Pulsuz səyyahlar üçün müftə bələdçi xidmətləri

Yəqin çoxlarınız səyahətə çıxarkən çalışırsınız ki, getdiyiniz şəhərin, kəndin, qəsəbənin tarixi ilə yaxından tanış olasınız, turistik və qeyri-turistik amma görülməli yerlərinə baş çəkəsiniz, abidələrin tarixi və ya əfsanələriylə yaxından tanış olasınız. Bunun isə bir neçə yolur var. Pulsuzundan tut, sadəcə ianəylə olanlara və ya kifayət qədər bahalılarına kimi. Amma hər zaman olduğu kimi bu yazıda da ancaq pulsuz və ya ucuz bələdçi xidmətləri haqqında məlumat verməyə çalışacam. Siz də cibinizə görə olanı seçərsiniz artıq.

Başlayaq bizim kimi qara camaat üçün nəzərdə tutulan pulsuzlarından 😀 :

  • Pulsuz bələdçilərin başında adətən səyahət bloqları gəlir. Gedəcəyiniz şəhərdə haranı görməli, harada selfi çəkdirməli, nəyi harada yeməli və içməli suallarına məhz səyahət bloqlarında rast gələ bilərsiniz. Bu tip bloqlar adətən 2 yerə bölünür. Xarici səyahət bloqlarından məqalələri tərcümə edib paylaşanlar, və öz başına gələnlərdən yazanlar, lap elə bizim bu sayyeah blog kimi 😉 Təbii ki, başqa bir şəhərə, ölkəyə, mədəniyyətə bir azərbaycanlının gözündən baxıb qiymətləndirmək daha maraqlıdır, nəyinki bir firəngin 🙂 Ona görə də çalışın başına gələnləri yazanların bloqlarını oxuyasınız, nə də olmasa başına gələn başmaqçı olar deyib atalarımız. Başqa dilləri bilirsinizsə internetdə ingilis, rus və türk dillərində yüzlərlə səyahət bloqu var. Googleda axtarış edib səyahətdən öncə nəzər yetirə bilərsiniz.
  • Digər bir “pulsuz” üsul isə Tripadvisordur brouzeri açıb tripadvisor.com yazırsınız, saytın axtarış yerində isə gedəcəyiniz şəhərin adını və beləcə o şəhərdə olan bütün turistik və qeyri-turistik yerlərin siyahısı çıxır. İlk 2 səhifədə əsasən turistik məkanlar olur, sonrakı səhifələrdə isə turistlər tərəfindən az kəşf olunmış məkanların siyahısı çıxır. Amma 2-ci səhifədən sonrakı siyahılarda bəzən həqiqətən də çox maraqlı yerlərlə tanış olma imkanı olur, yaxşı olar ki, təkcə 1 və 2-ci səhifələrlə kifayətlənməyəsiz, sonrakı səhifələrə də bir baş çəkəsiniz. Bundan başqa hər bir məkan və ya turist attraksionu haqqında daha öncədən oranı səyahət etmiş adamların şərhlərini oxuya bilərsiniz. Bu da sizə səyahətinizdə daha çox zaman qazandırar, səyahətinizdən öncə hansısa yerə gedib-getməmə haqqında qərar vermiş olarsınız.

AP COLLEGE ENROLLMENT A USA WA

  • İndi deyə bilərsiniz ki, lap biz bu gəzməli yerlərin siyahısını sayyeah blogdan ya tripadvisordan oxuduq o yerləri necə gedib tapacağıq?! Çox rahat bir üsulu var, turist xəritəsi. Bəs bu turist xəritəsini haradan tapmalı?! Xəritəni əsasən şəhərin əsas dəmir yolu və avtobus vağzallarındakı turizm informasiya mərkəzlərindən əldə edə bilərsiniz, əgər vağzallardan almağı unutmusunuzda bütün şəhərlərdə şəhər mərkəzində də turizm informasiya mərkəzləri olur, mərkəzin işçilərinə yaxınlaşaraq xəritə istəyə və xəritədə əsas yerləri sizin üçün işarələməyini xahiş edə bilərsiz. 90% gəzdiyim şəhərlərdə xəritələr pulsuz olub. Sonuncu dəfə məsələn Brusseldə turizm info mərkəzindən xəritə alarkən 1 avro ödəməli oldum, krısadılar ki, krısa 😀 . Əgər şəhər mərkəzinə gəlib info mərkəzi tapa bilməsəniz, bir çox suvenir mağazalarında da xəritələr olur. Suvenir mağazalarındakı xəritələrin mənfi cəhəti odur ki, ödənişli olur adətən 3-5 avro ətrafında və əsas yerləri heç kim sizə xəritədə işarələmir. Bundan başqa qalacağınız otel və ya hostelin qeydiyyat yerlərindən – resepşnlardan da xəritə istəyə bilərsiniz.
  • Əgər deyirsinizsə ki, ok mən səyahət bloqlarını da oxuyacam, tripadvisora da baxacam amma istəyirəm ki məni bələdçi gəzdirsin özü də pulsuz, bax bu da mümkündür 🙂 Bunun yolu Couchsurfingdən istifadə etməkdir. Couchsurfingin axtarış yerində gedəcəyiniz şəhəri seçib axtarışa verirsiniz, yeni çıxan səhifədə isə filterlərdən “Wants to meet up” seçirsiniz. Bu seçimdə getdiyiniz şəhərdə gələn turistlərlə görüşüb sadəcə söhbət etmək, bir şeylər içmək və ya şəhəri gəzdirmək istəyənlərin siyahısı çıxacaqdır. Sonradan profillərə daxil olaraq, kimin yalnız içmək, kimin sadəcə söhbətləşib dünya görüşünü artırmaq, kimin isə sizə gələn turistlərə bələdçilik etmək istədiyini görə bilərsiniz. Və beləcə seçdiyini “şəhər sakininə” mesaj yazıb ondan sizi şəhərin turistik yerlərini gəzdirməsini xahiş edə bilərsiniz. Əvəzində isə “bələdçinizə” getdiyiniz ölkədən kiçik bir suvenir, xatirə hədiyyəsi apara və ya gəzintidən sonra sərin bir içkiyə qonaq edə bilərsiniz. İnanın ki, Couchsurfing “bələdçiniz” bundan çox məmnun qalacaqdır.
  • Sonuncu bildiyim üsul isə Avropa ölkələrində geniş yayılmış “free walking tours” adlanan turlardır. “Free walking tours” sözünün mənası pulsuz gəzinti turlarıdır. Free walking turları necə baş tutur?! Gün ərzində şəhər mərkəzində öncədən təyin olunmuş zamanda və yerdə bələdçilər və turistlər yığışırlar, sonradan bələdçilər səsgüclədiricilərlə məlumat verə-verə şəhərin turistik yerlərini gəzdirib, turistləri məkanların tarixi və ya hekayələri ilə tanış edirlər. Adının “free walking tours” yəni pulsuz gəzinti turlar olmasının səbəbi odur ki, bu turlara qatılmaq üçün pul ödəmək lazım deyil və ya yumşaq desək məcburi deyil, turlar ianə ilə işləyir. Əgər turun sonunda bələdçinin işi, peşəkarlığı və verdiyi məlumatlar xoşunuza gələrsə bələdçiyə bəxşiş berə vilərsiniz, məsləhətdir ki, məhz bəxşiş verəsiniz də, görəcəksiniz sonra demək olar hamı gücü çatdığı qədər bəxşiş verir. Bu bəxşiş adətən 5-10 avro ətrafında olur. Free walking turları ilə bağlı ən tanınan veb sayt Sandemanın neweuropetours.euveb saytıdır. Buradan getdiyiniz şəhərdə free walking turlarının olub olmamasını yoxlaya bilərsiniz. Əgər yoxdursa ayrıca googleda şəhərin adı və free walking tours yazaraq axtarış edə bilərsiniz. Məsələn Sandeman Brüggedə free walking turları təklif etmədiyinə görə mən də Legends of Brugesin xidmətlərindən istifadə etmişdim

Və son olaraq unutmayın ki, pulsuz pendir heç də hər zaman tələdə olmur, həyatda zövq ala biləcəyimiz pulsuz imkanların sayı həddindən artıq çoxdur.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Babek Musa-Zadeh

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s