Səyahətin kabusu – itmiş baqaj

Əziz səyyahlar. Səyahət sezonunun başlanması ilə əlaqədar olaraq belə bir yazının çoxlarına faydalı olacağını sanıram. Hər kəs səyahətini planlaşdırarkən onun ideal keçməsini və səyahətin ancaq pozitiv tərəflərini düşünür. Aylar öncədən planlaşdırdığımız səyahətin ən gözəl xatirlərlə yadda qalması hər kəsin arzusudur. Bütün səyahəti ən gözəl şəkildə yaşayırsan və sonda içərisi yaxınlarına aldığın hədiyyələrlə və xoş xatirələrinlə dolu baqajın itir! Bax bu zaman əsl kabus başlanır və…

Bütün bunların yaşanmaması və qabaqlayıcı tədbirlərlə zərəri minimuma endirmək öz əlimizdədir. Çalışmışam ki, bildiyim bütün təcrübəmi ətraflı şəkildə izah edim ki, xatirələrimiz ziyan olmasın. Göstərilən problemlər, bir çox sərnişinlər tərəfindən vaxtaşırı rastlanan problemlərdir və tez-tez təcrübədə yaşandığı üçün tədbirli olmaqda fayda var. Hər kəsə öncədən bol-bol səyahətlər arzulayıram. Gənclərimizin daha çox yerlər gəzərək, gördükləri müsbət təcrübələri ölkəmizdə tətbiq etmələrini ümid edərək əsas məsələyə qayıdaq.

1) Səyahətə başlamamışdan öncə ilk iş uçuş marşrutunu planlaşdırarkən, əgər bir və yaxud bir neçə transfer məntəqədən istifadə edəcəksinizsə əsas diqqət etməli məqamlardan biri “Connection time” yəni, transfer məntəqəyə enmə vaxtı ilə qalxma vaxtının 2 saatdan çox olmasına diqqət etmək lazımdır. Təcrübə göstərir ki, böyük aeroportlarda 2saatdan az vaxtda baqajların bir təyyarədən boşaldılması və bir sıra işləmdən keçərək digər borta yüklənməsi qeyri-mümkün ola bilər. Bu hadisə ən çox fərqli terminallardan uçuş yerinə yetirilən zaman daha da çox rastlana bilər. Məhz bu səbəbdən də bilet alarkən baqajınızın sizinlə birgə təyinat məntəqəsinə çatmasını istəyirsinizsə, bu hallara diqqət etmək lazımdır. Əgər uçduğunuz aviaşirkət o istiqamətdə hərgün uçuş yerinə yetirmirsə bu halı xüsusilə diqqətdə saxlamaq lazımdır, çünki baqajınız gəlməzsə onu həmin aviakompaniyanın növbəti uçuşu ilə göndərəcəklərini bilməlisiniz. Adətən aviakompaniyalar riski minimuma endirmək üçün öz baqajlarını başqa kompaniyalarla deyil öz reysləri ilə göndərməkdə maraqlı olurlar. Bileti alarkən uçduğunuz şirkətin növbəti reysinin nəvaxt olacağını dəqiqləşdirməkdə fayda var. Məsələn, Wizzair aviakompaniyasıyla London-Budapest-Bakı istiqamətində uçuş yerinə yetirisinizsə baqajınızın gəlməməsi halında nəzərə almaq lazımdır ki, sizin baqajınız əksər hallarda bu kompaniyanın 3gün sonrakı növbəti reysilə göndərilə bilər.

69213

2) Baqajınızın təyinat məntəqəsinə sizinlə birgə çatmaması (itmə) hallarında, gəliş zalını tərk etmədən Lost&Found ofisinə gedərək bildirməlisiniz. Zalı tərk etdikdən sonra olunan müraciətlər aviakompaniyalar tərəfindən qəbul edilməyə bilər. Bütün iddialar zalı tərk etmədən bildirilməli və sənədləşdirilməlidir. Sizə PİR adlanan sənəd tərtib olunacaq, çalışın baqajınızın xarici görünüşü (brendi, rəngi, üzərindəki nişanələri) və içərisindəki əşyalarınız haqqında ətraflı (brendi,rəngi, əlamətləri) məlumat verəsiniz. Yaxşı olar ki, səyahətdən öncə baqajınızı yığarkən belə detallara fikir verəsiniz və ehtiyyat üçün şəklini çəkəsiniz. Bu sizə uçuş sonrası yorğunluq və stres halında yaddan çıxan detalları xatırlamağa köməklik edəcəkdir. Baqajın xarici görüntüsünün şəklini çəkmək də sizin sənədinizi rəsmiləşdirən şəxsə yardımçı olacaqdır.

3) Qeydiyyata verdiyiniz baqajın üzərinə vurulan birkanın bir sıra səbəblərdən (qulpun qopması, birkanın düzgün vurulmaması) düşməsi və baqajınızın tanınmaması hallarının qarşısını öncədən gördüyünüz tədbirlərlə alarsanız, baqajın itmə şansını minimuma endirmiş olarsınız ki, bunun da bir sıra effektiv yolları vardır. Baqaj aldıqda üzərində, (adətən arxa hissəsində) kontakt yazılan yarlık olan baqajlara üstünlük verməyiniz və həmin hissəyə ad, soyad, telefon nomrəsi (beynəlxalq kodla) və email adresinizi oxunaqlı səkildə yazmağınız bu işlə məşğul olan işçilərin sizi tezliklə tapmasına və baqajınızı əldə etməyinizə yardımçı olacaq.

61LgdsN4T2L._SX569_

Əgər baqajınızda belə bir hissə yoxdursa, narahat olmağına dəyməz, bunu özünüz də bir çox aviakompaniyanın (məs THY) yarlıkını əldə etməklə aradan qaldıra bilərsiniz ( bunu həmçinin özünüzlə salona apardığınız əl baqajına da tətbiq edə bilərsiniz). Sadəcə bir şeyə diqqət edin ki, qeydiyyatçı agent normal birkanı siz yarlıkı vurduğunuz qulpa yox digərinə vursun ki, bir qulp zədələndikdə digərinin baqajda qalma şansı olsun. Daha çox ehtiyatlı sərnişinlər bütün hallardan sığortalanmaq üçün əlavə böyük bir A4 vərəqinə iri hərflərlə uzaqdan diqqəti cəlb edəcək şəkildə ad, soyad, reysinin nömrəsini və gedəcəyi marşrutu, kontaktlarını yazırlar və baqajın üzərinə qopmayacaq şəkildə skoçla bərkidirlər (eytiyat üçün bir kopyasını da baqajın ön cibinə qoymaq olar). Nəzərə almaq lazımdır ki, istifadə etdiyiniz transfer məntəqələrin baqaj saxlama otaqları təsəvvür etməyəcəyimiz şəkildə böyük ola bilər və sizin də birkasız baqajınız onların arasında sıradan bir baqaj kimi it-bat ola bilər. Onu bu işlə məşğul olan işçinin nəzərini cəlb edəcək şəklə gətirmək sizin fantaziyanızdan asılıdır. Ümumiyyətlə yeni baqaj aldıqda xarici görünüşü uzaqdan diqqət cəlb edə biləcək nişanələr olan baqajları seçmək faydalıdır. Məsələn üzərində fərqli şəkillər, adlar, şəhər simvolları olan baqajlar bu iş üçün əvəzolunmazdır.

4) Baqajınızı plastiklə bağlatmağınız sizi bir sıra yaşana biləcək problemdən sığortalaya bilər. Bu prosedur çox aeroportda, xüsusən də avropada tətbiq olunmadığı üçün bunu əvvəlcədən alınmış selofanla özünüz evdə edə bilərsiniz. Bu xüsusən yağışlı havalarda baqajınızın islanmasının, təyyarənin yük bölməsindəki başqa baqajın partlayaraq, içərisindəki mayenin digər baqajları çirkləndirməsinin, baqajınız normadan artıq yüklənmişsə onun partlamasının və baqajınızın içərisinə müdaxilənin qarşısını almış olar. Ancaq bu halda baqajınızı yığarkən bir şeyə diqqətli olmanız, baqajınıza aviakompaniyanın qadağan etdiyi və ya tövsiyyə etmədiyi əşyaları qoymamağınız vacibdir. Çünki sonradan baqajınız yoxlamadan keçərkən açıla bilər və bu halda ödədiyiniz məbləği boşuna vermiş olacaqsınız. Baqajın içərisinə sizin üçün çox önəmli olan əşyaları (xüsusən də pulla alınmayacaq mənəvi dəyəri olan) və sənədləri qoymamağa çalışın ki, itgi hallarında buna görə daha çox peşmançılıq yaşamayasınız. Əgər sizin bir baqaj haqqınız varsa ancaq iki kiçik baqaj aparmaq məcburiyyətindəsinizsə, o zaman icazə verilən çəkini və ölçüləri keçməmək şərti ilə iki baqajı biryerdə plastik paketlə bağlatmaq effektiv üsulladan sayılır.

113.970

5) Qeydiyyatçı baqajınıza birkanı vurmamışdan öncə onu nəzərdən keçirməyiniz, üzərindəki detalları (soyad, reys, marşrut) yoxlamağınız sizi, çox rastlanan baqajınıza səhv birkanın vurulması hallarından sığortalamış olacaqdır. Bəzi hallarda qrup şəklində qeydiyyata gələrkən bu hallar yaşana bilər. Başqasının birkasının sizin baqajınıza vurulması, sizin baqajın tamamən fərqli istiqamətdə hərəkətinə səbəb olacaqdır(bundan əlavə bəzi səbəblərdən uçuşa buraxılmadığı hallarda başqasının birkası sizin baqaja vurulmuşsa, bu zaman o uçuşdan kənarlaşdırıldıqda avtomatik olaraq onun adına olan sizin baqajınız da kənarlaşdırılacaqdır). Bundan əlavə qeydiyyatçıdan birkanın sizdə qalan hissəsini aldığınıza əmin olun, çünki bu sənəd baqajınızın itməsi halında sizdən tələb olunacaqdır. Həmin “əl birkasının” səklini çəkməyiniz onun itirilməsi halında sizin işinizi asanlaşdıracaqdır. Baqajın elektron tərəzidəki dəqiq çəkisi (qramla), itmə hallarında baqajı tapmaq üçün həlledici detallardandır və sizdən soruşula bilər, çünki birkanın üzərində yuvarlaq kg-la rəqəm yazılır. Əlavə olaraq, birkanın üzərində yalnız barkod və birka nömrənizdən ibarət kiçik “minitag-lar” olur ki, bunları da baqajınızın ən az 2 fərqli tərəfinə vurulmasına diqqət edin. Bu barkodlar lazer şüası tərəfindən oxunaraq, baqajın lentdə düzgün istiqamətə getməsini təmin edir və əsasən də birkanın düşməsi halında baqajınızın tapılması üçün çox önəmli rol oynayır.

33892853_10216119233918695_1736037476239147008_n

6) Səyahət zamanı pasportunuzun, bank kartlarınızın itirilməsi sizə böyük problemlər yarada biləcəyi üçün bu halları da, əvvəlcədən gördüyünüz tədbirlərlə aradan qaldıra bilərsiniz. Bunun üçün sənədlərinizin görünən hissəsinə, üzərinə nömrəniz qeyd olumuş kağız parçasını yapışdırmağınız kifayətdir. Ancaq bir şeyə diqqət etmək lazımdır ki bu, bank kartının maqnit lentinin üzərinə düşməsin. Bir çox aviakompaniya salonda itən əşyalara məsuliyyət daşımadığı üçün təyyarədən düşərkən sənədlərinizi və əşyalarınızı yenidən kontrol etməyiniz sizə faydalı olacaqdır. Nəzərə almaq lazımdır ki, sizin təyyarəniz terminaldan uzaq dayanacağa enə bilər və əşyalarınızın sizə geri gətirilməsi (əgər tapilarsa) sizi pasport kontrolunda və digər proseslərdə ləngidə bilər.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Elcin Meherremli

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s