Ultra Music Festival

Sizə bir audiofil və xüsusilə EDM musiqi fanatı gözü ilə Ultra Music Festival 2018 barədə yazmaq istəyirəm.

Bilməyənlər üçün deyim ki, Ultra dünyanın ən məşhur elektron musiqi festivallarından biridir. David Guetta, Hardwell, Armin Van Buuren kimi ən məşhur DJ-lər 1 həftə boyunca yeri yerindən oynadırlar. Bu ilki festivalın 6-9 iyul tam cədvəlini birinci şəkildə qoymuşam. (Xüsusilə saatlara fikir verin)

Çoxdandır UMF-ə getmək arzusunda idim. Amma heç vaxt biletlərin satış məqamına çatdıra bilmirdim özümü. Festival özü iyulda olur və ondan öncəki ilin sentyabr ayında biletlər satışa çıxır. Elə 1-2 həftə ərzində satılır. Keçən il, iyul aylarında qərar verdim ki, dəqiq 2018 festivalına gedəcəm. Özümü rəsmi saytlarında gözləmə listinə saldım. Sentyabrda şanlı mail gəldi ki, biletlər satışdadır. Aldım. Və elə o dəqiqə də, Airbnb ilə Xorvatiyanın Split şəhərində, düz elə festivalın keçiriləcəyi Poljud stadionuna yaxın ev tutdum.

O vaxt evi 107$-a tutmuşdum, 4 günlük. Sonra 4-5 ay ərzində müxtəlif vaxtlarda ev yiyəsinə göndərdiyim mesajlara cavab gəlmədi. Nəhayət fevralda başa düşdüm ki, gözləmək mənası yoxdur. Airbnb-yə yazdım. Cancel eləyib yenidən ev tutmağı məsləhət gördülər amma bu dəfə artlq 300$-a başa gəldi ev. Airbnb ilə danışıqlarım nəticəsində 200$ kredit verdilər, məndən çıxan 100$ oldu yenə)

Vaxt keçdi, festival vaxtı gəlib çatdı. Pragadan Flixbusla yola düşdüm Splitə. Nə az, nə çox 16 saatlıq yol, Zagrebdə stop ilə.

Yolun 1-ci hissəsini Colombialı dünyanı gəzən qız ilə dəhşət maraqlı söhbət, 2-ci hissəsində isə Castella-lı (Splitin yanında şəhər), bundan öncə UMF-də backstagedə köməkçi işləmiş qızla söhbətlə keçirdim. Ondan da bütün festivalın tips & tricks-ini öyrəndim.

Ayın 5-i çatan günü giriş brasletimi aldım stadiondan ki rahat keçim səhəri gün. Və elə həmin gün 15 nəfərlə tanış oldum, hərəsi bir yerdən. Daha DXB-də işləyən ərəbdən tutmuş Argentinadan avropa səyahətinə çıxmış qaqaşacan.

Festival 19:00-da başlayıb səhər saat 5-də bitirdi. Səhəri gün elə təxminən 8-də getdim ora.

Təsəvvür edin, stadion və ətrafı 4 fərqli stagedir. Hərəsində fərqli dj-lər, birinci şəkildə göstərildiyi kimi. Yəni bir party-də bezəndə, o birinə gedə bilərsən. 5-ci şəkil main stage – yəni stadionun içidir.

Axırıncı video Armin Van Buuren və festivalın əsas fazasının bağlanışıdır. Mən axırıncı dəfə oxşar hissləri Hans Zimmer konsertində keçirmişdim. 3 saatlıq sessiyanın hər saniyəsi tükləri biz-biz edən, adamı tamamilə musiqinin kontrolu altında tutan, stadionu titrədən performansı ancaq Armin Van Buuren verə bilərdi. Bütün digər djaylərdə fikirləşirdim ki, bax bu hissədə bunu daha düzgün edə bilərdi, filan keçid daha yaxşı ola bilərdi. Armindəki professionallıq o qədər yüksəkdir ki, bütün yaşadığım audio-vizual təcrübə “işi belə görərlər” mesajı verdi, bir dənə də olsun səhv tapa bilmədim. Tək sözlə dəhşət performans. İndiyəcən kameranın linzalarını da titrədən çəkic kimi baselər başımdadır.

Festivaldan ümumi təəssürat – dəhşət. Enerjisi tükənmiş gedib, 100% dolu enerji ilə qayıtdım. Möhtəşəm vizual effektlər, adamın sümüklərini titrədən audio və səhərəcən marionetka kuklalar kimi musiqinin kontrolu altında rəqs bu festivala qoyulan pulun qəpiyinəcən dəyərli edir.

Bundan başqa da, belə yerlərdən adama özünü eyni dalğada hiss etdiyin dostluqlar qalır. Pablo ilə festivalda tanış olduq, 32 yaşlı Argentinalı SEO professionalı. 3 günlük söhbətlərimizdə o qədər ortaq baxışlar çıxdı ki, 10 ilin dostu kimi ayrıldıq. Axırda da, məlum oldu ki, ikimizin də ad günü 9 iyundur. O məni latın Amerikasına, portugaliyalı yeni dostum məni sentyabrda Lissabonda keçiriləcək BPM music festivala dəvət etdi.

Bir sözlə, gedin belə yerlərə. Hər saniyəsi yaddaşınıza həkk olunacaq, inanılmaz yeni tanışlıqlar və dostluqlar əldə edəcəksiniz.

P.S, Latın Amerikası zor təklifdir, gərək biletləri araşdırım 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Tural Ali

 

 

 

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s