17 günlük 9 ölkə, 12 şəhər gəzintisi

9 ölkə 12 şəhər 17 gün

Bakı Tiblisi Kutaisi Wroclaw Berlin Postdam Amsterdam Brüssel Luxemburg Zurich Milan Bologna Praqa Wroclaw Kutaisi Tbilisi Bakı

Hardan başlasam yazmağa bilmirəm, “low cost” ilə səyahət həqiqətən mümkündü özdə nə istədim etdim. Öz axmaqlığım ucbatından taxiyə xərclədiyim pullar daxil: 10:30 da yuxudan durub 11:00 uçuşuna çatmaq kimi (reysə çatdığım anda sanki dünya kubokunu əldə etmişəm kimi sevinirdim Gürcüstandan heçnə yazmıram hamı orda olub

İlk dəfə Polşada olmaq o qədər də maraqsız deyilki taa ki Wroclaw-u kəşf edib bitirənə qədər. Wroclow

 Berlin və Potsdam nə qədər yazsam az olar, bilmirəm niyəsə o şəhəri çox sevdim, insanları çox ürəyiaçıqdı, günlük metro biletini və səhər yeməyini pulsuz verdilər, post terminalları işləmədiyinə görə (günün sonunda cash olaraq restorana pulun ödədim), dürüst olduğuma görə Kurasan da hədiyyə verdilər))) Postdama mütləq gedin krallığın yaşadığı sarayları görmək lazımdı

postdam

 Mütləq ki, gedilməsi lazım olan ölkələrdən biri də Amsterdamdi, Edwin Van Der Sari görmək mümkündü ki, otağında otursa əgər ama mən də görə bilmədim. Növbəti günə konfrans təşkil edəcəklərini və görüşə biləcəyimi dedilər ama bilet aldığım üçün əvvəlcədən imtina etdim Ajax-dan 29 euro tur götürə bilərsiz kanal turu daxil Getməyə Görməyə deyer Hətta Amsterdamda da 1 bakal Pivə hədiyyə etdi restoran. Fries with joppisouse and honeywaffle dadına mütləqqq baxın)

 Məncə Brüsseldən danışmağıma ehtiyac yoxdu Şokolad və Pivənin vətənidir. Xüsusilə “Şokoladlı pivə” içməmisinizsə çox möhtəşəm bir daddan məhrum olmusuz deyə bilərəm. Brüsseldə özünüzü Parisdəki kimi hiss edə bilərsiz, əksəriyyət fransızca danisir

 Luxemburg ən çox sevdiyim birce polisləri oldu, nəqliyyat kartı almağıma imkan vermədilər (gözəl xanımlara cərimə yazmırlarmiş) kartsız full istifadə elədim ictimai nəqliyyatdan. Ölkəyə gəlincə gözəl balaca şirin bir şəhərdi, ucuz deyil ama.

 Zuriche gedib FİFA futbol muzeyinə getməmək olmaz təbii ki, giriş bileti elə 25 eur nəsə almaq istəsəz 100 eur yaxın xərciniz çıxacaq (əliniz cibinizdə olsun), şəhərin özünə gəlincə gedilməli yerlər çoxdu, sakitliyi və gözəl təbiəti ilə seçilir, bəzən qaydalari pozdum bilmədən ama məndən üzr istədilər Bahalığına gəlincə çox bahadı desəm az olar(( ama dəyər gedib görməyə.

43192733_2140865472867660_8822020983859707904_o

 İtalya Milan getməyimə peşiman olduğum və birdaha heçvaxt getməyəcəyim şəhərdi. Bologno Milandan daha maraqlı balaca bir şəhərdi, peşiman deyiləm orda keçirdiyim 2 günə  Çox hündür bir qalasından bütün şəhəri izləyə bilərsiz, 5 eur giriş biletidi. Pasta pizza və dondurma mütleqki dadına baxmalısız.

 Pragaya gəlincə içkilərinə söz ola bilməz. Yerli içkilərdən isti çaxır və pivənin dadına mütləq baxın. Görməli yerləri az deyil ama vauu deyəcəyim şəhər də deyil. HEÇVAXT küçədə kiçik yerlərdə pul dəyişməyin. 28 faiz komissiya tuturlar sənədə imza atandan sonra heçnə dəyişə bilməzsiz (( 0% komissiya və dəqiq əlavə şərtləri olmayan yerlərdə pul dəyişin.

praga

 Və yenidən Polşadayam edə biləcəyim heçnə qalmayıb deyə istirahət edirem həftə sonu qayıdıram(((

Xərclərə gəlincə 1120 eur bütün biletlər hostel yemək daxil. Təxminən 300 eur planladigim kimi hədiyyə və plandan kənar xərclərə getdi.
175 eur uçuş bileti Kutaisi-Wroclaw-Kutaisi
36 eur baqaj
174. 61 eur ölkələr arası biletlər şengen zonada
8 lari Tbilisi Kutaisi Tbilisi qatarı
54 azn Bakı Tbilisi Bakı qatarı və avtobus xərci. Cəmi 3 dəfə Mc Donalds, Burger King, Subway də yemək yemişəm o da ürəyim dəhşət çox istəmişdi. Qalan yeməklər isə restoranlarda oldu. Mərkəz küçədə restoranlar chox baha olduğunu üçün 10deq aralıqda piyada gedilə biləcək olan restoranlar normal qiymətə yemək təklif edirlər. Milli yeməklərin dadına 1 dəfə baxın azından. Məncə yetərlidir 

 

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Айнур Гасымова

One thought on “17 günlük 9 ölkə, 12 şəhər gəzintisi

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s