Səyahət əhvalatları – Hamburg

Deməli sonunda evdəyəm sağ-salamat oturmuşam dincəlirəm. Hamburg səfərini beynimdə planlaşdırdığım gündən “uğursuzluq” adlandırdığım şeylər ardı-arası kəsilmədi. Biletimi aldığım gündən başladı hər şey bir-bir gəlməyə. Nəysə nə uzadım, Almaniyanın məşhur musiqi alətləri firması olan Thomann-dan gitar sifariş etdim vaxtında gəldi, düşündüm uzun müddət sonra yenidən qayıdaram. Gəldiyi günü zavod defekti olan bir hissəsi oldu və ürəyimdə qaldı. E-mail yazdım şəklini yolladım əlaqə saxladılar və öncəkini qaytarmadan sizə yenisini göndərəcik dedilər düzü inanmadım bu qədər müştəri məmnuniyyəti mi? Köhnəni də düzəltdim bu arada hazırda 2 gitaram var 

Sonra sizə danışım növbəti uğursuzluq olan Amazondan sifariş verdiyim Panasonic əl fotokamerası ilə 18 avroya aldığım smart selfie stickdən. Hamburga gedərkən ilk düşdüyümdən sonra başıma gələn o oldu. Baxdımkı yoxdur ya kimsə götürüb ya da hardasa düşürmüşəm (düşürməyimə və kiminsə götürməyinə inana bilmirəm mümkün olmayan birşeydir). Nəysə qoyuldum yola getdim gəzməyə kameram birdən olaraq beyni qarışdı və cihazı charge etmək üçün qayıdanda başladı çox yüksək temperatura qədər qızmağa və beyni dondu işləmədi. Amazona zəng etdim yeni sifariş qəbul etdilər artıq dünən şikayətimə baxmayaraq səhər mən yuxudan duranda yeni fotokamera gəldiyini gördüm hələki problemsizdir.

Hamburgda online bilet aldım günlük bilet 6.40avro. 25-30 km gəzən biri olaraq kameram da işləmədiyindən telefonla çəkirdim bütün şəkilləri və videoları. Geri dönəndə uzun bir yol qət etdim çatacağım stansiyada düşənə 5saniyə qalmış yoxlama gəldi və xahiş etdim çölə çıxaq çöldə heç olmasa danışaq növbəti dayanacağa getməyim ən azından mənə lazım olan platformada danışaq. Tələbə olduğumu da sübut etdim sadəcə telefonumun batareyası olmadığından sübut edə bilmədim. Sonradan başa düşdülər əvvəl mənimlə sərt danışsalar da. Yenə də protokolu ləğv etmədilər yazdılar qeydləri də etdilər hansı bilet aldığımı qeyd etdilər neçədə aldığımı. Həftənin 6-cı günü olduğundan getdim İnformation Centeri tapdım bir təhər ki, yoxlasın və sübut edim. Dedilər ki yox sən ödəməlisən 60avronu biletsiz minmək filan. Əsəblərimi cilovlayıb 2-3kəlmə dedim və getdim məni dinləmədikləri üçün. Keyfimi pozmadan məşhur Glühwein içib Halben Meter Wurstlarından yeyib bərpa olundum  Gəldim e-mail yazdım həm mənə pis davranan alman metro işçisindən həm də biletim barədə. Cəriməni hazırda ləğv ediblər baxıblar sistemə görüblər doğurdan biletim var imiş. Bu arada dostlarım dedilər əgər Hamburg qeydiyyatındasınızsa 150avro digər vətəndaşlar isə biletsiz minməyə görə 60avro dəyərində cərimə edilirsiniz. Və dayanmadan Hochbahndan çoxlu zənglər gəlir o işçiyə görə artıq 4-cü rəsmi sayılan almanlar zəng edib üzr istəyirlər bu hala görə. Həqiqətən də mənə sərt davrandıqları üçün bir neçə dəfədir zəng gəlir.

Hamburg sadəcə möhtəşəm şəhərdir. Hər başıma qəribə iş gəldikcə keyfimi pozmadan onsuz da düzələr deyib yola qoyuldum. Bu qədər Hamburg səfərinə görə negativ şeylər baş verib xaos kimi birşeylər yaşatmaq istədi həyat amma vecimə olmadı Weihnachtsmarkt Hamburg sadəcə möhtəşəm idi. Hamburga getsəniz mütləq Hard-Rock cafesinə gedin maraqlı gəldi digər şəhərlərə baxanda. Mütləq girişi pulsuz olan o möhtəşəm arxitekturası olan Hamburg Filarmoniyasına gedin baxın. Qayıdanda avtobusumuz Qəza etdi amma yolumuza yenə davam etdik Flixbus 4ever haha  Mənə qalmağa yerini paylaşdığı üçün Elvinə də təşəkkür edirəm! Gəzəyənlər qrupu birləşdirir! Nağıl kimi şəhərdir. Dresden və Hamburg bugünə qədər getdiyim şəhərlər arasında liderdir. Berlin isə həmişəki kimi məni açmır və xoşuma gəlmir. Hərşeyə rəğmən üzünüz gülsün hamınıza xoş həftə arzu edirəm! 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Murad Chicharito Huseynow

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s