Günəşi ilə ilham verən şəhər – Nice

Nitsadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Air France 🇫🇷 çox pis təcrübə oldu. Borispoldan (Kiyev) Parisə (Charles de Gaulle Airport-CDG) uçan təyyarənin heyəti rusca normal başa düşmür, Kamboca və Vyetnamlılar idi. Yəqin ki, MAU ( Flyuia) ilə uçanlar bərbad təyyarə necə olur yaxşı bilirlər, inanınAirfrance daha bərbaddır. Çox köhnə təyyarələrdir. Təyyarədə ümumiyyətlə monitor yoxdur. Oturacaqlar arasındakı məsafə o qədər qısadır ki, ayaqlarım ikisi də keyləşmişdi. Yeməkləri də biyabırçılıq. (Allaha ağır getməsin) Vallah bundan sonra Butaya lowcost deməyə utanıram. Sağolsunlar, 57 manatlıq biletlə Kiyevə uçursan , pulsuz yemək də yeyirsən, oturacaqlar arası məsafə isə yalan olmasın Business Class kimidir.
Bir də əsas vacib məqam : Pilotlarımızdan həqiqətən də yoxdur.

Aeroporta (Charles de Qaulle) girən kimi Afrikalılar və uzaq şərqlilər ( əsasən Vyetnam və Kamboca əsilli olanlar) passportları yoxlayır, gömrükdə də eyni vəziyyətdir. Bəlkə də mənim gədiyim reysə belə smen düşmüşdü amma bir nəfər belə avropalı işçi görmədim.
Charles de Gaulle’a gedən olsa Gate F46 dan aşağı yol düşür, elə birinci sırada bir ərəb qaqaş isti çörəyin arasında türklərin pastırmasına oxşayan ət satır, ( aeroportun az qala yarısı əlində o yeməkdən yeyə -yeyə gəzirdi) ondan mütləq amma mütləq yemək lazımdır, bu daddan heç yerdə yoxdur. Qiyməti biraz bahadır, (12 avro) amma dəyər. Bir də aeroportun ən sevdiyim tərəfi bütün oturacaqlarda həm adaptor, həm də usb yerlərinin olmasıdır. WI-FI kodsuzdur və qoşulmaq çox rahatdır.
Airfrance şirkətinin müsbət tərəfi mobil əlavəsidir (Application). Heç nə soruşmağa ehtiyac qalmır, addım-addım ismarıc göndərərək (notification) lazım olan tərəfə yönləndirir.

32646826_10213516379798722_4043322327448944640_o

Cote d’Azur (Fransanın cənubunda Cannes-Menton arasındakı ərazilər), yəni Nice, Cannes, Antibes, Monaco, Menton və s. Buralar demək olar ki, avropanın milyonerlər məhləsidi. Elə aeroportun adı da Cote d’Azur–dur. Aeropotun qapısından çölə çıxan kimi ən bahalı maşınların taxi kimi istifadə edildiyini görəndə təxminən necə bir yerə gədiyini başa düşürsən. Cote d’Azurre-dan Nice şəhərinin mərkəzinə 1.5 avroya avtobuslar işləyir. Məsafə isə cəmi bir 4,5 km-dir. Mərkəzdən 1-2 avroya İtaliya ilə qonşu olan Mentona qədər getmək olur. Buradakı şəhərlər və qəsəbələr o qədər gözəldir ki, deməyə söz tamaq olmur. Həm tər-təmiz aralıq dənizi, yam-yaşıl dağlıq, tarix, müasirlik və fransızların inanılmaz mədəni, gülərüz rəftarları. Bir anlıq elə bildim ki, Ruanda, Konqo, Əlcəzair və s. Yerlərdə milyonlarla insanları qətlə yetirən tamam başqa millətdir. Nice və ümumilikdə Cote d’Azurre ərazisinin müsbət tərəflərindən biri də fransızların sayları yetərincə çox olan ərəblərlər və afrikalılarla qaynayıb qarışması və irqçilikdən əsər-əlamət olmamasıdır. Burda doğulub böyüyən qaraların fransızlardan ancaq rəngləri fərqlənir. Onlar da fransızlar kimi mədəniyyətli olmağı öyrəniblər. Ancaq bir də son 20 ildən bu tərəfə miqrant kimi gələnlər var, özləri ilə pis olan nə varsa gətirirlər və uyğunlaşma sindromu yaşayırlar.

32710800_10213516386998902_499411989655715840_o.jpg

Buralarda o qədər gəzib görməli yerlər var ki, yazmaqla bitməz. Yemək və qalmaq baha olsa da nəqliyyat qiymətləri normaldır. Ən çox işlənən sözlər, Bonjur, merci bokou. İngilis dilini bilən azdır. Kimdən nə soruşurdumsa fransız dilində cavab verirdi və bir-birimizi başa düşürdük. Yaşlı fransızları gördükcə bizim təqaüdçülərin halına acıyırdım. Adamların paltarlarından üz ifadələrindən xoşbəxt olduqlarını sezmək çox asan idi. Uşaqlar üçün də o qədər gözəl şərait var ki…..
Nitsada çimərliklər daşlıdır, şəhərin mərkəzi Massena meydanıdır. Şəhəri bütünüylə görmək üçün Parc du Chateau təpəsinə çıxmaq lazımdır.

place-massena-nice

Deməli axşam saat 21.00-da Vueling-lə Nice-Barcelona uçmalı idim. Yarım saat qalmış lövhələrdə cancelled yazısını görəndə hirsləndim. Birdə gördüm ki, hamı sakitcə Avia Partner masasına yaxınlaşır, sakitcə çıxıb gedir. Mən də nə deyəcəyimi fikirləşə-fikirləşə gəldim. Sağolsunlar paxıllıq etmədən iki günlük Radisson Blu hotel (All inclusive) çeki verdilər və dedilər ki, indi taksi gəlib sizi aparacaq. Bir də gördüm sürücü çantamı aparır Maseratti taksiyə… Booking.com-da qaldığım otağın qiymətinə baxdım bir gecə qalmaq 583 azn. Otelin French Rivieraya panoraması və yeməklərinə söz ola bilməz, həm də ən gözəl küçədə – Promenade des angles. Bileti (Nice-Barcelona) 22 dollara almışdım, 250 avro da refund (kompensasiya ) qazandım. Üstəgəl iki gün sonra avtobus bileti.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elshan Ismayilov

One thought on “Günəşi ilə ilham verən şəhər – Nice

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s