Sözlərlə ifadə olunmayacaq şəhər – Bratislava

SLOVAKIA

Bəlkə də çoxlarınıza adi gələcək amma bu ölkə mənim həyatımda çox böyük yerə malikdir. Dostlarla gecələr Bratislavanın qaranlıq küçələrində gəzməkdən tutmuş, Miladı qeyd etmək üçün köhnə Slovak qatarı ilə Tatra dağları istiqamətində getməyimə kimi bu ölkə ilə bağlı xatirələrim sözlərlə bitməz.

Sonuncu dəfə iyulda orda olmağıma baxmayaraq, Slovakiyasız qala bilmirəm, burnumun ucu göynəyir. Bakida Slovakiyanın bir hissəsini küçələrdə, binalarda, insanların simasında tapmağa çalışıram, amma hamısı yad gəlir mənə.. Mənim kimi bir neçə insan hər hansısa şəhərə, ya da ölkəyə bağlanır, bir növ özlərini həmin yerdə tapırlar, və fikrimcə, həmin insanlar ən xoşbəxt insanlardı.

Bu yazıda isə Slovakiyanın paytaxtı Bratislava haqqında yazmağa çalışacam.

slovakia

Bratislava – dünayada yeganə paytaxt şəhərdir ki, 2 ölkə ilə – Avstriya və Macarıstan – sərhədi var. Vyanadan maşınla 45 dəqiqə, Budapeştdən 2 saat, Praqadan isə 3 saatlıq məsafədə yerləşir. Ərazi və əhali sayına görə çox kiçik şəhərdir və əgər siz də mənim kimi kiçik və turistik olmayan yerləri sevirsinizsə, onda Bratislavaya baş çəkməlisiniz. Bratislava  həmin şəhərlərdəndir ki, sanki ruhu var, yalnız binalar və  küçələrdən ibarət deyil. Vəhşi gecə həyatından tutmuş sakit parkda gəzintilərinə kimi vurulmuşam bu şəhərə…İcazənizlə istərdim bu yazımla Bratislavaya sizin üçün bələdçilik edim.

ƏYLƏNCƏ/CLUB:

– Bratislavada əyləncə deyən kimiç fikrimcə hamının ağlına ilk Subclub gəlir. Bratislava qalasının altındakı bir neçə ehtiyyat bunkerlərinin birində tikilən, girişi tuneldən başlayan və tunelə girən kimi sanki adamı bir növ transa salan Subclubda daha çox elektronik, techno və bəzən də alternative musiqilər səsləndirilir. Həftənin günündən aslı olmayaraq, Subclub həmişə cavanlarla dolu olur, amma ən yaxşı vaxt Yeni il gecəsi olan electro/techno partilərdir.

-Subclub yaramırsa, Bratislavada ən böyük klub The club Bratislava yarayacaq.

GÖRMƏLİ YERLƏR:

-Bratislvaský Hrad – Bratislava qalası. Dunay gölünün üzərindəki təpədə yerləşən Bratislava Qalası9- 9-18-ci əsrə aiddir. Vyanadan Bratislavaya gecəylə gələndə hələ hec sərhəddə çatmamış bu möhtəşəm qalanı uzaqdan işıqlandırılmış görəndə içimdə izah edə bilməyəcəyim bir fəxr hissi yaranır.

-Devin Qalası. Avstriya ilə sərhəddə yerləşən bu qala özündə çoxlu tarıx daşıyır, amma mən tarixindən danışmayacam. Ora hiking edib yuxarıdan mənzərəyə baxsanız, elə kifayətdir.

slovakiaxmas

-Most SNP ve ya UFO körpüsü. Görünüşüylə UFOya bənzəyən bu körpünün yuxarısına liftlə çıxıb Bratislavanı (hətta Avstriyanın bir hissəsini) sey edə bilərsiniz.

-Old Town. Bratislava ümumiyyətlə kiçik olduğundan hər yerə ayaqla gedə bilərsiz, və Old Town’da da hər yeri görmək üçün ən yaxşı plan heç bir planın olmamasıdır. Ayaqlarınız size hansı küçəyə aparırsa ora da gedin, əminəm ki, ürəyinizə uyğun bir şeylər tapacaqsınız.

-Zlaté Piesky gölü. Bratislavanın kiçik olmasına baxmayın, öz gölü də var. J 4 nömrəli tramvayın sonuncu dayanacağı olan bu göl yerli slovakların yayda dincəldiyi Xorvatiyalarıdır.        Qarşı tərəfdə nudist çimərliyi, giriş tərəfdə isə clothing optional çimərliyidir. Pivə də ucuzdur.

YEMƏK/İÇMƏK:

-Bryndzové halušky. Hələ yadıma gəlir birinci dəfə Bratislavada olanda dostlarım mənə halušky qonaqlığı vermişdilər. İndiyə qədər hər dəfə Slovakiyada olanda ağzıma halušky dəyməsə evə qayıtmıram. Bryndza pendirindən hazırlanır və üzərinə Bacon doğranılır. Bacon olmadan da yeyə bilərsiz amma ele bil ki dolmanı yarpaqsız yeyəcəksiz.

-Kapustnica. Çoxlu kələm 🙂

İçməyə Kofola. Kofola bir növ yerli (Çexslovak) Koladır. Daha şirin olur, və heç vaxt əsl bir slovakın əlində lola görməzsiniz, diqqətlə oxuyun, kofola olacaq.

-Slivovica/medovina. Araq içənsinizsə özünüzə güvənirsizsə Slivovica sınayın. Mən exsevgilimin babası ilə baş-başa slivoviça şotları vururdum, və həyatımın ən böyük səhvlərindən biri olmuşdur. J Medovina baldan hazırlanır və nisbətən yüngüldür.

csm_hotel-zell-am-see-n-03_a62576d751

NƏQLİYYAT

Bratislavada hər yerə ayaqla da çatmaq olar əgər vaxtınız boldursa amma yazımı bəyənib ora köçməyi düşünürsünüzsə bəlkə 1-2 şeyi bilsəz yaxşı olar. Şəhərdə tramvay və avtobus sistemi dəqiqə bə dəqiqə vaxtında işləyir, eləcədə marşurutları. Bu yaxınlarda Slovnaft in sponsorluğu ilə Bratislavada yenicə bike-sharing formatlı velosipedlər istifadəyə verilib, amma Bratislava velosiped sürənlər üçün cəhənnəm ola bilər, velosiped xəttinin birdən-birə yolun ortasında bitməsini nəzərə alsaq J Buna baxmayaraq, ictimai nəqliyyat qərbi Avropa ölkələrinə nisbətən çox ucuzdur.2 zonaya kimi 30 dəqiqəlik single ticket = 0.90 euro, nəzərə alsaq ki, tram ilə 30 dəqiqəyə hər yerə çatarsız.

 

SHOPPING:

-Tesco

-Lidl. Ən ucuzu Lidl’dır.

-IKEA. Slovakiyadakı yeganə İKEA Bratislava Aeroportu yaxınlığında yerləşir. (ps Aeroport Zlate Piesky dayanacağından heç də uzaq deyil)

Bratislava haqqında fikrimcə biraz məlumat verə bildim. Gedin görün feedbacklarınızı verin. Bəlkə kimsə sevəcək, bəlkə də kimsə deyecək ki, bunun nəyinə vurulmuşam, amma bu şəhər həmişə ürəyimdə yaşayacaq ( öz səbəblərim var), və bu yaxınlarda artıq ora köçməyi artıq düşünürəm. Lebo milujem Slovensko!

Xoş istirahətlər,

Tofik

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Tofik Eynullayev 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s