Gəzəyən məsləhəti – Budapeşt

Salamlar hərkəsə! Ümid edirəm ki, bu yazım qrupun formatından kənara çıxma kimi nəzərə alınmayacaq. Amma bu yazını çoxdandır ki, yazmaq istəyirdim.

Qısa müddətdir ki, Budapeştdə kiçik bir suvenir mağazasında işləyirəm. Bu müddətdə çox insan gördüm təbii olaraq 🙂 Gördüklərim, gözləmlədiklərimdən bir nəticə çıxarmışam ki, onu da sizinlə paylaşmağı çox istəyirdim. Çalışdığım müddətdə müştərilərlə ünsiyyət qururam. Yaşlarını, hansı ölkənin vətəndaşı olduqlarını, növbəti səfərlərinin hara olduğunu və s. soruşuram. Bir daha əmin oldum ki, başqa ölkələri, fərqli məkanları, insanları tanımağa heç bir ünsür maneə ola bilməz. Turistlərin arasında cavan nəsil olmaqla yanaşı, yaşlılar, kiçik yaşlılar olur. Bununla yanaşı, fiziki məhdudiyyətli turistlər isə insanın sadəcə yaşama stimulunu artırır. Yanlış anlaşılmasın, ayrıseçkilik etmək ağlımın ucundan keçmir. Sadəcə heçnəyin dünyanı kəşf etməyə, səyahət etməyə, pozitiv düşünməyə maneə olmayacağına toxunmaq istəyirəm. Bu müddət ərzində minlərlə turistin arasından barmaqla sayılacaq qədər azərbaycanlı görmək, onların arasında çoxunun kişi cinsinə mənsub olması, gördüyüm azərbaycanlı xanımlarınsa hamısının ailəli olaraq gəlməsi, çoxunun ingiliscə bilməməsi (ya da çox az “derdimi anlatacak kadar”) bilməsi üzücü hallar arasındadı. Ancaq mən bu mövzulara dəymək istəmirəm. Bunları çoxumuz bilirik və həm də yaxın vaxt ərzində düzələcəklərinə ümidim çoxdu. Ancaq başqa bir mövzu var ki, belə görürəm ki, biz( gənc nəsil) bir addım atmasaq düzələsi deyil.

Gəzəyənlər, çox-çox xahiş edirəm, özümüz gəzərkən valideynlərimizi də gəzməyə həvəsləndirək. Bizim millətimiz çox işləməyə, özünü fəda etməyə, özünü unutmağa meyllidir. İllər keçir və artıq sonra nə enerji, nə həvəs nə də bəzən pul qalmır. Deyə bilərsiniz ki, əmək haqqı buna yetmir və s. Amma inanın mənə necə maddi vəziyyəti aşağı ailələr görürəm burda. Təsəvvür belə edə bilməzsiniz. Nə də mən demək istəmirəm. İçəri girən kimi “discount, discount” başlayırlar  Əgər orta statistik ailəni nəzərə alıb, birazca kənara “atmağa” can atsaq, biraz da həvəsli olub mütəmmadi olaraq endirimli uçuş, qatar, bus biletləri (gediləcək yerdən asılı olaraq) axtarsaq məncə eləmək çox da çətin olmamalıdı. Bəzən də artıq xərclərimizi azaltsaq? 😉

Bu iş bizə düşür məncə) Valideynlərimizin, ailəmizin, sevdiyimiz insanların da səyahət etməsini istəmərikmi? Məncə çox gözəl olar.
P.S çoxbilmiş, ağılverən biri kimi göründümsə, sorry, məqsəd bu deyildi. Sadəcə gülərüzlü, dünyanı gəzən, görən, marağı olan (gəzdikcə artır, bilirik 🙂) insanlar, xüsusən yaşlılar görəndə bizim insanları da belə görmək çox istəyirəm. Uzun oldusa, sorry.
Azərbaycanlıları cinsindən, ailə vəziyyətindən, yaşından və maddi imkanından asılı olmayaraq dünyalı olaraq görmək ümidi ilə! 🙂

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Zulya Abdullayeva

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s