İspaniya – Portuqaliya səfəri

Salam. Ispaniya-Portuqaliya səfərim barədə ətrafli yazım. Səfər planimda yox idi, ani qərar verdiyim üçün (Bodruma gedəsiydik uşaqlarla, alinmadi, solo oldum yenə 😀 ) biletlər bir az baha çıxdı.
Berlin Madrid- 25 euro Ryanair (daha əvvəldən alsanız ucuza başa gələr)
Madriddə bir gün bəs edir məncə. Çox da maraqlı şəhər deyildi mənə görə. Yemək kafedə 10 euro elədi. Madrid Lissabon- 40 euro gecə avtobusu. Biletləri goeurodan və ya alsaz ala bilərsiz. Lissabon çox maraqlı gəldi mənə. Next Hostel 13 euro. Mərkəzdə, təmiz, qəşəng şəraitli hostel. Receptionda bir rus xanım da işləyir. Ən mərkəzi küçədəki restoranda yerli mətbəxdən balıq, su, dessert 14 euro. Pastil di nata (adini səhv eləmirəmsə) çox dadlı sirniyyatdı yerli. Supermarketlərdən 2-3 euroya pizza dilimləri də almaq olar

gaudi house
Lissabon Sevilya

35 euro (öncədən alsaz 20 euro da tapmaq olar. Və ya blablacar) Sevilyada Triana backpackers hostel 34 euro iki gecə. Qədim üslubda arxitektura binası idi. Ancaq otaq dar idi bir az. Yeri əla mərkəzdə, avtobus dayanacağına yaxın. Yerli mətbəxdən toyuq 8-euro təxminən. Muzey Alcazar 10 euro civarı (dəqiq yadimda deyil) tarixi mərkəz gəzintisi
Sevilya Kordoba- qatarla 14 euro civarı (öncədən alsaz ucuz olar). Bir gecə Bed and Be hostel. Əlaydi həm mərkəzdə həm qədimi bina həm təmiz. 17 euro gecəsi. Qəşəng səhər yəməyi və bollica portağal daxil. Məşhur Kordoba məscidinə giriş 8 euro, minarəyə çıxmaq 2-euro. Meydanda 7.5- euroya xüsusi menyu- soyuq yemək, ana yemək, dessərt, içki.
lisbon

Kordoba Granada– 8 euro avtobus təxminən. 1 gecə Granada Backpackers inn – 11 euro. Səhər yəməyi daxil. Qaldığım ən super hostel. Yerli mətbəx mərkəzdə paela kola şirniyyat 13 euro. Alhambra 15 euro idi təxminəm (dəqiq yadımda qalmayıb) 25 den aşağı və tələbəsinizsə, 8 euro. Hosteldən alsanız 18 euro edir təxminən. Ancaq növbəyə dayanmırsız. Mən səhər 6 dan növbədə dayanıb 9da kassa açılanda bilet almışdım. Limtli sayda turist buraxırlar
Granda- Malaga avtobusu- 12 euro. Malagada bir az gəzinti və aəroporta avtobus bileti 3-euro təxminən

Malaga Barcelona Vueling- 35 euro
Barcelonada Sagrada familia Sant jordi hostel. Yeni təmirli qəşəng hostel. Mətbəxi çox geniş. 2 gecəyə 48 euro. Barcelonada T10 bileti alin 10 euroya 10 gedişli public transport. Tək bilet 2-3 Euro idi deyəsən. Aeroportdan public bus gedir shuttle bus bahadı. Barcelonada kafedə yemək 14 euro. Public beach pulsuz.  Barcelona Tbilisi Pegasus 85 euro. Təxminən 600 euro xərclədim.

Təbii ki, marketlərdə satılan hazır sendviç filanla daha ucuza həll eləmək olar. Ərzaq alıb hosteldə bişirmək lap ucuza düşür.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s