Hüzurlu və xoşbəxt insanlar şəhəri – San Diego

Salam, hörmətli Gəzəyənlər qrupunun üzvləri 👋
Bu gün sizin diqqətinizi Amerikanın🇺🇸 ən gözəl guşəsi sayılan San Diego şəhərindən az da olsa məlumat paylaşacağam, odur ki popcorn hazırlayıb, ekrana daha yaxın əyləşə bilərsiniz 😊
Əvvəla, dostlar, Massachusetts ştatının Boston şəhərində yaşadığım üçün, və deyərdim ki Amerikanın ən qədim və mənim ən favorit şəhərim sayılsa belə, bura öz çox sərt soyuq havası ilə məşhurdu, və havanın temperaturun dəyişmək üçün California ştatının San Diego şəhərinə üz tutmağı qərar verdim…..✈️✈️✈️
Sizə San Diego haqqında bir az məlumat vermək istərdim, sizin popcornunuz onsuz da hələ hazır deyil 😉

3d8a1b485e0df0c07836cc131b582d8b
San Diego şəhərinin cəmi 1.5 milyon əhalisi var, Amerikanın 8-ci ən böyük şəhəri, və California əyalətinin ən böyük 2-ci şəhəri sayılır…. Əsasən 60% ağlardan, və 30% latın-amerikalıların yaşaması bir təəccüb doğurmur… Niyə soruşa bilərsiniz? Çünki çox maraqlı olsa da əvvəl Mexicanın ərazisi olub Californiya ştatı, və Amerika 🇺🇸 və Mexico 🇲🇽 mübaribəsindən sonra, California ştatı Amerikanın ərazisi altına keçib, və çoxlarınızın məlumatı var ki ispan dili ikinci dövlət dili sayılır…
San Diego haqqında həmişə gözəl şeylər eşitmişdim, əsas da il boyu isti havası və insanların daha mədəni və mehriban olması mənim diqqətimdən yayına bilməzdi….
Şəhərin təmizliyi, evlərin ispan tərzdə tikilməyi məni sanki qədim zamana qaytardı bir anlıq….😍😍😍
San Diegoya gedib amma Zoo-Parkı görməmək günah sayılar deyə mən də üzümü zooparka tutdum. Xatırladım ki, dünyanın ən böyük və ən çox sayda turistlərin axını məhz bu zooparka olur…. Düzünü desəm zooparkı çox da bəyənmədim (55$ giriş pulu). Çünki zoopark həddindən artıq böyük idi, və gəzməkdən artıq çoox yoruldum. Təsəvvür edin istədiyiniz hər bir heyvanı orda tapa bilərsiniz 😉 Pandanı görmək üçün ora getməyə məcbur idim və peşman olmadım))) Hayıf deyil bizim zoopark?)))) 10 dənə heyvan olur, onun 8-i obeddə olur, ikisi isə yatır)))) Nə isə….

Ən sevdiyim isə yer Sea World (40$ offer up dan) adlı akvarium oldu…Deməli burda balinalarin, su itilərin showsunu izləyə bilərsiniz… Və ən maraqlısı odur ki, sanki teatr kimi oturursunuz və əvvəlcədən xəbər edirlər ki, ilk 10 sırada oturanlar suya bata bilərlər və bu daha çox həyəcanı artırır, mən isə 5-ci sırada otmuşdum deyə evə gedəndə sanki paltaryuyan maşına məni salıb çıxartmışdılar 😂😂😂 Balinaların çox güclü quyruqları var imiş))))

sdut-seaworld-san-diego-worst-performing-north-america-2016may25
Gecə heyatından biraz məlumat verim 😉
Həftənin 5-ci və 6-cı günü San Diegonun 🏙downtown-nu həddindən artıq insanlardan dolu olur, hərə bir yerdə əylənir, və mən də bu həyəcanı əldən verməmək üçün dostumla bir bara getdik… Havanın isti olması, və barların təmiz havada olması mənə çoox ləzzət elədi….. Latın amerikali qızlarının gözəlliyi sanki hansısa bir Braziliya və ya Columbia şəhərində özünü hiss etməyə vadar edir (bizim qızların gözəlliyinə çata bilməzlər).
Hətta hərdən düşünürdüm ki, insanı bu qədər gözəl yaratmaq nəyə lazım? Lol
Qızların səmimi, və daha ünsiyyətli olmaları gecəni daha maraqlı etdi, əlbəttə oğlanlar da öz yerini və daha mədəni olmaqları gözdən yayınmadı…Və mən həqiqətən vuruldum San Diego gecə həyatına😍😍😍
San Diego öz gözəl, və ağlasığmaz dənizlərindən meşhurdu, bəli burda dənizə girməyə pul ödəmirsən, lejankalar yoxdu))) Qarpız yeyən də görməzsiniz, əvəzində isə voleybol oynayan, turnik edən gənclərlə rastlaşa bilərsiniz…. San Diego okeana çıxışı var deyə suyun temperaturu yayda ancaq isti olur, axşamlar isə havanın temperaturu aşağı düşür….
Ən gözəl günəş batmasın izləmək üçün okean qırağına minlərlə insan yığılır, və inanmayacağınız bir mənzərəni öz gözlərinizlə görə biləsiniz – rənglərin bir-birinə qarışması. Saatlarla oturub təmiz havadan zövq alıb, insanları izləyə bilərsiniz. Bu arada San Diegoda çoxlu sayda rusiyalilar var, bu isə daha da oranı maraqlı etdi mənim üçün 😉

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elman Hajiyev

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s