Misir bələdçisi

Ayaqlarım torpağına dəyməmiş, tarixinə heyran olduğum yerlər .

Hər vaxtınız xeyirli və maraqlı olsun, Gəzəyənlər. V sinifdə ” История древнего мира” keçəndən , Misir, İtaliya ( qədim Roma) , Yunanıstan tarixlərinin vurğunu oldum . Demirəm dəlicəsinə arzuladım, yox, sadəcə içimdə sakit və qəti bir inam yarandı – mən böyüyəndə bu tarixləri gözümlə görəcəm ))

Gəzəyənlər, sizinlə Misir haqda bölüşmək istiyərdim.

Misir Afrika materikində yerləşir , şimaldan Aralıq , şərqdən Qırmızı dəniz əhatə edir . Bu iki dənizi 1869-cu ildə süni salınmış Süveyş kanalı (Suez Canal ; Суэцкий канал) birləşdirir . Kanal Asiya və Afrika’nın coğrafi sərhədi hesab olunur və hər il Misirin büdcəsinə 4- 5 milyard $ gəlir gətirir .

29136330_1721537897904106_300577397810397184_n

Bir maraqlı faktı da deyim . Juzeppe Verdi “Aida” operasını Misirin hıdivi İsmayıl paşanın istəyiylə Süveyş kanalının və Qahirə Opera teatrının açılışı eşqinə yazmışdı . (Hıdiv – Misirin vise-sultanının titulu deməkdir. 1867-dən 1914-dek Misir Türkiyə’nin himayəsi altında olmuşdu).

Dünyanın 7 möcüzəsindən 2-si bu diyarda yerləşir – Misir piramidaları və İskəndəriyyə Fənəri (Александрийский маяк ;Lighthouse of Alexandria).
İlk dəfə Misirdə 2007 oldum. Sonrakı gedişlərimin səbəbi nə tarixə vurğunluğum, nə Qahirə və Nil çayına bayıldığım olmadı ), Qırmızı dəniz oldu❗️
Qahirə (Cairo ; Каир)- “Şərqin qapıları” , “1000 minarələr” şəhəri adlanılır . Gəzməli , görməli , heyran olmalı yerləri çoxdu . Misirin paytaxtı nə qədər möhtəşəmdirsə, o qədər də çirkli , çooooxxxx çirklidir .Şəhər boyu uzanan süni salınmış su kanalını qahirəlilər zibillə necə doldurmuşdularsa, təmizləmək mümkün olmadığından, kanalı betonla doldurub örtmək qərarına alınmışdı. İnsanları da məndə heç də müsbət fikir yaratmadılar (

İstirahət zonaları tam ferqlidi❗️ Yaşıllıq, gül-çiçəkli , ideal təmizlik , xidmət edən otel personalı – mədəni, gülərüz, temkinli . Yəni hər şey çox səviyyəli ( olduğum otellərə esaslanaraq söyləyirəm) İstirahət etməyi iki tipə bölürəm : passiv – çimərlik +otel istirahəti və aktiv , yəni , rükzaki aldın belinə – ayaqlarına qüvvət, gözünə işıq – gəz və gör. Misir üçün bu iki tipin sintezi əlverişlidi . Mart, aprel, may ayları məsləhətlidir .

Olduğum bölgələr- Таба, Шарм-эль-Шейх, Эль-Гуна , Хургада, Марса-Aлам . Hər birindən çox razı qalmışam . Çimərlik istirahəti üçün hər bölgə uyğundur . Dayvinq və vindsörfinq üçün -1ci Şarm-el-Şeyx ve Mars’a-Alam, 2ci Xurqada məslətlidir. El-Quna sakit istirahət üçün gözəl bir yerdi❗️
Tabaya nəzər salın. Yordaniya, İsrail və Saudi Arabistan’la sərhəddir. “InterContinental Taba Heights Resort” otelinə 18 qünlük tur-paket qötürdük . Tabada , yerli turfirmaların vasitəsile 3 qünlük İsrail’ə , 1 qünlük İordaniyaya ekskursıya aldıq. Avtobusla gecə 22.00 yola çıxdıq , 20 dəqiqəyə İsrail sərhədində olduq . Turist axını çox olduğundan və sərhədçilər canı-dildən yoxlama apardıqları səbəbdən 3 saat vaxt itirdik.
Yordanıyaya gəmiylə 30-35 dəqiqəyə çatdıq , sərhəddə problem olmadı .

29176991_1721537987904097_6275993499259109376_n

Böyük Sfinks – insan sifətli , şir bədənli bu skulptura çox sirlər daşıyır . Piramidalardan qədim sayılır .
Herodot 445 il e. e. Misirdə olmuş və səyahəti haqda tarix yazmışdır. Sfinksdən bir kəlmə belə söyləməmişdir . Səhra qumu Sfinksi dərin basdırdığı səbəbden , Herodotla görüş baş tutmamışdı )))

LuksorKarnak məbədlərini 3 km uzunluğu olan sfinkslər xiyabanı birləşdirirdi . İndiyədək bu xiyabanın qazıntıları davam edir . Fotoda – Luksor məbədinin birinci giriş qapıları və svinkslər xiyabanının bir parçası .

29133540_1721538121237417_719351114490707968_n

Xatşepsut məbədi . Xatşepsut qadın-firon olub, 1489-1968 il b.e.e hökümranlıq edib. Misirin tikinti inkişafında və iqdisadiyyatının yüksəlməsində böyük iz qoyub .

Fotodakı məbədi firon öz sağlığında özü üçün 9 il müddətində tikdirib. Bizim zamana yalnız məbədin fundamenti toxunulmaz qalıb . Gördüyünüz möhtəşəm tikinti təzə yaradılmışdır .
Xatşepsut sifətli qranit sfinks və Xatşepsutun mumiyası Qahirə muzeyində saxlanılır.
P.S.Misir tarixində 4 qadın-firon olub: Tetişeri , Axxo-tep ll, Yaxmos-Nefertari və Xatşepsut.

29178557_1721538631237366_8261500233876242432_n

Qədim və tükürpədici tarixi olan bu diyari gəlib görməyə dəyər ❗️

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Sevinch Huseynqizi

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s