Şəhər bələdçisi – Mərakeş Krallığı

Kasablankadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

İlk dəfədir bir şeylər yazmağa çalışacam. Sıxıcı və səhvlərlə dolu cümlələr üçün öncədən xəbərdarlıq etmiş olum ki, bilin sizi qarşıdakı cümlələrdə nələr gözləyir 

Şimali Afrika qitəsində Atlantik okean sahili boyu uzanan Mərakeşə çatan kimi elə airport-da reqistrasiyadakı qaqaş pasportuma baxdı və heyatında ilk dəfədir belə bir ölkə eşidən adam kimi “Aserbayjan Aserbayjan” deyib getdi otağa. Uzun sözü qısası məni 1 saat sual cavab edəndən sonra son dərəcə səmimi bir gülüşlə “welcome” deyib passportumu geri verdilər. Ölkəmizi çox da tanımırlar yəni 🙂

21766298_10211783909968215_1360915993415085736_n

Səfərim başladı Kasablankadan. Onu deyim ki, əgər Kasablankada həqiqətən önəmli bir işiniz yoxdursa orda günün sonuna qədər hər yeri görüb başqa şəhərə keçməyiniz məsləhətdir. Çox da maraqlı şəhər deyil.

Ordan qatarla El Jadida şəhərinə keçdim. Çimərlikləri ilə məşhur olan El Jadida balaca və özünə görə maraqlı bir yerdir. Şəkillərdə yerdə uzanan uşaqlar buz kimi okeandan çıxan kimi isti asfalta uzanıb qızınırlar, anaları isə onlara nəzarət etməklə məşğuldurlar. Bu uşaqların 10-15 metr hündürlükdən suya tullandıqlarını tez-tez görmək olar. Şəhər bir növü Mumya kinosundakı səhnələri xatırladır. Çox ucuzdur. Şəkillərdəki balıq izqara içki və salatla birlikdə 8 manata başa gəlir. Olduqca dadlıdır.

21766508_10211783911608256_4531350243226443810_n

Daha sonra Mərakeş şəhərinə gəldik. Onu deyim ki, heç bir halda şəhərlər arası ucuz yerli avtobuslardan istifadə etməyin əks halda mənim kimi avtobus fobianız yaranacaq. Həmin gün bədənimdə olan bütün su ehtiyatı o avtobusda tər olaraq tükəndi. Mən yandım siz yanmayın. Ama Köhnə avtobusların yanı sıra Supratour və CTM şirkətləri biraz əlavə ödənişlə sizi kondisionerli və lyuks avtobuslarla istədiyiniz şəhərə çatdıra biler. Mərakeş ölkənin ən maraqlı və ən çox turist qəbul edən şəhərlərindəndir. Hava 50+ olduğu üçün orda həyat gecə başlayır səhərə qədər davam edir. Olduqca aktiv şəhərdir. Old Madina-nın dar küçələrində motosikletlərlə gəzən nənə-baba görsə təəccüblənməyin. Hər saniyə yanınızdan bir motosiklet/mopet keçəcək. Amanın bir günüdü bu şəhərdə yerli camaat sizdən nəsə soruşsa cavab verəsiz. Əgər belə bir səhv etsəniz dalınızca düşüb sizə ev vermək və ya sizə haranısa göstərib əvəzində pul almaq istəyən biriləri ilə həyatınızın ən az yarim saatını bölüşməli olacaqsınız.

Ən gözəl pambıq, dəri və taxta istehsalı bu şəhərdədir. Hədiyyə almaq üçün ideal şəhərdir. Portağal suyu çox ucuzdur. Su əvəzinə təmiz sıxılmış və 1 manata başa gələn meyvə suyu üçün, vitaminlənin 😊 Çox yazaram ama keçək o biri şəhərə. A unudurdum az qala, burda biraz pulun varsa bir dənə benzin kalonka alıb atırsan yemiş qarpızın yanına və köşeyi dönürsən😝

22007663_10211783915168345_2950025856811000639_n

Növbəti məkan Agadir şəhəri. Agadir biraz daha lyuks həyat sevənler üçündü. Hətta mən də özümü oranın lyuksuna uyğunlaşdırıb (biraz buraxıb) villa tutdum🤦‍♂️ 5 ulduzlu all inclusive otellər, gecə klubları, qumarxanalarla məşhur Agadir bir növü Türkiyənin Antalya şəhərinə bənzəyir. Alkoqollu içkilər axşam saat 8-ə qədər Carrefour maqazinlərindən tapa bilərsiz. Bu fransız maqazinidi, nəzərə alsaq ki Mərakeş Fransa müstəmləkəçisidir burda fransız məktəbləri, maşınları, maqazinləri tez-tez görəcəksiniz. Rahatlıq və lyuks sevənlər bu şəhərdə qalsılar, biz digər şəhərlə davam edək.

Sidi IfniTiznit şəhərləri arasında yerləşən Legzira çimərlikləri arklarla məşhurdur. Arklar zamanla dalğaların qayaların ortasını yuması nəticəsində yaranır (şəkillərdə var). Burda dağlardakı mağaralarda özlərinə ev düzəldən balıqçıları görmək olar. Onlardan biri ilə tanış olduq. Çox qonaqpərvər insanlar idilər və hətta bizi bir gecə mağarada qalmağa dəvət etdilər. Gecə birlikdə okeana balıq tutmağa getdik. Midye və hər cür su nemətləriylə dolu okeanda seafood-a doymaq olar. Balıqçı bizə gözəl balıq bişirdi. Atlantik okean sahilində mağara içərisində yatmağın ləzzətini özünüz təsəvvür edin məncə.

Paradise Valley – Cənnət Bağı adlanan yerə mütləq gedin. Dağların arasında palmalarla örtülü və dağ suyundan əmələ gələn göllərdə mütləq çimin. Gözəl xatirəsi var. Şəkillərdə var bu məkan.

8629504138_331d8cecd5_b

Daha sonra Taghazout– getdim. Şəhər balaca və olduqca şirin bir şəhərdir. Bu şəhər surf 🏄 ilə məşhurdur. Dünyanın hər yerindən bura surf öyrənməyə gələn gənc grupları görmək olar. Burda hosteller-də daha maraqlı aura olur. Canlı musiqisi olan balaca restoranlarda şam yeməyini yeyə və ya bir şeylər içə bilərsiniz. Musiqiləri çox gözəldir.

Mərakeşlilər şəkər və çörəyi çox sevirlər. Dövlət tərəfindən onlara pulsuz un və şəkər verildiyi üçün adamlar işin ustası olublar və çox dadlı və fərqli çörəkləri var. Burda çay sifariş edən isti su, qənd və nanəni gətirirlər ki , özün dəmlə iç!😊

22050146_10211783913408301_6971832579207786010_n

Kim Mərakeşə getmək istəyirsə və ya sualı varsa buyursun, hər zaman yardım etməyə hazıram. Ümumiyyətlə ora gedəndə çalışın aktiv bir tətil seçin bir şəhərlə anlamaq olmur ölkəni.

Oxuduğunuz üçün təşəkkür edirəm 😊

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Mushfig Ismayilov

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s