Vikinqlər diyarı – Skandinaviya ölkələri

Salamlar! Dünyadan bixəbər, özü-özlüyündə ayrıca bir dünya olan Skandinaviya məmləkətinə səyahətimdən heç bir həftə belə keçməyib. Belə ki, Skandinaviya nağılları adlandıra biləcəyimiz Finlandiya, Norveç, İsveç və Danimarka səyahətimdən məni bəzən heyran edən, bəzən də təəccübləndirən təəssüratlarımı paylaşmaq qərarına gəldim:

34484275_1415772805235480_8488007222700277760_n

1. Çox kiçik fərq olmasına baxmayaraq, bütün ölkələrdə qiymətlər, necə deyərlər, od tutub yanır. Təsəvvür edin, Stockholmda metronun təkcə bir gedişi 44 krona (8.50 azn) bərabərdir. Amma onu da nəzərə alın ki, bu biletlə yalnız metroya deyil, həm də nəhəng bir “incəsənət muzeyi”nə daxil olursunuz.

2. Kənardan baxanda belə bir paradoks sezmək olur ki, qiymətlərin bu dərəcədə yüksək olmasına baxmayaraq, dünyanın ən xoşbəxt insanları məhz bu ölkələrdədir. Bunun səbəbi həyat üçün vacib olan amillərin tamamilə pulsuz olması (təhsil, səhiyyə), vətəndaşlara dəyər verilməsi, gender bərabərliyinin yüksək səviyyədə olması, demokratik və azad cəmiyyətin olmasıdır.

34532214_1415772848568809_8500617895221395456_n

3. Əslində, sözügedən ölkələr elə də turistik sayıla bilməz, amma buradakı atmosferi və insanların həyat tərzini görməyə dəyər.

4. Skandinav xalqı sadəliyi sevir. Dəbdəbəli evlərə, saraylara və ya kilsələrə nadir hallarda rast gələ bilərsiniz. Mənə görə, ən sadə şəhər Helsinki, nisbətən dəbdəbəli isə Stokholm idi.

5. Skandinav ölkələrinin hamısında uşağından yaşlısına hər kəs ingilis dilini mükəmməl səviyyədə bilir. Hətta İsveçdə olarkən Skansendə 70 yaşlarında bir nənə elə ingiliscə danışdı ki, bizim orta məktəb müəllimimiz heç elə danışa bilmirdi.

6. İsveçin Malmö şəhərində olarkən özümü bir anlıq Orta Şərq ölkələrindən birindəymiş kimi hiss etdim. Çoxlu sayda imiqrant var, hətta şəhər əhalisinin yarısından çoxu imiqrantlardır. Digər ölkələrdə sayları az da olsa, oralarda da məskunlaşıblar.

34581618_1415772971902130_2178614155076960256_n

7. Çox qəribə səslənsə də, asiyalı turistlər sözün əsl mənasında Skandinaviyanı işğal ediblər. Onlar əsasən Çin, Koreya və Yaponiyadan gələnlərdir.

8. Bizim ölkədən fərqli olaraq, övladları ilə gəzməyə çıxan ataları tez-tez görəcəksiniz. Çünki bu ölkələrdə ailədə yeni bir övladın dünyaya gəlməsi ilə bağlı olaraq təkcə analar deyil, atalar da məzuniyyətə çıxır. Bu da gender bərabərliyinə necə önəm verilməsinin bariz nümunəsidir.

9. Skandinaviya dedikdə hər kəsin ağlına soyuq və şaxta gəlir. Amma bəlkə də indiyə kimi görülmüş ən isti günlərini yaşayır bu ölkələr. Hərarət 28, bəzən isə 30 dərəcəyə çıxırdı. Hətta Osloda yerli biri ilə söhbət edərkən vurğuladı ki, əvvəllər May ayının sonları payız havası kimi keçirdi amma indi hamı Oslofiord’a “kəllə vuraraq” günəşin dadını çıxarır. Sözün düzü, soyuq Skandinaviyada “zaqar” ədəcəyim heç ağlıma belə gəlməzdi.

34481361_1415772741902153_1750546318146666496_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ali Isgandarov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s