Plansız Türkiyə səfəri

Gəzəyənlər, tələbə dostumla birgə Türk cəmiyyətini yaxından tanımaq üçün 10 günlük motosikla səfərə çıxdıq. Bir şərtlə yola çıxmışdıq ,nə pansiyon,nə hostel, nədə ki oteldə qalacık, restoranlarda yemək yemiyəcəkdik nə tapqıdsa onunla kifayətlənəcik, harda yer tapdıq orda qalacaqdıq, dağ, dərə, daş, kəsə, təpə, təhlükəli zənn etdiyimiz hər yer.

Plansız çıxmışdıq, yolumuzun üstündə maraqlı bir kənd, yada ki qəsəbə görsək yolumuzu o tərəfə çevirirdik, yaxşıki də yolumuz uzadırdıq, çünki ən maraqlı hekayələr və hadisələr məhz siz planlamadığınız zamanda, ən gözəl hekayələr isə sizin itmə riskini gözə adlğınız yerlərdə yazılır. Sahili gözünüzdən itirməyə cəsarət etmədiyiniz müddətcə, yeni okeanlar kəşf edə bilməzsiniz. Fərqlidir gəzəyən olmaq, xarakterinə, arzularına və həyat tərzinə görə fərqlənir. Sanki yeni dil danışmaq yeni bir dünya mədəniyyətin qəlbini açmaq kimi bir şeydir. Əgər öyrənmək istəyirsinizsə gəzəyən olmaq şərtdir.

IMG_E1518

Qadağa olduğu halda bir parka girib çadırımızı qurmağa hazırlaşırdıq ki birdən güvənlik bizi oğru zənn edib, havaya atəş açdı, daha sonra otağına çağırdı, gözəl söhbətdən sonra bizə “burda uyumak yasak amma gezginlere yasak değil” deyərək bizə otağını verdi . Səhər yeməyinə isə evinə apardı. Təsadüfən bir toya rast gəldik özümüzü bəy tərəfdən təqdim etdik. Türkiyədəki kənd toyları sadədir, hamı bir qabdan yeyərək, paylaşma mədəniyyətinə üstünlük verirlər. Bizi motosikla görənlər gah çaya dəvət edirdi, gah yeməyə, soyuqda üşüməyək deyə məsciddə qalmaya dəvət edən imamdan, təndirdə isti çörək pişirən nənəyə kimi.

IMG_E1520

Yüzlərcə insan tanıdıq ,onlarla insan evlərini süfrələrini açdı, çoxlu hekayələr dinlədik, gəzəyən olmaq istəyən çox idi, ancaq o gədər bəhanələri varıydı ki onları unudub yola çıxmaya cəsarət edən az idi. Kiminin vaxtı, kiminin işini, kiminin ailəsi bəhanə idi. Harda qalmadıq ki, mecid, park, dağın təpəsi, meşə, benzin stansiyasi, plyaj.Polis və jandarma tərəfindən dəfələrlə qovalandıq . Təhlükəli deyilmi deyəcəksiniz bu növ səyahətlər? Təhlükəlidir, amma inanın evdə oturub heçnə etməmək, düşüncələrinizi dəyişməmək, risk almamaq, səyahətə maddiyat dincəlmək, fəlsəfəsi ilə baxıb ” imkanım yaxşı olsun səyahətə çıxacam” düşüncəsi ilə yaşamaq və heçnə etməmək Pablo Nerudanın dediyi kimi ” yavaş-yavaş ölmək” daha da təhlükəlidir. 10 gündə 5 şəhərini 22 kənd 5 qədim kəndini 6 milli muzeyini ziyarət etdik. İki elmi kənd olan Riyaziyat və Fəlsəfə kəndlərinə getdik. Bütün bunlara isə bir gün bahalı restorana gedib ödədyiniz xərcdən daha az xərclə edə bildik.

IMG_E1516

Hər ölkə, hər mədəniyyət özü ilə fərqli şeylər öyrədir insana. fransızlardan, romantikanı və sevməni öyrənirsən, italyanlardan rahat geyimi, İspanyalılardan əyləncəni,
ərəblərdən istiqanlılığı, almanlardan distiplinanı, koreyalılardan duygusallığı,yaponlardan möcüzələr etməyi, yahudilərdən icmalaşmanı, amerikalıdan özünün rahat hiss etməni, türklərdən isə qonaqpərvərliyi və şəfqatli olmağı öyrənirsən. Dünya və dünyanımızı gözəl bir yerə çevirmək və qəlbinizi hamı üçün, hər cür fərqliliklərə açmaq və o fərqliliqləri qəlbinizin içinə almaq üçün, yoldan, sevgidən, sülhdən uzaqlaşmayın.

Gəzməklə qalın.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Emin Yadigarov

One thought on “Plansız Türkiyə səfəri

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s