SLOVENİYA – Bled və Lyublyana

Lyublyanadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Bleddəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Axşamınız xeyir, əziz Gəzəyənlər. Bugün sizlə SLOVENİYA səyahətimi bölüşmək istəyirəm. Biraz uzun olacaq ama oxusanız əminəmki bucket listinizə salacaqsınız 🤗. Sloveniya olmayanlara məsləhət görəcəyim yerlərdəndir. Təbiəti çox gözəldir və qədim tarixi var 😍
Qiymətlər də digər Avropa ölkələri ilə müqayisədə çox ucuzdur. Pul vahidi € olduğuna görə exchangelərdə əlavə pul da itirməmiş olacaqsız.

50072424_2232797070372532_668161529593462784_n

Sloveniyada ümumilikdə 2 yerdə oldum: BLEDLYUBLYANA. Lyublyanaya 6€ ya avtobuslar gedir Bleddən. Hostellərin qiyməti min. 10-15 €-dan başlayır. Aşağıdakı şəkillərdən Bledin necə də gözəl olduğunu görmək olar 😍 🤤🤤🤤

Şəhər o qədər maraqlıdır ki, hər növ turist üçün (sevgililər, dostlar, qocalar, uşaqlar və s. ) ƏYLƏNMƏYƏ nəsə tapmaq olar: Velosiped ilə hiking mi deyim, canyoning mı deyim, rafting mi deyim, alp dağlarından rollercoster ilə düşmək mi deyim (poletno sankanje) mağaramı, şəlaləmi deyim nə deyim? 🏕🏔🎢🛶😍Bizim vaxtımız az olduğu üçün heyf gedə bilmədik ama əgər Bledə gedəcəksinizsə çalışın isti vaxtlarda gedin çünki biz qışda getdik və sadaladıqlarımım demək olarkı hamısı bağlı idi 😔 birdə Triglav parkı var mütləq görün yuxarıda saydıqlarımın çoxusunu o parkda tapacaqsınız 🤩🤩Hə bir də cütlüklər üçün ideal yerlərdəndir 👫 Əsl evlənmə təklifi ediləsi yerdir 💞 🥰💍

49895923_2232797163705856_4547920966855950336_n

İndi isə Lyublyana haqqında məlumat verim 🙂
Əvvəlcədən deyim Praqa ilə müqayisə olunacaq dərəcədə gözəl şəhərdir 💞🤤. Kanallarla, körpülərlə doludur . Gözoxşayan arxitekturası var. Hiss olunur ki, şəhəri turistik məkana çevirmək üçün hər şey edirlər 👍🏻 Ən maraqlı yerləri mərkəz meydanı (Prešeren square), lyublyana qalası (Ljubljanski grad), illuziya muzeyi, Tivoli parkı və xüsusi olaraq kampingçilər üçün nəzərdə tutulmuş Boutique Camping Ljubljanadır. Az olmağına baxmayın (bunlar ən əsaslarıdır to do in Ljubljana) elə bu 5 yeri gəzmək üçün 1 gündən çox vaxt lazımdır. Biz Lyublyana qalasına getdik (şəkillərin çoxusu o qaladandır). Qala şəhərin ən üst hissəsində yerləşir və çox qədim tarixi ilə yanaşı həm də mifiylə də məhşurdur. Bu arada şəhərin simvolu da elə o miflə əlaqədar olaraq Əjdahadır 🐉🐲.

49411185_2232797347039171_521009073789861888_n

Deməli qalanın içini gəzmək üçün bir adı bilet almaq olur, bir də 10€ ya ‘Escape castle’ bileti almaq olur hansıki o biletlə qalanın həm tarixini, həm dəki mifi daha dərindən öyrənmək olur. Biz də 2-3 € artıq verib o bileti aldıq 🤷🏻‍♂️😁 Deməli oyunda əvvəlcədən verilmiş ipuclarından istifadə edərək qalanın 5 fərqli yerindəki kodları tapmalısan və ən sonda o kodları yazanda qapı açılır və oyunun son hissəsi orada davam edir. Aşağıdakı videoda spoiler vermishem ama çox azca 🙈😅

Məncə bu qədər məlumat bəs edər çox yazıb başınızı da ağrıtmaq istəmirəm atalar deyir 100 dəfə eşitməkdənsə 1 dəfə gedib görmək yaxşıdır 😌. Onsuzda inanmıram hələ bu qədərini axıra kimi oxumağa həvəsi olan tapıla 🤣🤣🤣

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Toghrul Akbarov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s