Dadlı Vyana səyahəti

Vyanadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Mənim üçün yeni il səyahəti son illərdə yemək səyahətidi. Çünki böyük şəhərlərə turist axını səbəbi ilə, yeni il ərəfəsi gəzib görmək üçün ideal bir zaman deyil. Bu il hara gedəcəyimə qərar verənə kimi 8 dəfə fikir 4 dəfə otel dəyişib nəhayətində Vyanaya qərar qıldım. Öncədən nəzərinizə çatdırmaq istəyirəm ki, fərqi yoxdu ilin hansı vaxtı gedirsiz, öncədən muzeylərdən tutmuş restoranlara qədər gedəcəyiniz hər yeri rezerv edin. Çox böyük vaxt qazanmış olarsız, yoxsa çox uzun növbələr sizi gözləyir.

Nəysə sözümün canı onda deyil, muzeylərdən, görməli yerlərdən trAvel bloggerlər danışar bizim işimiz yemək😂

Başlayaq Vyananın rəmzinə çevrilmiş Sacher tortundan. Şəhərin hər yerində bu desertə rast gələ bilərsiz amma mən əsl qarınqulu olaraq təbii əvvəldən harda nə yemək lazımdı araşdırmışdım. Sacher tortu üçün iki ünvan var. Birincisi Cafe Sacherdi, hansı ki digər məşhur sacher tortu verən kafe Demel ilə illər sürən məhkəmə sonrası müəllif hüququnu qazanıb. Hər iki cafenin qabağında saatlarla növbədə gözləməli ola bilərsiz. Gözləməyə dəysə bari 😏 mən hər iki cafedə sacher tortunun dadına baxdım, müqayisədə Demel daha dadlı gəldi mənə, ümumillikdə Bakıda çox daha dadlı şokoladlı tortlar yemişliyim var. Bəyənmədim.

49855711_1273494336124810_4046951939886284800_n

İkinci ünvan oldu Şnitzel, təbii Vyanaya gəlib Şnitzel yeməmək günahdı. Bunun üçün Figlmueller adlanan dünyaca məşhur bir restorana getməlisiz ama orda ya 2-3 saat növbə gözləməlisiz sonunda çıxıb mətbəxin bağlandığını deyə bilərlər, ya da ağıllı tərpənib əvvəldən rezerv etməlisiz. Əvvəldən dediyim bir neçə saat ya da bir neçə gün yox baya baya bir neçə həftə əvvəldəndi 🙂 şnitzel ümumulikdə dadlıdı mənim favorim isə Corden Bleudi. Donuz yeməklə probleminiz varsa Orginal Wiener Şnitzel mal ətindən hazırlanır, rahat rahat yeyə bilərsiz 🙂

49707168_1273494432791467_4961116590465613824_n

Gələk öncədən planlamadığımız, təsadüfən olan tanışlıqlara. 3 saat çəkən uzun və çarəsiz axtarışdan sonra təsadüfən girdiyim bir burger restoranın məni bu qədər xoşbəxt edəcəyini düşünə bilməzdim. le burger – çox tez tez burger yeyən və ağız dadına güvənən biri kimi, 2018 də hətta bəlkə həyatımda yediyim ən dadlı burgeri yedim deyə bilərəm. təkcə burgerləri yox məkan, personal tami tamına 10/10 bir restorandı. Hələ bütün bunlar az imiş kimi qiymət də çox münasibdi. 6-8 euroya ürəyiniz istəyən basis burgeri seçib, extra olaraq heç bir əlavə pul ödəmədən istədiyiniz əlavələri edə bilirsiz burgerə. Məsələn mən 7 euroya cheesburger götürüb, duzlu xiyar, qızardılmış göbələk, qızardılmış soğan, jalepenos, müxtəlif və limitsiz souslar və yenə daha nə istəsəz var idi əlavələrdə. Birinci gün çox ac getdiyim üçün dedim bəlkə ona görə belə çox bəyəndim, ikinci gün bir də gedib yedim və yenə eyni hissləri yaşadım. Çox möhtəşəmdi. Vyanaya gediləndə mütləq dadılmalı olan yerlər siyahısındadı. Sırf o burgerə görə belə bir daha Vyanaya getmək olar.

50261782_1273494179458159_7698222016104497152_n

İkincisi isə Lale adlı bir türk restorani oldu. Ora bir tanışımın məsləhəti ilə getmişdim və həqiqətən avropada bələ gözəl və zövqlü bir türk restoranı ilk dəfə görürdüm. Yeməklərin dadına isə söz ola bilməz. O qədər çox tərifləmişdilər və getdiyimiz zaman dilimi həm səhər həm də günorta yeməyi yeməyə imkan verdiyi üçün Serpme kahvaltı və qarışıq kabab sifariş etdik. Meneməni yeyəndə az qala barmaqlarımı da yeyəcəkdim. Hər şey çox dadlı idi. Ətlər, kababların yumşaqlığı, bugünə kimi yediklərimin top5 nə girər rahatlıqla. Sonda qusmağı gözə alıb üstünə öz hazırladıqları paxlavanın da dadına baxdım, o da möhtəşəm idi. Gedilməli olan yerlərdəndi.

Sonda Vyanadakı kafelər haqqında onu demək istəyirım ki, yediyimiz demək olar ki hər şey dadlı idi və diqqətimi çəkən şey məhsulların keyfiyyətli və təzə olması oldu. Deyəcəksiz bunu necə anladın, həm dadından həm də burgerdə məsələn duzlu xiyarı dişləyəndə gələn o xırçıltı səsindən və buna bənzər çox şeydən. Nəysə sonunda hamınıza dadlı səyahətlərlə bol bir yeni il arzulayıram 😀

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Khalida Mahmudova

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s