Rahmi Koç Muzeyi – İstanbul

İstanbuldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Muzey həvəskarı biri olaraq sizə dünən getdiyim və hələki ən bəyəndiyim muzeydən bəhs eləmək istəyirəm. “Rahmi Koç Müzesi” adlanan və “Avropanın ən yaxşı muzeyi” nominasiyası üzrə mükafatı da olan muzey Türkiyənin məşhur Koç ailəsinə məxsusdur. Muzeydə elm və texnologiyayla bağlı eksponatlarla yanaşı Koç ailəsinin nümayəndələrinə məxsus kolleksiyalar da sərgilənir.

26994027_1610036485718219_7656043242136194179_n

İlk zalda 100-ə yaxın klassik avtomobil var. Nələr yoxdu ki, aralarında? Rolls Roycelar, Fordlar, Cadillaclar, Volkswagen Beetlelar, Jaguarlar. 1-ci dünya müharibəsində istifadə olunan tibb maşını belə var. Avtomobillərin bəziləri məşhur film və reklamlarda da istifadə edilib. Digər otaqda sənaye inqilabına səbəb olan buxar maşınlarına aid nümunələr var və bu maşınların işləmə prinsipləri filan izah edilir.

solresim_marshall
Marshall Səyyar Buxar Maşını

Daha sonra sənaye 2.0, 3.0, 4.0-a aid bölmələrdə bu anlayışların necə yarandığı izah edilir və onlara aid sənaye nümunələri göstərilir. Burada ən diqqətimi çəkən paltaryuyan, televizor, soyuducu və digər məişət əşyalarının ilk nümunələrindən müasir örnəklərinə qədər sərgilənməsi və necə çalışdıqlarının izahı oldu. Burda hətta macintosh və digər komputerlərin ilk nümunələri də var. Bir anda zaman tunelinə girirsən elə bil.

Avtomobillərlə yanaşı velosiped və motosiklet kolleksiyası da var. 50-60 yaşlı motosikletlər xüsusilə harley-davidsonun ilk modelləri çox maraqlıydı. Velosipetlərdən ən maraqlısı Penny Farthing dedikləri qabaq təkəri çox böyük (oturacaq da onun üstündədi) arxa təkəri isə çox kiçik olanlar oldu mənim üçün. Adamın uşaq arabası kolleksiyası belə var idi! Uşaq arabası ilə yanaşı at arabası, fayton kolleksiyasında da, qəşəng nümunələr var. Formula 1 bolidini də unutmaq olmaz.

26804415_1610036712384863_1314708215436672284_n

Digər sərgi zalı isə dəmiryolu nəqliyyatına ayrılıb. Burda onlarla qatar modeli var. Zaldakı bir maket isə dünyanın ən yaxşı maketi seçilib. Modellərlə yanaşı real qatar və tramvaylar da sərgilənir. Sultan Əbdüləzizin İstanbuldan Parisə səyahət etdiyi vaqon və 30 il fəaliyyət göstərmiş Moda-Kadıköy tramvayı daha çox diqqətimi çəkdi.

Dəniz nəqliyyatını da unutmayaq. Onlarla qayıq və yaxtayla yanaşı kiçik gəmilər və hətta Vapur da eksponatlar arasındadır. Vapurun içərisində mini oyuncaq muzeyi də var. Amma bu bölmədə ən maraqlı olanı sualtı gəmidir. İkinci dünya müharibəsində ABŞ tərəfindən Yaponiyaya qarşı istifadə edilən, daha sonra Türkiyəyə satılan sualtı gəmi Türkiyə tərəfindən də Kipr müharibəsi zamanı istifadə edilib. Bura ayrıca bilet satılır və bələdçi müşayəti ilə ekskursiya təşkil edilir. Heyif ki, içərisində şəkil çəkməyə qoymurlar. Gəminin işləmə prinsipləri, gəmi heyətinin məişəti filan izah edilir.

Muzeydə aviasiya ilə bağlı da eksponatlar var. Mülki təyyarələrlə yanaşı qırıcı və vertolyot da sərgilənir. Pilot kabininə girmək istəyimi burda gerçəkləşdirə bildim))

26731624_1610035732384961_1323283906093846985_n

Başqa nisbətən kiçik sərgilərə gəldikdə isə, papaq kolleksiyasını göstərmək olar. Həmin papaqlar içərisində Türkiyə siyasətinin simvollarına çevrilən Süleyman Dəmirəlin panamasını və Ecevitin şapkasnı qeyd etmək lazımdı. Muzeyin digər bir hissəsində 50-60 il öncənin apteki, oyuncaq mağazası, zeytun yağı fabriki, ayaqqabı təmirçisi və s bu kimi otaqlar düzəldiblər və o dövrün əşyalarını, eləcə də bal mumu heykəllər yerləşdiriblər. Mətbəə avadanlıqları, elm, rabitə, musiqi alətləri və s. başqa çoxlu maraqlı şeylər də var.

solresim_dakik_saat

Azından 4-5 saat ayırıb gəzməyə dəyər. Muzeydə şagirdlər üçün astronomiya, riyaziyyat, fizika atelyeləri də fəaliyyət göstərir.Burda uşaqlara elmi proseslər sadə dildə izah edilir və onlarda elmə maraq yaradılır. Muzeyi hər il 100 min türkiyəli şagird ziyarət edirmiş. Böyük şirkətlər kəndlərdəki uşaqların ziyarətinə sponsorluq edirlər. Kaş bizim ölkəmizdə də bu tip muzeylər olardı. Uşaqların yaradıcılıq qabiliyyətini inkişaf etdirmək üçün əvəzsiz vasitədir bunlar. Elə böyüklərin də))

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Farid Mehralizade

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s