Planlanmamış Avtostop turu

Ukrayna-Portuqaliya-Macarıstan avtostopumu elə düşünürdüm ki, artıq bitirdim, çünki Budapeştdən Bakıya uçuşum vardı. Amma avtostopla Bratislavadan Budapeştə vaxtında çata bilmədiyim üçün təyyarəmi qaçırdım. Əvvəl bu mənə pis təsir etdi, çünki çox yorulmuşdum (2 aydan çox avtostop edirəm) amma sonra bunu yeni bir macəra kimi qəbul edib Budapeştdən Bakıya avtostop etmək qərarına gəldim. Bundan əvvəl Praqadan Bakıya avtostop edəndə Rusiya üzərindən gəlmişdim, bu dəfə Turkiyə tərəfdən gəlməyi düşündüm. Ən çətin avtostoplar ölkədən ölkəyə keçəndədir, çünki hamı tanımadığı birini başqa ölkəyə keçirməkdən qorxur, həm də gedəcəyim ölkələrin sərhədlərində passport yoxlaması olur, hansı ki, şengen ölkələrində bu yoxdur.

serbiya

Beləliklə, 4-5 saat gözləmədən sonra, Bir Rumin qaqaşla Serbiyanın Novy Sad şəhərinə getdik. Macarıstan-Serbiya sərhədi digər sərhədlərə nisbətən asan oldu və gözləmə sırası az idi. Novy Sad’dan sonra Niš’ə getməyi planlaşdırırdım, amma məni yoldan götürən Serb dayının təkidi ilə axşamı Belqradda onun evində qaldım. Özünün də dediyi kimi bütün dünya serbləri qəddar millət kimi tanıyır və o, bu stereotipi mənim üçün sındırmaq istəyirdi. Çoox mehriban insan idi, yoldaşı da bizim üçün Serb milli yeməyi hazırladı. Biraz vodka, biraz schnapps, biraz da Serb milli mətbəxi, sonra özümü lap evdəki kimi hiss etdim. Bütün gecəni söhbət etdik, serblərin hansı durumda yaşadıglarından və s. Səhəri gün Sofiyaya avtostopa başladım. Bolqarıstan sərhədinə çatmamış yolda Finlandiyada yaşayan türklər məni aldılar (Ankaraya gedirdilər) və Sofiaya qədər götürdülər. Sərhəddə 3-4 saat gözləmə oldu. Bütün maşını və çantamı yoxladılar çünki əlimdə siqaret bükmək üçün kağızı görmüşdülər və düşündülər ki, yəqin üstümüzdə nəşə falan var. Sofiaya axşam çatdım və açığı Sofianı bu qədər gözəl təsəvvür etməzdim. İnsanlar çox alternative, şəhərdə avropaliq çox hiss olunurdu. Qalmağa yer tapa bilmədiyimdən bir yerdə kamp qurdum. Şəhər Turkiyəyə doğru avtostopa başladım. Gözlədiyimdən biraz çətin oldu amma Svilenqrad tərəfdə bir Iran TIRına mindim (Irana gedirdi) və məni Ərzuruma qədər götürdü. Sərhədi TIRla keçdiyim üçün 7-8 saat gözləməli olduq çünki beynəlxalq TIRlar çoxdur və sərhədlərdə uzun gözləmə olur. 3 gün, 2 axşam (TIRda yatdim) Ərzuruma çatdıq.

belgradd

Sonra ordan Sarpiya avtostop etdim və Gürcüstan sərhədini gəcə 1də keçdim, amma yatmadan Tbilisiyə avtostop etdim çünki Tbilisidə Slovak dostlarım var və məni gozləyirdilər. Gec olmasına baxmayaraq Gürcüstanda avtostop çox asandır və 10 dəqiqədən artıq gözləməməklə 4-5 saata Tbilisiyə çatdım. Hal-hazırda Tbilisidəyəm və 1-2 günlük iş axtarıram ki, biraz yol üçün pulum olsun. 3-4 günə Bakiya avtostop edəcəm və səyahətim bitmiş olacaq.

tbilisi

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı:  Tofik Eynullayev

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s