Nağıllar aləmi – Hallstatt

Hədəfimiz Avstriyanın Salzkammerqut adlı dağlıq bölgəsindəki, Hallştat (!) gölünün sahilində yerləşən eyniadlı qəsəbə idi (kənd deməyə adamın dili dönmür).Amma mən getdiyimiz marşrutu sizlərlə bölüşmək istəyirəm. Biz yola Praqadan çıxdıq və üz tutduq, praktiki olaraq Avstriya ilə sərhəddə yerləşən Ceşski Krumlyova. Yola hardasa 2,5 saat yaxın vaxt sərf etdik. Mənim kimi qotik memarlıq abidələrini sevirsinizsə, mütləq görmənizi tövsiyyə edərdim. Sizə kiçik ipucları verim:

44769758_1691019491025689_4403624337886674944_o

– Ordakı 1200-cü illərə aid qala qəsrə, 250 krona bilet alıb, zirvəsindən bütün şəhərin panoramasını seyr edə bilərsiniz. Kiçik olmasına baxmayaraq çox gözəl şəhərdir.
– Restoran olaraq Eggenbergi məsləhət görürəm. Yeməkləri dadlı, porsiyalar böyük. Həmin restoranın özünün pivovarnisı var və ordakı pivə, Çexiyada dadına baxdığım ən dadlısı idi. Qiymətlər Avropa standartlarına görə çox uyğundur.
– Şəhərdə gecələmək üçün hər cibə uyğun otel və hostellər var.
– Biz yol üstü Xlll əsrə aid Qluboka qəsr qalasınada baş çəkdik.Orada giriş 260 kron idi. Düzü çox bəyənmədim, ümumiyyətlə muzey və s. içərisini gəzməyi sevmirəm,daha çox binaların xarici arxitektur görünüşündən zövq alıram.

44833073_1691019507692354_6005265471320883200_o

Krumlyovda gecələyib, səhəri Hallştata yola çıxdıq. 3 saata yaxın müddət yola sərf etdik. Gördüyümüz mənzərə möhtəşəm idi!

Alp dağlarının əhatəsində, büllur kimi suyu olan gölün sahilində kiçicik bir kənd xəyal edin. Gölün suyu göz yaşı kimi dumdurudur. Burdakı evlər sanki qaranquş yuvaları kimi qayalara pərcimlənib. Təbiətlə evlərin arxitekturası o qədər mükəmməl vəhdət təşkil edir ki, heyran olmamaq mümkün deyil. Özünü nağıllar aləmində hiss edirsən.

44959251_1691019831025655_5234202632758755328_o

Qiymətlərə gəlincə hər şey bahadır, bütün Avstriyada olduğu kimi. Məsələn funikulyorla dağın zirvəsinə qalxmaq adam başına 30 evro idi.Ordan duz mədənlərinə şaxtayla enmək olurmuş. Amma biz ora getmədik, o cür gözəlliyi qoyub, qaranlıq soyuq şaxtaya enmək cəzbedici gəlmədi. Bəlkə bir dəfə də yay fəslində gəlmək qismət olursa, o zaman düşünərəm. Ora ayırdığımız pulu, Avstriyaya gəlib şnisel yemədən qayıdasan fikriylə, restoranda xərclədik. 

Emalatxana dükanlar var hardanki 5-20 evro arası kiçik, şirin suvenirlər ala bilərsiniz. Bir sözlə qrupdakı hər kəsə,bir gün oranı gedib görmək diləyirəm.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Mila Garayeva

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s