Waffle, şokolad və pivənin vətəni – Brüssel

Salam Gəzəyənlər,

Bu dəfəki yazımda sizə Belçikanın paytaxtı olan Brüsseldən danışmaq istəyirəm. Bu qrupda da daha öncə soruşulmuş və məni də getmədən düşündürən bir neçə sualı cavablandırım ilk öncə.

1. Brussels Charleroi aeroportundan şəhər mərkəzinə necə getmək olar?
https://www.flibco.com/en#/booking – Flibco şirkətinə məxsus shuttle buslar hər yarım saatdan bir yola düşürlər. Aeroportda kassalardan da bilet əldə edə bilərsiniz və ya elə qeyd etdiyim öz rəsmi saytlarından da ala bilərsiniz. Return biletlərdə Qiymət fərqi sadəcə 3 eur olur.
Onu da qeyd edim ki, Flibco ilə aeroportdan həmçinin Brugge-yə, Luxemburqa və başqa şəhərlərə də shuttle buslar mövcuddur, saytdan yoxlaya bilərsiniz. Brüsseldə isə Brussel-Zuid qatar stansiyasında dayanır, bu qatar stansiyası da şəhər mərkəzindən 3km uzaqlıqdadır.
Şəhərin mərkəzi nöqtəsi “Grand Place” sayılır. Səyahətinizi planlayarkən, başlanğıc nöqtəsi olaraq buranı götürə bilərsiniz.

2. Brüsseldə harda gecələməliyəm?
Mən Brüsseldə 3 gecə qaldım. İlk 2 gecəni şəhərin mərkəzinə yaxın olan “Sleep Well” hostelində qaldım. Sonuncu gün isə uçuşum səhər olduğuna görə Brussel-Zuid qatar stansiyasına yaxın “Brxxl 5 City Centre Hostel” adlı hosteldə gecələdim. Hər ikisinin yerindən, otaqlarının rahatlığından və ən əsası təmizliyindən məmnun qaldım.

3. Brüsseldə haraları gəzib görməliyəm?
https://www.vivastour.com/en – Viva’s Tour Brüsseldə, Bruggedə və digər şəhərlərdə pulsuz turlar təşkil edən həvəskar gənclərdən ibarət bir qurumdur. Saytdan əlavə olaraq şəhərlərdə fəaliyyət göstərdiklərinə nəzər yetirə, orda olacağınız tarixlərdə keçiriləcək turların vaxtını öyrənə və qeydiyyatdan asanlıqla keçə bilərsiniz. Sonda “ürəyinizdən keçirsə” prinsipi ilə sadəcə onlara maddi dəstək olmağınızı xahiş edə bilərlər. Ancaq tur pulsuzdur, heç kim qeydiyyat üçün və ya başqa səbəblə sizdən pul tələb etməyəcək.
Əsas da mənim kimi tək gəzirsinizsə, yeni insanlarla dostlaşmaq və maraqlı vaxt keçirmək üçün yaxşı vasitədir. Tur müddəti 2 saatdır.
Yazımı qısa tutmaq üçün gəzməli görməli yerləri haqqında deyil də, bir neçə maraqlı məqamları bölüşmək istəyirəm.

31543742_1760370577389357_7344785223126614016_o
1. Şəhəri gəzərkən qətiyyən başı aşağı gəzməyin, binaların divarlarında çəkilmiş şəkilləri qaçırarsınız yoxsa. Onlardan biri haqqında məlumat vermək istəyərdim. Şəkillərə nəzər yetirərkən görəcəksiniz ki, birində iki gənc bir birini qucaqlayaraq addımlamaqdadırlar. Bu şəkildə birinci maraqlı məqam bu gənclərin kişi və ya qadın olduqlarını tam əminliklə vurğulamaq çətindir. Rəssam elə çəkib ki, hər kəs görmək istədiyi cinsdə görür hər ikisini. İkinci maraqlı məqam isə şəklin yuxarı küncünə fikir versəniz, görəcəksiniz ki, güzgü effekti ilə gənclər olmadan sadəcə mənzərənin əksi təkrar çəkilmişdir. Və bu şəkildə əks olunan küçə elə hal-hazırda şəklin yerləşdiyi küçədir. Şəkildə göstərilmiş Plattesteen restoranı hələ də orda fəaliyyət göstərməkdədir.

31960884_1760370207389394_2406772795049508864_n
2. Küçə adlarını göstərən iki tip yazıları görəcəksiniz. Arxa fonu göy olan isimlərdə həm Dutch dilində, həm də fransız dilində rəsmi küçə adları əks olunur. Google map bu adlarla işləyir. Ağ fonda qeyd olunan küçə adları isə daha çox yerli xalq tərəfindən istifadə olunur, belə desək, küçələrin ləqəbləridir.

31957970_1760369277389487_8017895710391271424_o
3. Manneken-Pis – Bu balaca oğlancığazın 900dən çox kostyumu var və hər gün o günün anlam və önəminə uyğun olaraq geyindirilir. Mənim səyahətim günü təmizlikçilərin günü idi və şəhərdə qeyd olunurdu.
4. La Caverne aux Cadeaux – şəkildə də əks olunan mağaza gəzdiyim mağazalar arasında ən ucuz hədiyyəlik əşya satılan mağaza idi.

31530368_1760369557389459_5318260485680791552_o
5. Delirium – 2400dən çox pivə növlərinin satıldığı küçə boyunca yerləşən publar silsiləsidir. Əgər siz də bu pivələri dadmadan getmək və eyni zamanda çox da alkol qəbul etmək istəmirsinizsə, mənim də yoxlayıb bəyəndiyim “Floris Strawberry”ni məsləhət görərdim.
6. Çox vaxt tək gəzdiyim və hər dəfəsindən insanları narahat etməmək üçün tripot istifadə edirəm. Çiynimdə tripotla məni görənlər blogger hesab edib öz şəkillərini çəkməyimi xahiş edirdilər. Onlar arasında 7 yaşında balaca qız uşağından tutmuş 60 yaşında yaşlı kişi də var idi  və getmədən soruşduğum suallardan biri də tripotla bağlı idi. Çox rahatlıqla çiynimdə keçirə bildim.

31945907_1760369707389444_4865691462349619200_o
7. Türkiyənin tanınmış üzü Nusretin Saltbea hərəkəti isə Belçikanın yerli camaatı tərəfindən də maraqlı şəkildə təqlid olunur. Bunu isə yerləşdirdiyim videoda görə bilərsiniz.(https://www.facebook.com/yasakhey/videos/pcb.524565087938712/1760369244056157/?type=3&theater&ifg=1 )

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Yasa Khey

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s