Ecazkar Bali

Zümrüd rəngli düyü terrasları, möhtəşəm qoxulu qərənfil və darçın ağaclarından ibarət tropik meşələr, insanı rahatladan musiqilər, yerli rəqslər, sənət, rituallar, sirli məbədlər və möhtəşəm mədəniyyəti ilə xəyallar adasıdır Bali. Səyahəti sevirsinizsə və səyahət barədə düşünərkən ürək ritminiz dəyişirsə dünyada ən çox səyyahın məskunlaşdığı bu cənnət adaya getdikdən sonra qayıtmaq istəməyəcəksiz.

Xoş xəbər verim, növbəti ilin iyul ayından THY İstanbuldan Baliyə birbaşa reys açacaq. Bali adası çox böyük bir ada deyil, adanın ətrafında 360 dərəcə tur atmaq üçün yarım gün yetərlidir. Lakin adanın daxili o qədər zəngindir ki, bəlkə də bir ay burada gəzdikdən sonra adanı tam gəzdim demək olmur. Adanı tam yaşamaq üçün səyahət dövründə 1 yerdə deyil, adanın muxtəlif bölgələrində qalmaq lazımdır. Adanın 360 dərəcə sahilləri yerlilər və turistlər üçün açıqdır. Bütün otellərin əraziləri dəmiz qumunun başladığı hissəyə qədərdir. Ən bahalı otel belə olsa ərazisindən sahilə keçid üçün mütləq yol ayırmalıdır. 1970-ci illərində əvvəlində Balidə 10 mərtəbəli otel tikilmiş, bundan sonra adanın görünüşünü itirdiyi üçün uca mərtəbəli binaların tikintisinə qadağa qoyulmuş və bina hündürlüyünə “adadakı ən böyük palma ağacından hündür ola bilməz” şərti gətirilmişdir.

34583364_1641807939250669_5193698660205985792_n.jpg

Kuta bölgəsi buranın ən səs-küylü, əyləncəli və çirkli, Nusa Dua sakit və müasir otellərin yerləşdiyi, Ubud möhtəşəm təbiətin olduğu ərazilərdir. İndoneziya müsəlman ölkəsi olmasına baxmayaraq Bali adasının 90%i induizmə sitayiş edir. Bali tropik adadır, ilin bütün aylarında istilik 25-35 dərəcə altında dəyişir, yağış və quru sezonları vardır. Martdan oktyabra qədər quru sezon, noyabr-mart arası isə yağışlı sezon sayılır. 1 saat içində həm musson yağışına düşə, həm də 35 dərəcə istilikdə günəş şüalarından yana bilə bilərsiniz. Sezondan asılı olmayaraq yağışlar adətən gecə saatlarında yağır. Adada 10-50 dollar aralığında avtomobil kirayə götürə bilərsiniz. 5-10 dollar isə sığorta haqqı ödəmək lazımdır. Sükan sağ tərəfdədir və yollarda tıxac çoxdur, ona görə avtomobil kirayə götürməyi məsləhət görmürəm. Həddən artıq moto istifadəçisi var. Moto kirayəsi və benzin çox ucuz olduğundan təcrübəsiz adamlar həvəslənib moto kirayəyə götürürlər və buna görə tez-tez qəzalar baş verir. Yolda polislər saxladıqda bir miqdar pula alıb buraxırlar, cərimələnmə prosesi və ödəniş çox qarışıqdır.

48369826_352610462192098_3743129625564282880_o

Otellər çox sərfəlidir, yemək ucuzdur, düyüdən demək olar bütün yeməklərdə istifadə edilir, çörəklər düyüdən hazırlanır, lakin yerlilər demək olar çörək yemir. Düyüdən hazırladıqları yerli içki olan “araq”ı  oteldən kənarda içməyin. Ubud bölgəsində olduğunuz zaman möhtəşəm mənzərəsi və çox ucuz qiymətləri olan “İndus” restoranına mütləq gedin. Adada dağlıq hissələr bəzən çox sərin olur, nəm daima yüksəkdir, məbədləri ziyarət edərkən kişilərdə şortik, qadınlarda qısa yubka geyinməsini yaxşı qarşılamırlar, bunun üçün bütün məbədlərin girişində bağlamaq üçün xüsusi parça (sarong) verilir. Aeroportda düşdükdən sonra bütün qarşılaşdığınız yerli sakinlər gülürlər, aqressiv insan tapmaq çətindir, taksilər turistlərdən artıq pul almaq istəsələr də gəzdiyim ölkələr arasında ən möhtəşəm yerli xalqı Balidə görmüşəm. 2 dəfə dəyərli əşyalarımı itirmişəm və hər ikisində qaldığım oteli tapı geri qaytarıblar. Çətin ki, bir daha hansısa ölkədə belə halla qarşılaşım. Pul vahidləri rupidir. 100 dollar 1.4 milyon rupidir. Milyonçu olmaq istəyirsinizsə ada sizin yolunuzu gözləyir.  Saatları bizim ölkəmizdən 5 saat irəlidədir.

48368613_352610482192096_9065960909930758144_o

Günəş tez çıxıb tez də batır. Gedərkən hər hansı vaksin və ya iynə vurmağa ehtiyac yoxdur. Bizim ölkə üçün 1 ay vizasız səyahət verir. 80 dollar ödəyib 1 ay da əlavə qalmaq olur. İl ərzində istənilən qədər çıxış-giriş etmək olur. Dünyada ən çox səyyah Bali adasında məskunlaşıb, ona görə buraya səyyahlar adası da deyilir. Yollar, küçələr günün istənilən saatında təhlükəsizdir. Avtobuslar demək olar ki, istifadə edilmir. “Uluwatu” məbədinə mütləq gedin, orada gördüyüm mənzərənin təsirindən hələ də çıxa bilmirəm. Çimərliklərin sayı hesabı yoxdur, hər biri digərindən gözəldir. Dünyada ən ucuz və ən keyfiyyətli masaj Balidədir. Bütün kəndlərdə və sahillərdə masaj yerləri vardır. Bali haqqında günlərlə yaza bilərəm, hətta növbəti səfərimdə 1 aydan çox orada qalıb ada haqqında kitab yazmaq fikrindəyəm. Bir gün əlinizə şans düşəcəksə bu adaya mütləq gedin. Bali həyatınızda silinməz bir iz qoyacaqdır.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gəzgin Həyat

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s