Səyahət əhvalatları – İtaliya

Rimindəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Hər vaxtınız xeyirli ve maraqlı olsun, Gəzəyənlər )

Tövbə-tövbə … İlk və axırıncı kollektiv səyahətim .

İlk İtaliya macəramdan söhbət açmaq istəyirəm .
2013 ildi , Martın 18-i qızım məktəbdən 14 günlük İtaliyaya yola düşəcək . Tək getməsin deyə, mən də bu 23 nəfərlik qrupa qoşuldum . Məndən böyük bacım var, ona da dedim, uçduq Riminiyə ) Adama 1400€ ödəmişik, bura daxildi : aviabilet, səhər +axşam yeməyi +otel 4* //hər günə 2€ vergi haqqı daxil deyil // və Roma + Venesiya+ r-ka San Marino + Florensiya + Vatikana getmək.

39085302_1917332201658007_7893900983808294912_n
San Marino

Deməli, 6 qün Riminidə qaldıq , oradan hər qün bir şəhərə yollanırdıq (Piza, Qenuya, Verona Milan, Bolonya) .
İlk gündən xəstələnmişəm, ağzımın-burnumun suyu , boğazım qatışıb bir-birinə ) Yeməkpərəst deyiləm, amma bu İtaliyada ürəyim kənd toyuğunun bulyonunda bişmiş, göylü-göyərtili qaynar-qaynar sup, bir də kəkotulu, dəmli çay istəyir )

Hər səhər 10 cür kruassan, 7 sort yumşaq- bərk pendir, 5 vid’də yağ və yumurta , paket çayı görəndə gözlərim qaralır 😥 Şam yeməyinə də – mal, toyuq, donuz əti + düyüdən, paxlalılardan qarnir və çiy 😖 bişmiş MAKARON 😩😢 Birdənə də olsun nə meyvə, nə tərəvəz, nə göy-göyərti menyuda yoxdu . Heç doğranmış kələm, bibər belə süfrəyə qoymurlar 😣

Əvvəllər, 7 il vegetarian olmuşam ( yumurta, ət, balıq və onlardan hazırlanmış heç bir yeməyi dadmamışam ) . Bu səbəbdən də meyvəyə və göyərtiyə çox meyilliyəm . İndi ət yeyirəm , amma halal olmayan ətə və onunla bir verilən qarnirə ,acından ölsəm də, toxunmuram.

39089047_1917331501658077_9118332216424792064_n
Florensiya

Günortanı şəhərdə yeyirik , oda ki ayaq üstü pizzayla falan keçiririk )
Nəysə, 6-cı günümüzdü – Bolonyadayıq . Şəhərə çatan kimi , bacımla mən qruppadan ayrılırıq və özbaşımıza dolanırıq . Şəhərdə gəzdik-fırlandıq , alış-veriş etdik və…😵🤩

Ay qardaş , qəfildən elə bil məni atdılar vosmoyun(8) bazarına 💗 Qadan alım, ara küçələrdə bir bazar var , bir bazar var 😍 İndi bilmirəm sevinəm, bilmirəm hirsim’dən özümü çırpam Bolonyanın bu dar küçələrinə , bilmirəm ağlayam))) Day nələr yoxdu … Göy-göyərtinin iyi adamı bihuş eliyir . Görməmiş kimi, lazım olanı da aldım, lazım olmayanı da .

Düzünü desəm, yeməyə meyilli adam deyiləm. Ay nəfsim nəysə istəsin, tez onu ya bişirim, ya alım yeyim – yox . İtaliyanın havası mənə başqa cürə təsir eləyib 😇

Uje Romadayıq, şəhərin mərkəz yerlərinin birində otelə yerləşdik .
Səhər yeməyi oteldədir, menyu Riminidəkindən az fərqlənir .

39021209_1917332411657986_8005956057790676992_n
Neapol

5-10 dəqiqəlik aralıqda xudmani, çoox simpatiçni restoran var, şam yeməyinə ora gedirik. Bizi restoranın şefi, tipik italyan sifətli, pozitiv Mario qarşıladı ) Dedi ki : “ Mən çox tanınmış aşbazam, ona görə ki xanımım 11-ci uşağımıza hamilədi, klinikadadı və körpənin doğulmasını gözləyirik. “Sonra bizə İtaliyada “bərk gedən “, yüksək tirajlı jurnal gösdərdi – üst vərəqədə şef-Marionun fotosu və ailəsi haqda məqalə )

Nəysə, yeməyimizi gətirdilər. Pomidorlu-bibarlı ət qızartması, etli-göbələkli sup, kotletlə+spagetti. Mən yemirəm, Mario yaxınlaşdı mənə. Niyə yemədiyimi soruşdu, mən də anlatdım.

Girdi qoluma, apardı məni mətbəx zonasına. 4 yaraşıqlı qaraqaş-qaragöz oğlanlarla məni tanış elədi. Dedi ki: “Bunlarda müsəlmandılar, başıma bəladılar, qazanları da, çömçələri də ayrıdı. Sən bizim qonağımızsan, hər gün daa 4 yox , 5 personluq – sənə də yemək bişirəcəklər .”
Bax beləəə 😛

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Sevinch Huseynqizi

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s