Gündoğan ölkə – Yaponiya

Salamlar 
Uzun müddətdir bu post’u yazmağı düşünürdüm. Nəhayət məqam gəlib çatdı)
Bir il öncə tam da bu vaxt ziyarət etdiyim Yaponiya haqqında yazmaq istəyirəm sizə) İlk öncə onu deyim ki, dövlət hesabına getdiyim üçün (təbii ki, Yaponiya tərəfinin)) xərcləri onlar qarşılayıblar.

Amma yapon dilini bilib, biraz məlumatlı olduğum üçün suallarınıza məmnuniyyətlə cavab verə, səyahət planınızı qurmağa kömək edə bilərəm)
Keçək mətləbə) Yaponiyanın Osaka, Kyoto, Nara, HiroshimaMiyajima şəhərlərində olmuşam.

21543963_730996720417940_2659295079401821586_o

Osaka həm tarixi, həm müasir abidələrlə zəngindir. Sakit amma böyük şəhərdir. Street food çox dadlıdır)
Kyoto tarixi abidələri sevənlər üçün çox maraqlı olacaq əminəm. Hər addımbaşı temple və shrine var. Xüsusilə payız(momiji) və yaz (sakura) vaxtını məsləhət görürəm. 

21458091_730996623751283_7158454996342580170_o
Nara şəhəri 🦌 ile meəşhurdur) Nara park həmçinin Todaiji məbədi must see yərləridir)
Hiroshima şəhəri atom bombasından sonra rekonstruksiya olunsa da, simvol olaraq bir bina saxlanmışdır. Memorial park və museum var. Həmçinin bomba atılması nəticəsində vəfat edən insanların xatirəsinə heykəllər və xüsusi bir zəng var. Zəng’in üstündə dünya xəritəsi təsvir olunsa da, ölkələr arasında sərhədlər təsvir olunmayıb  

21457920_730996730417939_817205220167930683_o
Miyajima adası isə Hiroshimadan gəmi ilə 20-30 dəqiqəlik məsafədə yerləşir. Orda da 🦌 var)) Xəritə, şirniyyat, hər cür kağız məmulatları yeyə bilirlər)
İzdihamlı şəhərləri sevmədiyim üçün Tokyo’da olmamışam  Gələn dəfə ora getməyi düşünürəm.

Küçədəki avtomatlarda su və digər içkilər hələ o vaxt 160 yen idi) Bahalı ölkədir amma mütləq gedib görülməlidir fikrimcə.
Şəhərlər arası shinkansen adlı sürət qatarı ilə yanaşı, dəfələrlə ucuz adi qatarlar da fəaliyyət göstərir. Yemək o qədər də baha deyildi və məni belə təəcübləndirən o idi ki hər yerdə sushi satılmırdı) Sushi restoranlarında çox uzun növbələr olur. Fast food’ları, küçə yeməkləri çox dadlı olur, odur ki, fürsətdən istifadə edib hər cür dəniz məhsulunun dadına baxın).

21552083_730996633751282_1414404032542727129_o

İnsanları çox gülərüz və yardımsevərdirlər, dili bilməsəniz də maksimum dərəcədə kömək etməyə çalışırlar. 

Səhifələrcə yaza bilərəm Yaponiya haqqında, amma lazımlı informasiya verməyə çalışdım. Hamınıza xoş istirahətlər!

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Jala Abubekirova

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s