 100 eur arası dəyişir qiymət);
– Velosiped yürüşü edə bilərsiniz

GECƏLƏMƏK ÜÇÜN XƏRCLƏR:
Bildiyiniz kimi, ümumilikdə Avstriya digər Avropa ölkələri ilə müqayisədə baha ölkə olduğu üçün qiymətlər biraz yüksəkdir. Vaxau dərəsindəki otel qiymətləri təxminən 80 eur-dan başlayır.

VİZA?
Avstriya da Şengen ölkələri siyahısında olduğu üçün Şengen vizası mütləqdir. Viza rüsumu 35 eur, 7-10 iş günü ərzində viza verilir. Vizanı Avstriyanın Azərbaycandakı səfirliyi təqdim edir. Səfirlik Landmark Otelinin biznes mərkəzində yerləşir.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Eva Safarova

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s