Hindistan – Ahmedabad

Әziz vә hörmәtli gәzәyәnlәr!

Gәlin sizә bir az Hindistan ❤❤ haqqında danışım. Bir layihә ilә gәldiyim Ahmedabad vә ya yerlilәrin dili ilә desәm Amdabad şәhәrindә artıq 2 hәftә keçirmişәm vә bölüşmәk üçün bir miqdar mәlumata sahibәm deyә düşünürәm. Öncәliklә onu deyim ki, Hindistan hәr zaman görmәk istәdiyim, son 3 ildir isә dәlicәsinә haqqında hәr cür bilgi әldә etmәk üçün çabaladığım ölkә idi. Rusların “Увидеть Париж и умереть” cümlәsindәki Paris mәnim üçün Hindistan idi 😁

“Bu yay bu arzumu artıq hәyata keçirmәliyәm!” düşünәrәk ailәmә bildirdim. Razı salmaq uzun çәkdi. “Sәn bilirsәn ki,orada hәr gün 1000 insandan 99u ayaq altında qalıb ölür!” , “hәr tәrәf zәhәrli ilanlardı”, “birdәn üstünә fil hücum çәksә?!” 😂😂 ,”bәlkә yaxın yerә gedәsәn?” , “öz ailәn olar,gedәrsәn!” kimi sualların ardından birdә türk hәkimlәrinin peyvәnd vә “Hindistan kimi ölkәlәr” adı altında yazdıqları 60 günlük dәrmanlar paketi olduqca qorxunc görünürdü. Ama, come on, bir Tac Mahalı görmәk hәr şeyә dәyәcәk deyәrәk gәldim yenә dә. Tac Mahalı hәlә görmәmişәm, ama indiyә kimi gördüklәrim hәqiqәtәn hәrşeyә dәyir.

36530008_1727443130625594_1489500117156233216_n

İlk zamanlar buradaki tәmizlik anlaşı ilә mәnimkinin fәrqli olmağından irәli gәlәn çәtinliklәrim oldu, havanın çox isti olmağı, küçәlәrdә gәzәn inәklәr, küçәlәrdә ailәlikcә yaşayan insanlar, sәs kakafoniyası, rikşaların çox ucuz qiymәtә ama sәnin hәyatın bahasına sәni mәnzilә çatdırmaqları 😀 vә s. Bunların hamısı kültürel şokun parçası idi. Artıq rahatlıqla küçә yemәyi yeyirәm. İçindәn tük çıxır, kәnara qoyub lәzzәtlә yeyirәm 😀 Rikşaların sürәtindәn hәzz alıram. İnsanlarla söhbәt edirәm, bazarlarda mango, banan, kokos alan qadınların şәklini çәkirәm, musson yağışı altında ayaqqabısız oynayan uşaqları izlәyirәm. Әn әsası, Hindlilәrdәn öyrәndiyim bir fәlsәfә var- “Bu gün ilә yaşa. Karmaya inan!” Bilirәm ki,bir çoxunuz üçün utopik kimi sәslәnir,mәn dә öyrәşә bilmirdim bu fikrә. Ama bir rikşa sürücüsünün, toxunulmazlar kastından olan bir sakinin, küçәdә yaşayan bir insanın gәlәcәk ilә bağlı plan qurmağı daha da utopikdir. Hәr şeyә rәğmәn xoşbәxtdirlәr, hәq dәqiqәnin hәzzini alırlar, hәr gördüyündә gülümsәyirlәr, “Namaste” deyib salamlayırlar insanı.

 

2

Qısası, bir şeyi çox istәyirsinizsә, hәyata keçirmәyә çalışın! “Ailә qurarsan, gedәrsәn”, “pulun çox olar gedәrsәn” kimi tövsiyyәlәrә aldanmayın,bәzәn “utopik” olmaq sizin xeyirinizәdir 😉

Sevgiylә qalın!❤

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ayshan Gurbanali

 

One thought on “Hindistan – Ahmedabad

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s