Little little, into the middle şəhər – Belqrad

Belqraddakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Aprel ayının 14-ü və 17-si xristianların pasxa bayramı idi. Mən də dedim bu bayram günlərindən istifadə edib bir səyahət edim, yeni bir ölkəyə, şəhərə gedim. Keçən ilin iyun ayında sevimli Brüggemi səyahət etmişdim. Ondan sonra 2 dəfə Praqa, Vyana, Ankara, 1 dəfə isə Moskvaya getməyimə baxmayaraq, yeni ölkə tilsimimi qıra bilmirdim ki, bilmirdim. Nəhayət az qala 1 ildən sonra bu tilsimi sındırmağın zamanı çatmışdı.

Belgrada necə gedib çıxdım?! İlk öncə BlaBlaCarla getməyi yoxladım. Bir sürücü tapdım sorğu göndərdim, sonradan sürücü dedi ki, ancaq Novi Sada qədər gedirəm, oradan Belgrada gərək başqa nəqliyyatla gedəsən. Beləcə BlaBlacar sevdam baş tutmadı. Avtobuslar isə, gündə cəmi 2 dəfə gedir deyə, vaxtları mənə uyğun olmadı. Belə də, son alternativ olaraq qatarla getməyi qərara aldım. Macarıstan dəmir yollarının saytı olan www.mavcsoport.hu -dan 9920 macar forintinə (təxminən 32 avro) biletimi 1 gün öncədən alıb, Keleti dəmiryolu vağzalına yola düşdüm. (Bir şeyi deyim ki, macar dəmir yollarının saytından bilet alırsınızsa, həm gediş, həm də qayıdış biletini dəmir yolu vağzalındakı makinalarda çap etməlisiz). Normalda qatar 22:25-də Keletidən yola düşür və 06:13-də Belgradın mərkəzi stansiyasında çatır. Amma mən getdiyim gün tam da pasxa ərəfəsi idi deyə, qatarda boş yer yox idi, hətta ilk 2-3 dayanacağa qədər ayaqüstə də bir neçə nəfər getdi. Həm Macarıstanı tərk edərkən, həm də Serbiyaya daxil olarkən gömrük yoxlamasından keçdiyimizdən, bir az yubanmalı olduq.

belgrado-uai-1761x1174
Belgrad gecələri

Belgrada çatana qədər hələ 2 dəfə gömrük yoxlamasından keçmək lazım idi. Macarıstan sərhəddini problemsiz keçdik, gəldilər passportlarımızı yoxladılar, möhürünü vurdular keçdik Serbiya tərəfə. Əsl kino burda başladı. Qatarın ən başında olduğum üçün passportu yoxlananlardan ilk mən oldum və gömrük işçisi passportumu alıb serbcə dedi ki, düş aşağıda gözlə. Əvvəl elə bildim deyir, düş aşağı xidmət elə, sonra gördüm yox, deyir düş aşağı gözlə 😃. Qatar dolu olduğundan sərhədçilərin sərnişinləri yoxlayıb, geri gəlməsi hardasa yarım saata yaxın çəkdi. Bu arada da həm içimi bir qorxu alıb ki, görəsən nolub, Serbiyaya buraxmayacaqlarmı məni?! Rüşvətmi istəyəcəklər və s.?! Digər tərəfdən də özümə təskinlik verirəm ki, buraxmırlar, buraxmasınlar da, Serbiyadır görməsəm də olar və bütün qatardakıların baxışları altında çantamdan sendviçlərimi çıxarıb cool-cool yeməyə başlayıram. Nəysə sərhədçilər gəldilər, qatardan daha 3 nəfəri də düşürtdülər. Getdik otağa, heş zad. Sadəcə passportumuzu alıb scan etdilər və dedilər yaxşı yol! Beləcə səhər 7-ə qalmış gəlib çatdım Belqradın mərkəzi dəmir yolu stansiyasına. Qatardan düşən kimi, Belgrad yaz günəşi, ilıq nəfəsi ilə bir xoşgəldin dedi. Stansiyada 6-7 avro dəyərində macar pulu xırdalardım ki, avtobusa verməyə pulum olsun (ilk dəfə hansısa bir Avropa şəhərində belə insaflı exchange görürüdüm). Serblərin pullarının maraqlı adı var – dinar, özüvü lap ərəb nağıllarında kimi hiss edirsən, elə bilirsən, elə bu dəqiqə hardansa Əlibaba və 40 quldur çıxacaq. Beləcə avtobus dayanacağında Novi Belgrad, yəni Yeni Belgrada gedən avtobusu gözləməyə başladım. Çünki məni Couchsurfingdə qonaq edəcək Emiliyanın evi orada yerləşirdi.

3
Kalemegdan

Artıq anladınız ki, Belgradda hostel/hostel xidmətlərin istifadə etməmişəm, amma hostellər çox ucuzdur. 4-6 nəfərlik otaqlarda bir adamın qiyməti 5-6 avrodan başlayırdı. Xərclərini lap minimuma endirmək istəyənlər və ya yerli əhali ilə tanış olub, qaynaşmaq istəyənlər, mənim kimi Couchsurfingdən istifadə edə bilərlər. Belgradda olduğum müddətdə Emiliya adlı bir şən, mehriban, çoxdanışan və yardımsevər bir serb məni qonaq elədi. İşlədiyinə görə çox boş vaxtı olmasa da, məni şəhərlə tanış etdi, şənbə günü maşınla adaya aparıb orani gəzdirdi. Bir sözlə yerli birinin evində qalmaqdan aldığım zövqü yenə də daddım.

Qida məsələsinə gələndə, Balkanların mətbəxi bizim mətbəxə çox oxşayır, yemək bişirmə üsulları, yeməklərin dadları və s. xüsusilə də mənim kimi vətəndən uzaq düşmüsünüzsə və Macarıstan kimi, mətbəxi bizim mətbəxin 180 dərəcə əksi olan yerdə yaşayırsınızsa, Serbiya sizə cənnət kimi görsənəcək. Serb burgeri, boşnak yeməyi olsa da az qala serblərin özəlləşdirdiyi çevapi (çevap çiçi), bir neçə növ ətin qarışımından hazırlanan möhtəşəm pljeskavice burgeri və s. Mən ilk gün Gavrila Principa 77 ünvanındakı Zavicaj restoranında qaymaq üstü serb burger yedim. Çox dadlı amma eyni zamanda da ağır yemək idi, məncə qaymaqsız daha dadlı və rahat olar. Serb burgeri ənənəvi burgerlərdən bir balaca fərqlənir, çünki onu çörəyin içərisində gətirmirlər, istəsəniz özünüz əlavə çörək sifariş edə bilirsiniz. Restoran kifayət qədər mərkəzi yerdə yerləşir, dadlı yeməkləri var. Serbiya ucuz ölkə olduğundan qiymətlər də çox münasibdir və tripadisordan Certificate of Excellence alıb. İçərisi də qədim slavyan stilində bəzədilib, xoş abu-havası var. Siqaret çəkənlər və çəkməyənlər üçün 2 otaq ayrılıb. Qısacası burda nahar və ya şam yeməyi yeməyə dəyər. Bundan başqa axşam Emiliya ilə Novi Belgraddakı street food cənnətinə getdik və orada hardasa 1 avroya çörəyin arasında çevapi aldıq. Sadəcə mükəmməl 😊. Yeməkdən bir az daha çox danışmaq istərdim amma məncə bu qədər yetər. Gedib özünü yerində görün, dadın.

17916958_10212592855279294_2057381516_o
Qaymaq üstü serb burgeri

Şəhərdaxili nəqliyyatda, kart və ya bir dəfəlik biletlər istifadə edə bilərsiniz. 1 dəfəlik biletlər 150 dinardır, təxminən 1,2 avro. 72 saat limitsiz kartın qiyməti 700 serb dinarıdır, bu da təxminən 5,7 avro eliyir. Mən ilk dəfə 1 dəfəlik bilet aldım, sonradan isə 72 saatlıq. Bir də kart sistemi var ki, 89 dinar (0,7 euro) verərək kart alırsınız, sonra isə o karta gediş haqqı yükləyirsiniz və 1 dəfə işlətdikdə, 90 dəqiqə Belgraddakı nəqliyyat vasitələrindən istifadə edə bilirsiniz.

 

This slideshow requires JavaScript.

Belgradın özünə gəldikdə, şəhər sanki müxtəlif ölkələrin qarışımıdır. Bir az köhnə, bir az yeni Bakını, bir az Parisi, bir az İtaliyanın ensiz küçələrini xatırladır adama, bəzi yerlərdən isə komunizmin, Osmanlı işğalının izləri özünü açıq-aydın göstərir. Cem Yılmaz demiş Belgrad “Little little, into the middle” şəhərdir, hərəsindən bir az. İndi isə başlayaq adbaad Belgradın gəzməli-görməli yerlərinə:

  • Nikola Tesla muzeyi – Tesla adını eşitsəm də haqqında bir şey bilmirdim amma bu muzey mənə Teslanı sevdirdi və oradan qayıdandan sonra bir neçə gün Tesla haqqında araşdırma etdim, kəşfləri ilə tanış oldum. Muzeyə giriş 500 serb dinarıdır, təxminən 4 avro amma verdiyiniz pulun 5 qatını alırsız muzeydən. Xüsusilə də Teslanın kəşfi olan naqilsiz elektriki test edərkən.
  • Kalemegdan – Dunay və Sava çaylarının birləşdiyi yerdə, təpədə qurulmuş qala meydanı, xüsusilə gün batımında möhtəşəm görsənir. 200 likelıq selfielər çəkdirə bilərsiniz. Kalemegdanın içərisində, 2 dənə də muzey mövcuddur: hərb muzeyi və işgəncə muzeyi. Hər ikisi məsləhətdir. Muzeylərə giriş 1-2 avro ətrafındadır.
  • Knez Mihailova küçəsi – Bütün şəhərlərdə olduğu kimi, ən məşhur küçə, Bakının Torqovaya küçəsi.
  • Müqəddəs Sava məbədi – Aya Sofyanın “xristian” varyantı. İçəridə bir neçə ildir restavrasiya işləri getdiyindən, içi bir az boş görsənir.
  • Skadarlija küçəsi – dünyanın gəlmiş-keçmiş ən şirin küçələrindən biridir. Sağda-solda kiçik, şirin, italyan stilində kafelər, publar var.
  • Köhnə Müdafiə Nazirliyinin binası – Serbiyaya Nato hücumunda dağıdılan və sonradan restavrasiya edilməyən nazirlik binası. 

    This slideshow requires JavaScript.

  • Ada Ciganlija – Qaraçı adası. Sava çayının ortasında yerləşən kiçik yaşıl bir ada. Gəzənlər, qaçanlar üçün ayrı, velosiped sürənlər üçün ayrıca bir zolağı var. Çox münasib qiymətə kafelər yemək yemək, 1 fincan qəhvə içmək olar. Sunset kafesinda Emiliyaya nahar yeməyi borcumu ödəmək üçün yemək yedik. Açıq havada, günəşli gündə çevapiləri yeyib, Dunayın mənzərəsindən zövq aldıq. Adan;n əks tərəfindəki sahilində isə Belgradın nudist, bizim dildə çılpaqlar çimərliyi yerləşir. Havalar hələ tam isinmədiyindən nudistləri görmədik amma Emiliyanın dediyinə görə, nudist çimərliyində sadəcə yaşlılar olur, həvəslənib getməyin 😀
  • Və sona saxladığım Zemun qəsəbəsi. Dunay çayının sahilində olan kiçik, şirin bir məkan. Bir vaxtlar Avstriya-Macarıstan imperiyasının sərhədləri buralardan keçirmiş, ona görə də burada, imperiyanın nəfəsini hiss etmək olur. Qəsəbə 18-ci ərdən qorunub saxalanılıb. Sahildə xeyli iri-xırdalı gözoxşayan restoranlar, kafelər var. İlin isti aylarında Zemunu gəzib, kafelərin çöldəki masalarında oturub, bir Jelen pivəsi içə bilərsiniz. Bundan başqa, sahildə qu quşlarını yemləməyin də ayrı bir ləzzəti var. Zemundakı Janos Hunyadi qəsrinə çıxaraq, bütün Belgradı əlinizin içindəki kimi görə bilərsiniz. 

    This slideshow requires JavaScript.

    Belqrad haqqında bu qədər.

    Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

    Paylaşdı: Babek Musa-Zadeh

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s