İsrail – Tel Aviv, Haifa, Qüds

Bir az yaxın oturun sizə 20 günlük İsrail səfərindən bir A4-lük təcrübələrimi danışım. Bakı-Tel Aviv gediş dönüş = 418 avro (THY) Hava limanından Şəhər mərkəzinə taxi = 70-80 $BY14 Hotel, $150 / gün 0.33 l Cola = $ 2 Pivə = $ 8-10 Bərbər = $ 25 46123996_10217979551906627_7094072116449902592_n Demək başlayaq viza alma prosesindən. İsrail səfirliyi bu günə kimi getdiyim, gördüyüm və eşitdiyim ən ciddi təhlükəsizlik sistemi olan səfirlikdi. Ayaqqabının tikişlərindən, çəkisindən tutmuş kəmərin hər sm-nə qədər diqqətlə baxırlar ki, içində birdən silah falan keçirtmiş olarsan 😀Təhlükəsizliklə bağlı suallar verilir, yalnız hə və yox cavabı verməlisən. Bəli və xeyr cavabları sorğunun yenidən başlamasına səbəb olur 😀 Bu yorucu təhlükəsizlik prosedurundan keçib içəri girib görürsən ki, gülərüz işçilər oturub orda. Görüş qurtaranda hətta durub səni qapıya qədər yola salırlar. Yəni qapıdakı təhlükəsizlik işçiləri ilə içərdəki işçilər tam ayrı dünyanın adamıdı. Təhlükəsizlik xidməti hərəkətləri ilə “İsrailə getmə” deyir, içəridəkilər isə hərəkətləri ilə “qapıdakılara fikir verməyin, siz İsrailə mütləq gedin” deyir. Bilmirəm dəvətnamənin təsiri oldu ya yox, cəmi 2 günə İsrailə viza aldım. Halbuki getməyimə hələ çox vaxt var idi. Getmədən əvvəl bütün İsrailə gedib gəlmiş dostlarım deyirdilər ki, hazır ol ölkəyə giriş və çıxışda təhlükəsizlik xidməti saxlayıb 2 saat sorğu sual edəcəklər. Pasport kontrola yaxınlaşıb pasport və dəvət məktubunu verdim. Qaqaş bir neçə dəfə pasport və sənədlərə baxıb soruşdu ki, “What’s the purpose of your visit?”(orda Cem Yılmazı xatırlatdı qaqaş ) Sənədlərdən gəlmə səbəbim bəlli idi, yenə də dedim “Agriculture”. Başını yandakı pəncərədən salıb qızdan nəsə soruşdu sonra mənə çönüb ölkəyə giriş kartını və digər sənədləri qaytardı. Ümumi prosedur max 5-6 dəq çəkdi. “What a purpose” dedim öz-özümə 😀 K/T bu ölkə üçün çox vacib sektordur, ona görə viza almaqda probleminiz yaşanırsa necəsə səfəriniz k/t ilə əlaqələndirin 😀 Mənim səfərimin məqsədi MASHAV-ın İsrail K/T Nazirliyi və K/T Tədqiqat Mərkəzi ilə birgə təşkil etdiyi kursda iştirak etmək idi. Tel Aviv. Hava limanından şəhər mərkəzinə təxmini 20 dəqiqəlik yoldu və taxi ilə 70-80 $-a gəlmək olur. Eyni zamanda pulsuz avtobus da fəaliyyət göztərir hava limanından mərkəzə və əksinə. 46136847_10217979554706697_6653631423632637952_n Tel Aviv çox gözəl, təmiz, rahat, bahalı (həm də çoox bahalı) və dinamik şəhərdi. Dədə Qorqud düz deyib, Tel Aviv never sleeps. BY14 Hotelində dənizdən 5 dəqiqəlik məsafədə qalırdıq. Hər axşam 1-2 saatlıq şəhər turuna çıxırdıq. Gecə hər addım başı restoran, kafe və barlarda oturub yeyib-içən, deyib-gülən adamları görmək mümkündür. Dəniz qırağında gecə gündüz qaçan, idman edənləri görəndə elə bilirsən bütün Tel Aviv idmanla məşğuldu. Çimərlikdən 2 küçə içəri tərəfə keçirsən ki, hamı restoranlarda yeyib içir, marixuana iysi götürüb aləmi və elə bilirsən ki, hamı əyləncə adamıdı.😀 Stres, qayğı və hər hansı bir problemdən əsər əlamət yoxdur bu şəhərdə. Tək problem odur ki, 6-cı günü hər yer bağlı olur və bazar günü isə iş günü olur. 3 həftə ərzində bu şəhərdə ən sevmədiyim şey bazar səhər tezdən durub K/T nazirliyinə getməyim idi 😀 Sürücüləri bizimkilərə baxmış bir az mədənidi. Orda da tıxacda siqnal verən, dönmə işiğı yandırmadan başqa yola dönən və zolaq dəyişən özünə söydürən sürücülər çoxdur 😀 Səhər və axşam Tel Avivə giriş çıxışda tıxac olur həmişə. Biz hər səhər hoteldən K/T Nazirliyinə(bir az şəhər kənardadı nazirlik) gedəndə tıxaca düşürdük. Azərbaycanda hər gün Xırdalandan şəhərə işə gedib gəlməyimi xatırlatdı o tıxaclar 😊 Bizim Bakı-Xırdalan yolundakı tıxacla müqayisə etsən heç ordakına tıxac demək doğru deyil. Ölü dəniz. Doğrudan da ölüb sadəcə olaraq özünə deyən yoxdur. Demək kosmetika şirkətləri dənizin cənub hissəsini kiçik pondlara bölüb qurudub ordakı minerallarda kosmetika istehsal edirlər. Dənizin suyu ildən ilə ciddi şəkildə azalmağa başlayıb. Bir səbəb yağıntının olmaması, digər səbəb isə kosmetika istehsalıdır. Amma, Ölü dənizdə suyun üstündə uzanmaq gözəl təcrübədi. Məktəbdə coğrafiya dərsində müəllimimiz deyirdi ki, orda duzun miqdarı o qədər olur ki, suyun üstündə uzanırsan batmırsan. Maraqlı gəlirdi uşaqlıqdan. Canlı şahidi oldum, çox maraqlı yerdir. Suyun üstündə uzanıb kitab oxumaq da olur 😊 Haifa.  Tel Avivdən sonra ən çox bu şəhəri sevdim İsraildə. Daha yaşıl, havası gözəl və ruhu olan bir port şəhəridir. Bahai Garden hissəsindən baxanda qismən Bakıya oxşatmaq olur. İsrailə gəlsəniz mütləq Haifaya getməyi planlayın. haifa1 Müqəddəs şəhər( Qüds və ya Jerusalem). Tel Avivdən 1 saat yarım məsafədə Ölü dənizin yaxınlığında yerləşən dünyanın ən qədim və müqəddəs şəhərlərindən biridir. İslam, İudizm və Xristanlıq dinləri üçün çox vacib məbədlər yerləşir. Ən dindar Yahudilər, ən dindar Xristianlar və ən dindar Müsəlmanları burda gördüm. Köhnə şəhər adlanan hissədə adından məlum olduğu kimi hər addımı tarixdi. Bir tərəfdə Yahudilərin ibadət etdikləri Wailing wall(Crying wall kimi də tanınır), bir tərəfdə Xristianların ziyarət etdiyi kilsə, digər tərəfdən də Müsəlmanların ibadət etdikləri Haram el Şerif və Mescidil Aqsa yerləşir. Çox asanlıqla “Yerusəlim sindromu”na tutulmaq mümkündür burda. Hər üç dinin ən dindarları bir arada və hər birini gəzdikcə adam fərqli hisslər keçirdir burda. Məscidlərin yerləşdiyi yerə keçmək üçün, İsrail polisi, Ərəb polisindən keçməlisən. Normalda bura gələn dostlarım və tur rəhbərimiz demişdi ki, hazır ol Qurandan sorğu sual edəcəklər. Polislərə yaxınlaşdıq, sadəcə haralı olduğumuzu soruşdular vəssalam. Məscidlərin girişində duran mühafizəçi də sadəcə salam aleykum deyir, aleykum salam cavabını gözləyir səndən. Bütün kontrol bundan ibarətdir 😄 46089011_10217979560826850_636152856323293184_n Köhnə şəhərdəki bütün dükkanlarda ən azı 50% qiymət salmaq olur. Ağızlarına gələn qiymət deyirlər, başlayırsan qiymət öldürməyə. Bura yolunuz düşsə nəzərə alın. 20 gün içində k/t aid çox şey öyrəndim. Bundan əlavə bunu bildim ki, İsrail üçün 2 həyatı əhəmiyyət daşıyan məsələ var. 1 təhlükəsizlik, 2 su. Hakimiyyətə gələn və ya gəlmək istəyən istənilən siyasətçi xalqı bu 2 məsələdən əmin etməlidir ki, hakimiyyətə gələ bilsin.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Ramil Azmammadov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s