Şəhər bələdçisi – Budapest

Budapeştə getməzdən əvvəl bura haqqında kiminlə danışsam daima mənfi rəylər eşidirdim. Bu səbəbdən gözləntimi aşağı səviyyədə tutub buraya 2 gün ayıracağımı planlamağıma baxmayaraq şəhərə gəldikən sonra bütün eşitdiklərimin mənasız olduğunu görüb burada 5 gün qalaraq digər ölkələrə səyahətə davam etdim. Təbii ki, şəhərdə qarşılaşdığım bir çox mənfi hallar olmasına baxmayaraq Budapeşt gələcəkdə bir daha səfər edəcəyim şəhərlər arasında qalmaqda davam edir.

İlk dəfə gedəcəklər üçün şəhərdə qarşılaşacağınız mənfi və müsbət hallar haqqında yazmaq istərdim. Budapeştə gəlmək üçün Romadan çox ucuz qiymətə wizzair bileti tapıb gecə saatlarında aeroportda düşdüm. Burada gecə saatlarında ictimai nəqliyyatın olmaması, həmçinin aeroportdan birbaşa şəhərə metro xəttinin olmaması qarşılaşdığım ilk mənfi hal oldu. (editor: Budapestdə Aeroportdan şəhər mərkəzinə 24 saatlıq avtobus var 100 E 3avro) Məcbur qalıb 12 avro ödəyib aeroportdan otelə shuttle busla getdim. (Dostum gündüz saatlarında gələndə aeroportdan 200E nömrəli avtobusla metro xəttinə, oradan isə metro ilə otelə gəlib cəmi 350+350 forint, yəni təxminən 2 avro ödəmişdi, taksilər isə şəhər mərkəzinə təxminən 20-25 avroya aparırlar.)

budapest3

Budapeştdə qaldığım otel Danibius Hotel Hungaria City Center oteli idi. Keleti qatar stansiyasının tam qarşısında yerləşən bu otel Avropa səyahətim dövründə super surətli wifi, geniş otaq, gülərüz və daim yardım göstərən otel əməkdaşları, yeməklər və ən əsası sərfəli qiyməti ilə ən məmnun qaldığım otel oldu. Gedəcəklər üçün məsləhət görürəm. Budapeşt nəqliyyat xaricində mənə görə Avropanın ən ucuz ölkələrindən biridir. Burada muzeylərə qalalara giriş üçün az miqdarda xərciniz çıxacaqdır. “Budapeşt kart” almağı heç məsləhət görmürəm. 1 günlük kart 22 avro, 2 günlük kart 33 avro, 3 günlük kartın qitməti isə 43 avrodur. Metroda tək gedişin 1 avro olduğunu nəzərə alıb gündə maksimum 4 dəfə metro istifadə etsəniz 5 günə 20 avro xərciniz çıxar ki, Budapeşt karta bu qədər yüklü məbləğdə pul ödəməyin heç bir mənası yoxdur. Ondansa Budapeşt City Tour (hop on hop off) kartlarını daha sərfəli qiymətə alıb üstü açıq avtobuslarla 6 line üzrə istədiyiniz qədər şəhəri gəzə, axşam saatlarında isə mini kruizlər vasitəsilə Dunay turu edib həmçinin avtobuslarda və gəmidə sizə veriləcək qulaqcıqlar vasitəsilə rus, türk, inqilis və başqa bir çox dildə bütün tarixi və gəzməli yerlər haqqında məlumat ala bilərsiniz. Hop on/off kartlarının qiyməti 48 saatlıq 24 avro, 72 saatlıq isə 28 avrodur. (http://www.citytour.hu/en)

budapest2

Budapeştdə yeməklər digər Avropa ölkələrinə nisbətdə xeyli ucuzdur. Dadlı yeməkləri, super şou proqramları, bahalı olmayan qiyməti ilə Sir Lancelot restoranını tövsiyyə edirəm. Budapeşt gecə həyatına gəldikdə isə burada köhnə tipli binalarda yaradılmış ruin bar və klublar xüsusi yer tutur. Havalar qaraldıqdan sonra əsasən köhnə yəhudi məhəlləsində yerləşən klublar qapılarını dünyaya açırlar. Instant, Doboz, Grandio, Szimpla Kert,Corvinteto əla əyləncə məkanlarıdır. İçki qiymətləri baha deyil, tək giriş mümkündür. Bundan başqa 50 avrosuna heyfi gəlməyən həftədə bir dəfə Szechenyi Termal Hamamında keçirilən sPArty əyləncəsinə qoşula bilər. Youtubda videolarına baxın, kifayət qədər əyləncəli partylər olur. Budapeştdə mütləq gəzib görməyi məsləhət gördüyüm yerlər:Gellert təpəsi, Buda qalası, Szechenyi Termal Hamamı, St. Stephen’s Basilica, Parlament binası, Qəhrəmanlar meydanı, Váci Utca küçəsi, Central Market Hall, Dunay turu, Fisherman’s Bastion + vaxtınız varsa Budapeşt tarix muzeyi, Hospital in the Rock muzeyi, Vajdahunyad Şatosu, Margaret Adası, New York kafesi və başqaları.

budapest5

Onu da deyim ki, Budapşetdə qarşılaşdığım insanlardan bir çoxu uzun müddət şəhərdə yaşayanlar üçün oranın maraqsız olduğunu, qısa müddət üçün gələnlərin isə şəhərdə məmnun getdiklərini deyirlər. Budapeştin termal sularının həzzini çıxarmaq, gəzərkən istid olmaması üçün sentyabr ayından sonra oraya getməyinizi məsləhət görərdim. Budapeşt səyahətinin sonunda mütləq oraya yaxınlıqda yerləşən Vyana, xüsusilə isə Praqaya səyahət etməyinizi məsləhət görərdim. Praqaya gedirəm, yolda Bratislavada düşüm oranı da görüm fikirləşənlər üçün deyim ki, Bratislava çox sıxıcı şəhərdir. Xoş səyahətlər.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Gəzgin Həyat

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s